Həzm sistemində başlayıb beyində bitən xəstəlik – ƏLAMƏTLƏRİ

09:50 4.04.2018 578
Həzm sistemində başlayıb beyində bitən xəstəlik – ƏLAMƏTLƏRİ
Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Əsrin geniş yayılmış xəstəliklərindən sayılan autizm hazırda ölkəmizdə də olduqca geniş hal alıb. Autizm barəsində valideynlərin məlumatının az olması onun zamanında aşkar və təyin olunmasının qarşısını alır. Və nə qədər gec müraciət edilirsə, uğurlu nəticənin alınması da bir o qədər gecikir və çətin olur.

Ailem.az autizm haqqında ətraflı məlumatı diqqətinizə çatdırır.

Autizmli uşaqlar normal inkişafa malik uşaqlardan görünüş etibarilə heç fərqlənməsələr də, psixi inkişaf baxımından onlardan kəskin surətdə fərqlənirlər. Autizm 3 yaşından əvvəl başlayan və ömür boyu davam edən, uşağın sosial adaptasiya və ünsiyyət qurma bacarıqlarını, beyin inkişafını ləngidən bir narahatlıqdır. Bu, qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Autizm öncələr düşünüldüyü kimi, sevgi və diqqət azlığından, ünsiyyət əskikliyindən, ya da uşağın keçmiş həyatı ilə bağlı psixoloji travmalarından qaynaqlanmır. Xəstəliyin səbəbi sinir sisteminin inkişaf pozuntusudur.

Autizmin əlamətləri:

Bu əlamətlər yüngül və ağır formada təzahür edir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilir. Bundan başqa bu tip davranışlar bir çox fərqli səbəblərlə ortaya çıxaraq inkişafına uyğun olmayan şəkildə insanları aldada bilir.

– Göz kontaktı zəifdir, ya da yoxdur.

– Ətrafda baş verənlərə qarşı laqeyddir.

– Həddindən artıq hərəkətli, ya da hərəkətsiz olur.

– Adıyla çağıranda reaksiya vermir.

– Ətrafdakıların ona toxunmasını xoşlamır (öpmə, qucaqlama və s).

– Yumor bacarığı yoxdur.

– Çeynəmə və üfləmə hərəkətləri hədsiz zəifdir.

– Səbəbsiz olaraq ağlayır, gülür, özünə hər hansı bir xəsarət yetirir.

– Əsasən autiklərdə nitq çox zəifdir. Bəzən heç olmur, olsa da məqsədyönlü istifadə edilmir.

– Təkrara çox yer verir. Davamlı olaraq eyni oyunları oynayır və s.

Autizmli uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki, onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə, bəzilərində isə geriliyə bilir. Məsələn, bəzi autik uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib mürəkkəb naxışları qura bildikləri halda, özünəxidmət vərdişlərinin öhdəsindən gələ bilməməkdə, əmr və tapşırıqları yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Bəziləri isə özlərini maraqlandıran sahələr üzrə ensiklopedik biliklərə belə, malik olurlar.

Yenə də bu metodikalar o prinsipə əsaslanır ki, bilik və bacarıqlar yalnız bilavasitə ünsiyyət olduğu zaman aşkara çıxa bilər. Autist uşaqların digər uşaqlardan da çox ünsiyyətə ehtiyacı var. Ünsiyyət bacarığı pozulmuş bu uşaqlar sadəcə olaraq bilik və bacarıqlarını nümayiş etdirə bilmirlər. Bu uşaqlardan bəhs ediriksə, nəzərə almaq lazımdır ki, onların hamısı inkişafın və xarakterinin özünəməxsusluğuna malikdirlər.

Qeyd edək ki, son tədqiqatlar nəticəsində autizmin həzm sistemində başlayıb beyində bitən bir xəstəlik olduğu müəyyənləşdirilib. Bu səbəbdən də autizmli uşaqların qida rasionunun düzgün təşkil olunması vacib şərtdir. Düzgün təşkil olunmuş qida rasionu və pəhrizlə autizm əlamətlərində ciddi şəkildə azalmaları müşahidə etmək mümkündür.

Bir qism alimlər bu qənaətə gəlib ki, autizmli uşaqların müalicəsində ilk növbədə kazeinsiz və qlütensiz pəhrizə başlamaq lazım gəlir. Qlüten un məmulatlarının, kazein isə süd və süd məmulatlarının tərkibində olan zülaldır. Bu pəhriz autizmli uşaqların üçdə ikisində çox effektli nəticəyə malik olur. Autizmli uşaqların qida rasionundan buğda, yulaf, arpa və süd məhsullarını çıxarmaq lazımdır. Normal insanlarda tərkibində qlüten və kazein olan maddələr yaxşı həzm olunduğu halda, autistlərdə bu maddələr birbaşa endorfin halında qana keçir. Bu maddə narkotik maddələrlə oxşarlıq təşkil edir, nəticə etibarilə autizmli uşaqlarda qəribə davranışlara və yaxın ətrafına qarşı aqressivliyə səbəb olur. Bundan əlavə, qanda endorfinin olması ağrı hissiyatını azaldır və nəticədə autizmli uşaqlar möhkəm yıxıldıqları halda ağlamır, sanki ağrı hissi duymurlar. Autizmli uşaqların böyük əksəriyyətində tərkibində kazein və qlüten olan qida maddələrinə bağlılıq olduğu müəyyənləşdirilib.

Əziz valideynlər, heç bir zaman ümidinizi itirməyin, özünüzə və çox şey edə biləcəyinizin mümkünlüyünə inanın. Bunun üçün doğru zamanda doğru addım ataraq ailənin, cəmiyyətin, psixoloq, pedaqoq və loqopedlərin köməyi ilə əl-ələ verərək bu problemə sinə gəlin.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO