“Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır” – Bakıda gözəgörünməz varlıqlar peyda olub

16:21 11.06.2019 487
“Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır” – Bakıda gözəgörünməz varlıqlar peyda olub


Bizimlə eyni dünyada gözəgörünməz varlıqların yaşadığını qəbul etmək istəmirik, ya da şüurumuz bunu dərk edəcək səviyyədə deyil.

Ara-sıra ətrafda fövqəltəbii hadisələrin baş verməsi haqda məlumatlar olsa da, insanlar bunu dilə gətirməyə çəkinirlər. Çünki belə xəbərlərə əksər hallarda ya inanan olmur, ya da onlara sübut tapılmır…

Bununla belə, zaman-zaman qeyri-adi, ağlasığmaz hadisələrin baş verməsi insanlarda daxilən qorxu və narahatlıq yaradır…
News24.az-la söhbətdə bir neçə Bakı sakini şahidi olduqları qəribə hadisələri belə dilə gətiriblər:

Ruhlar bizə yaşamağa imkan vermir…

Zərif Bayramova : Bizim iki mərtəbəli həyət evimiz var. Hər axşam ikinci mərtəbənin pilləkənlərindən ayaq səsləri eşidilir. Bilmirəm, ruhdur, cindir, nədir, amma bizə yaşamağa imkan vermir. Elə bil ki, bir neçə uşaq pilləkənlərdən tullanaraq düşür. Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır.

Nuranə Zeynalova : Evdə tez-tez xışıltı səsi gəlir. Səslər daha çox mətbəxdə eşidilir. Əvvəl elə bilirdim bu səsi tək mən eşidirəm. Uşaqlarım deyəndə ki, mətbəxdə kimsə var, anladım ki, düşündüklərimdə haqlıyam. Onların qorxmaması üçün səsin qonşudan gəldiyini deyirəm. Amma özüm səs gələn tərəfi yoxlayıram, soyuducunu çəkib arxasına baxıram. Di gəl, heç nə görünmür…

İlahə Zamanova : Bəzən evimizdə televizorun üstündən yerə nə isə yerə düşdüyünü görürəm. Yaxud evdə vazaya qoyduğum güllərin başının qoparıldığının şahidi oluram. Bəzən də evin hansısa küncündə buludabənzər ağ varlığın oturduğu gözümə görünür.
Hərdən də əlimlə qoyduğum və dəqiq xatırladığım əşyanı yerində yox, ağlıma gəlməyən, gec-gec açdığım bir yerdən tapıram…
Bütün bunlardan, çox üşənirəm, tək olanda məni vahimə basır.

Bütün bu paranormal halların elmdə, dində necə izah olunduğunu öyrənmək üçün mütəxəssislərə müraciət elədik.

“Domovoy”lar qəzəblənəndə evdə səs-küy yaradırlar

Ekstrasens Aqil Məhərrəmovun fikrincə, evlərdə qoruyucu ruhlar mövcuddur.

Onun News24.az-a açıqlamasına görə, evi qoruyan ruhlar insanlar arasında «domovoy» kimi tanınır və onlar bəzən ev sahibinə mövcudluğuqlarını hay-küyləri ilə bildirirlər: “Evdə “domovoy”ların səs-küy salmasının müxtəlif səbəbləri var. Mənzildə gedən təmir onları narahat edir. Yaxud mebellərin, əşyaların dəyişdirilməsi onlara xoş gəlmir. Ən əsası isə ruhlar evdəki dava-dalaşlar, söz-söhbətlərlərdən qıcıqlanırlar.
Daha bir səbəb isə evdə körpə uşağın olmasıdır. “Domovoy”lar balaca uşaqlarla oynamağı sevirlər.

Ümumiyyətlə, qoruyucu ruha qarşı diqqətsizlik olanda, o evdə problem yaranır. Bundan sonra evdə səslər eşidilir, qoyduğun əşyaların yerində tapa bilmirsən. Ruhların sakitləşmələri və ya ev sahibindən məmnun qalmaları üçün onları qənd, yaxud südlə qidalandırmaq lazımdır. Bunları mətbəxdə ən hündür yerə, ya da hamı evdən çıxıb gedəndən sonra qapının girişinə yerləşdirməlisən. Xristian ölkələrində bunu çox adam edir, amma müsəlman ölkələrində belə şeylər qəbul olunmur deyə bundan xəbərsizdirlər. Ona görə də bəzi evlərdə belə xoşagəlməz hallar baş verir”.
Ektrasens onu da əlavə etdi ki, bəzən insanlar evdə baş verən bu halları cinlərlə əlaqələndirirlər. Amma bunun cinlərlə heç bir əlaqəsi yoxdur: “Əslində evdə «domovoy»ların olması müsbət haldır. Onlar evi, ailə üzvlərini bədbəxt hadisələrdən qoruya bilirlər. Onu da deyim ki, yeni tikilən binalarda «domovoylar» olmur».

Din ruhların olduğunu inkar etmir!

İlahiyyatçı Hacı Şahin Həsənli isə evdən gələn səslərin səbəbini belə izah edib: “Mən hər şeyi kökündən inkar etmək istəmirəm. Dinimiz bizə müxtəlif varlıqlar, cinlər, mələklər haqqında məlumat verir. Amma görmədiyimizi təsdiqləyə bilmirk. Deyək ki, emprik, dəqiq elmlər yalnız maddi aləmi tədqiq edə bilir. Mənəvi, metafizik aləm haqqında xəbər vermək, ümumiyyətlə bu elmlərin səlahiyyətinə daxil deyil. Biz bu aləmin varlığını düşüncə, şüur, fəlsəfi baxımdan kəşf edə bilirik. Peyğəmbərlər də bizə bu barədə xəbər verir. Yəni bu varlıqlar mövcuddur. Ona görə ki, ağıl bunların varlığını inkar edə bilmir. Ehtimal olunur ki, bunlar mövcuddur. Digər tərəfdən Rəbbimiz bizə peyğəmbərlərin vasitəsilə onlar haqqında məlumat verir. Belə hallara çox rast gəlinir, deyirlər, evdən səslər gəlir, buna gah “ruhdur”, ya da “cindir” deyirlər. Amma mən düşünürəm ki, bunların çoxu qarabasmadır. Belə insanlarla söhbət edəndə görürəm ki, onların bəziləri iradəsi zəif olanlardır. Əlbəttə, bu hamıya şamil olunmur. Bunun başqa səbəbləri də ola bilər”.

Əgər gözünə görünən varsa…

Psixoloq Gülnar Orucova isə hesab edir ki, insanların gözünə qeyri-adi nə isə görünürsə və ya onlar səs eşidirlərsə, bu paranormal hal adlanır. Psixoloqun sözlərinə görə, bu problemin öz səbəbləri var: “Hər hansı ciddi psixoloji gərginlik keçirən insanda – travma almış, qəzadan çıxmış, yaxınını itirmiş və ya bu tipli hadisələr yaşamış insanlarda postravmatik stresslər yaranır. Bəzən hərbi xidmətdən sonra da,postrvmatik stresslərin olması müşahidə edilir. Bu stress özünü 6-8 ay sonra büruzə verməyə başlayır. Həmin dönəmlərdə insnlarda paranormal, özünə qapanma halları ola bilər. Belə insanlar bəzən hansısa məxluqların gözünə görünüyünü deyirlər. Bəzən isə onlara elə gəlir ki, kimsə əmr edir, göstəriş verir”.
Psixoloq hansısa gözəgörünməyən varlığın mövcudluğunu, onunla təmasını söyləyənlərin bir çoxunun ciddi psixi problemləri olduğunu da qeyd edib: “Düzdür, mən belə varlıqların yoxluğunu tam inkar edə bilmirəm. Amma “gözümə adam göründü” və ya “kimsə toxundu” deyilməsi artıq ciddi problemdən xəbər verir.Belə hallar şizofreniyadan əziyyət çəkən adamlarda olur. Bu halların yaşanmaması üçün həmin adamlar əsəbdən, stresdən uzaq olmalıdırlar. Əgər belə olmasa, insan “qulağıma səs gəlir”, “kimləsə söhbət edirəm” deməkdə davam edəcək. Məsələn, mənə bir valideyn müraciət edib deyir ki, övladı ağacın dibində kiminləsə məsləhətləşir. Uşağın gözünə görünən “şəxs” ona nə eləməli olduğu haqda göstərişlər verir. Belə hallar baş verdikdə mütləq mütəxəssisə müraciət etmək lazımdır. Elm sübut edir ki, insana nəyinsə elə gəlməsi, beyinin yanlış məlumatdır. O, gördüyünü iddia edir, haqlı olduğunu sübut etməyə çalışır, amma bu, hallisünasiyadır. Bəzən elə dərmanlar da olur ki, o dərmanları qəbul etdikdən sonra da insanda hallisünasiyalar yaranır. Psixotrop dərmanlar da qəbul etdikdən sonra dediyimiz hallar baş verə bilər».
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO