MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!

23:03 18.12.2018 560
MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!

Həbsdə olan keçmiş MTN generallarına verilən ittihamlardan biri də Daşkəsən rayonu, Qabaqtəpə-Astav yolunda körpülərin tikintisi üçün dövlət büdcəsindən ayrılmış 2 milyonun 686 min manatının ələ keçirilməsilə bağlıdır. Daşkəsənin icra başçısı, keçmiş deputat Əhəd Abıyev də bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib, məhkəməyə çağrılıb.

Milli.Az bildirir ki, "Yeni Müsavat" yazır ki, iddiaya görə büdcədən ayrılan vəsait tikintini həyata keçirəcək "Design Construction" şirkətinin hesabına köçürüləndən sonra şirkətin əməkdaşı Natiq Fətəliyev pulu bankdan götürüb, icra hakimiyyətilə onların arasında vasitəçilik edən Yeganə Abbasovaya verib. Vasitəçilik edib, bu işi düzüb-qoşduğuna görə onun özünə də əlavə 2 min manat verib. Y.Abbasova da bankdan götürülmüş pulu bağlamada gətirib Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədova verib. Onlar ayrılandan az sonra MTN əməkdaşları E.Məmmədovu tutub MTN-ə aparıblar. Məsələdən xəbər tutan icra başçısı Əhəd Abıyev gecə saatlarında MTN-ə gəlib, öz əlaqələrindən istifadə edərək, işçisini buraxdırıb.

Həbs olunan MTN vəzifəlilərindən polkovnik Füzuli Əliyev isə deyir ki, bu məsələ barədə ittihamda yazılanlar başdan-ayağa yalandır: "Bu ittiham epizodu saxtadır, yapışdırmadır. O məsələ açıq-aşkar "obnaliçka" idi. Guya, "Design Construction" körpü tikməliydi, ona görə büdcədən tikinti üçün ayrılmış vəsait onların hesabına köçürülmüşdü. Tamamilə yalandır. Şirkət guya Daşkəsən Rayon İcra Hakimiyyətilə müqavilə bağlayıb. Bizim işimizə Bakı Hərbi Məhkəməsində baxılanda, şirkətin rəsmi rəhbəri Mehman Quliyevi çağırıb dindirdilər. O, dedi ki, nə Daşkəsən, nə Yeganə, nə də Əhəd Abıyevi tanıyıram. Atakişi Məcidov da gəlib məhkəmədə dedi ki, Daşkəsənə sənəd aparmayıb, ömründə bu rayonda olmayıb. 686 min manat gəlib bunların əlinə haradan düşüb, bilinmir".

F.Əliyev deyir ki, Əhəd Abıyevi dəfələrlə məhkəməyə çağırdılar, gəlmədi. Axırda da məhkəməyə teleqram göndərib, bildirdi ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur: "Yeganə Abbasova da gəlib dedi ki, heç nədən xəbəri yoxdur, onkoloji xəstədir. Müstəntiq çağırıb, özü yazıb-pozub, buna da qol çəkdirib. Orada nə yazıldığını da bilmir".

"Dövlətin pulu narkotik istifadəçilərinə etibar olunurdu"

Təqsirləndirilən MTN polkovnikinin sözlərinə görə, "obnaliçka" əməliyyatında icra hakimiyyəti tərəfdən iştirak edən memar Elman Məmmədov əvvəllər bir neçə dəfə saxta sənəd hazırlama və istifadə etmə, vəzifə saxtakarlığı, səlahiyyətlərdən sui-istifadə və özgənin uşağını dəyişdirmə maddələri ilə məhkum olunub: "Təsəvvür edin, başqasının uşağını dəyişdirməyə görə məsuliyyətə cəlb olunmuş belə bir adam gəlib məhkəmədə bizim üzümüzə durur".

F.Əliyev bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşıyla bağlı məsələ MTN-nin "obnaliçka" əməliyyatlarına qarşı mübarizəsi çərçivəsində həyata keçirilmişdi: "2014-cü ilin əvvəlində rəhbərliyin göstərişi əsasında biz bu istiqamətdə mübarizəyə başladıq. Büdcəni doldurmaq mümkün olmurdu. Hərə bir yandan dağıdırdı. Bu məsələdə valyutadəyişmə məntəqələrindən də geniş istifadə olunurdu. Zərərçəkmiş var, Kamal Seyfullayev. Guya iş adamı olub, biz də ondan 2 milyon tələb edib almışıq. Nə sahibkar, kirayə qalırdı, evi də yox idi. O, "obnaliçka" ilə məşğul olanların ağsaqqalı sayılırdı. Bunu müəyyənləşdirib tapdıq. Narkotik qəbul eləmişdi. Ona görə də, səhərə qədər danışdıra bilmədik. 90-cı illərdə narkotikə görə həbs olunmuşdu. Dövlətin pulu belə adamlara etibar olunurdu, biz də bunun qarşısını almağa çalışırdıq".

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyevə 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər, Əməliyyat-texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov isə, 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Sabiq MTN generallarının apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 20-də davam edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO