Ali təhsili iki pilləyə -“bakalavriat” və “maqistratura”ya ayırmağa ehtiyac var idimı?

14:33 13.04.2018 557
Ali təhsili iki pilləyə -“bakalavriat” və “maqistratura”ya ayırmağa ehtiyac var idimı?
Milli Məclisin deputatı, professor Fəzail İbrahimlinin “Bizim problemimiz bilirsiz haradan başlandı? Boloniya sisteminə keçməkdən…” sualına öz cavabı Viktor Sadovniçinin Boloniya sistemindən imtina etmək və yenidən 5 illik ali təhsil sisteminə keçmək barədə çağırışını yadıma saldı

Yəqin təhsil sahəsi ilə yaxından, uzaqdan maraqlanan az-çox adam bilməmiş deyil ki, M.V. Lomonosov adına MDU-nun rektoru, Rusiya rektorlar ittifaqının prezidenti V. Sadovniçiy bir müddət əvvəl Boloniya sisteminə qoşulmağı səhv addım kimi qiymətləndirmiş və “İnovativ təcrübə: elm plyus biznes” mövzusunda keçirilən III Konqresdə yenidən 5 illik ali təhsilə qayıdılması barədə çağırış etmişdi. Həmin təklif Rusiya Elm və Təhsil naziri Olqa Vasilyeva tərəfindən də dəstəklənmişdi.

“Biz təhsil reformasında çox səhvlər etmişik və imkanları əldən buraxmışıq. Mayatnik kimi, bir küncdən digər küncə tullanırıq. Sovet İttifaqında təhsil sistemi unikal idi, o özünü sübut etmişdi. Amma sonra biz başqa sistemləri, məhz dünyada mövcud olduqları üçün, köçürməyə başladıq. Biz var gücümüzlə çığırırdıq:” Texnikum və peşələri dağıtmayın. Dağıtdılar, özəlləşdirdilər. İndi biz dağılan zərrəcikləri toplayırıq. Boloniya sisteminin tərəfdarı olmadığımı gizlətmirəm.”

Sözümün canı nədir? Sitat: “Məhz dünyada mövcud olduqları üçün, köçürməyə başladıq.” Dünyada, deyək ki, Avropanın bir sıra ölkələrində və ya ABŞ-da eyni cinslilərin nikahı normal hal sayılır. Uzaq şərqin Gündoğan ölkəsində siçovul tabakası, digər qonşu ölkələrdə böcək və həşaratlardan hazırlanmış souslar ən delikates yeməklərdir. Niyə məhz dünyada mövcud olanları digər sahələrə deyil məhz təhsil sahəsinə tətbiq etmək üçün bu qədər əldən gedirik.

Beynəlxa təhsil sistemi ilə əlaqədar bir çox layihələrə, bəyannamələrə qoşulmuşuq, 2005-ci ildən Boloniya prosesi tətbiq olunur. Boloniya prosesi sadəcə müəyyən tövsiyələr verir. Bunun da səbəbi Avropada vahid, ortaq təhsil məkanı yaratmaqdır. Məsələn, diplomların tanınması, tələbə və müəllim mübadiləsi və s. Biz nədənsə bu sistemin müəyyən müsbət və mütərəqqi cəhətlərindən yararlanmaq əvəzinə, hələ bu prosesin Təşkilat komitəsini və aparıcı dövlətlərinin özləri üçün tam aydınlaşdırmadığı və vahid qərara gələ bilmədikləri ziddiyətli sahələrə baş vurmuşuq. Məsələn, Almaniya və Fransa kimi iki qonşu dövət fərqli təhsil modellərindən istifadə edirlər.

Boloniya sistemi nədir? Avropada vahid ortaq təhsil məkanı yaratmaq. Biz Azərbaycanda hələ ki, vahid ortaq təhsil məkanı yarada bilməmişik. Hər bir universitet bir sistem tətbiq edir. Neçə illərdir deyilir ki, təhsil krediti haqqında qanun qəbul olunsun. İldən- ilə bu qanunu Milli Məclisin bir sessiyasındandən digər sessiyasına atırıq. Hələ indi bəyan edirik ki, “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib. Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik”. Ənənəvi “elmlər namizədi”ni “Fəlsəfə üsrə baytarlıq doktoru”na çevirməklə beynəlxalq məkana inteqrasiya görüntüsü yaradırıq?

Şərq müdriklərindən olan Rabindranat Taqorun bir sözü var: ” Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır.”

Xeyli müddət keçdikdən sora gecikmiş olsa da etiraf edirik ki, “Təhsil Nazirliyi sistemində dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir: Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir. Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tədbirlər görməyi nəzərdə tuturuq.”

Doktoranturanı bir kənara qoysaq belə 2016/2017-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planı 64.78 % dolaraq, plan yerlərindən 2593-ü (35.22 %) boş qalmışdısa, 2015/2016-cı tədris ili üçün magistratura üçün ayrılan plan 80 faiz dolmuşdu. Ayrı-ayrı illərdə magistraturaya qəbul 50-60 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti də müxtəlif olub. Bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib. Enmə tendensiyası göz qabağındadır. Ayrı-ayrı universitetlərin boş qalan plan yelərini doldurmaq üçün ya keçid balını minimuma endirib, kəmiyyət barədə düşünməli, ya da keçid balını tənzimləyərək maksimum keyfiyyətə nail olmaq zərurəti qarşısında qalmışıq.

Belə görünür ki, magistr səviyyəsi üzrə plan yerləri daha çoxdur, nəinki namizədlər. Elə ilimiz olub ki, magistratura üzrə mövcud olan 50 proqram üzrə cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranıb. Yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfər iştirak edib. Hətta elə proqramlar var ki, onlarda müsabiqə vəziyyəti yox dərəcəsindədir.

Indi SOS siqnalları verməyə başlamışıq: “Magistraturaya qəbul olanların sayı azalır”, “Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək”, “ Magistraturaya qeydiyyat vaxtı uzadıldı” və s. və i.a
Nə baş verir?
Magistratura təhsili gözləntilərimizi doğrultdumu? Magistrlar təyinatı üzrə müvafiq işlə təmin olunmayacaqdısa, ali təhsildə əlavə olaraq ikinci pilləninin yaradılmasına ehtiyac var idimi?

Ardı var

Nadir İsrafilov,təhsil eksperti
zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO