DİM: Yaşlı namizədlərin heç biri dövlət qulluğu üzrə imtahanda uğur qazana bilməyib

10:25 19.04.2018 573
DİM: Yaşlı namizədlərin heç biri dövlət qulluğu üzrə imtahanda uğur qazana bilməyib
Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növü üzrə keçirdiyi imtahanda iştirak edən namizədlərin yaş kateqoriyası və gender aspektləri üzrə statistik məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, imtahanda iştirak etmək məqsədi ilə qeydiyyatdan keçən 1537 namizəddən 970 nəfəri kişi, 567 nəfəri isə qadın iddiaçılar olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86 %-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90 %-i) 20-34 yaş intervalında olanlardır.

Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi, 1-isə qadındır. Bildirilib ki, yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən və yaşı 45-dən yuxarı namizədlərin yalnız 1 nəfəri imtahanda uğur əldə edib.

Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1537 namizəddən 469 nəfəri müvəffəqiyyət qazanıb.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər müvəffəqiyyət qazanıb.

Bundan başqa, 1537 namizəddən 174 nəfəri ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmamış şəxslərdir. Onlardan yalnız 13 nəfər (7,4%) uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər xarici təhsil müəssisəsini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

DİM tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif altqruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.

Qeyd edək ki, A növü üzrə vakant vəzifələri tutmaq üçün növbəti test imtahanı mayın 26-da, B növü vəzifələr üzrə imtahanlar isə aprelin 22-də və iyunun 30-da keçiriləcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO