3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı

17:56 12.04.2023 84
3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı


Xətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir.

AZXEBER.COM xəbər verir ki, uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub.
3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı

Bu haqda AZXEBER.COM-a onun özü məlumat verib.

Gülcan Nağıyeva dünən işdən çıxarıldığını bildirib:

"Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam".

O, işdən azad olmağına səbəb kimi oradan yaydığı videoları göstərib:

"Tam əminliklə deyə bilərəm ki, işdən azad olunmağıma səbəb uşaq evindən çəkib paylaşdığım videolardır. Həmin videolarda uşaqlara olan qulluq, onların necə qidalandığı haqda məlumat vermişəm. Mən özüm də uşaq evində böyümüşəm. Hazırda orada olan uşaqların haqqını tələb etdiyim üçün işdən azad olunmuşam".

Dünən Uşaq Evinin direktoru 73 yaşlı Məhbubə xanım məni çağırıb əmək kitabçamı təqdim etdi. Əmək Müqaviləsinin 70 Ç yarımbəndinə əsaslanaraq işimə xitam verildi. Dünən əmək kitabçam mənə verilərkən irəli sürülən ittihamların sübut olunmasını istədim. Uşaq evinin hər tərəfi kamera olduğu üçün etdiyim "yalnışlığın" sübut olunması çox asan idi. Ancaq mənə heç bir şey deyilmədi, sadəcə belə qərara gəlindiyi bildirildi. Bu çox ədalətsizlikdir. Necə olur 73 yaşlı qadın bu gün işləyir, ancaq uşaqların hüququnu tələb edən 41 yaşlı tərbiyəçi haqqı tələb etdiyi üçün işdən azad olunur. Mən ölənə qədər uşaqların haqqının tapdalanmasna razı olmayacağam.

Gülcan xanım bundan öncə də işdən azad olunduğunu bildirib: "Məhbubə xanım bundan öncə də uşaqlara şiddət tətbiq etdiyimi bildirərək məni işdən azad etmişdi. Ancaq şikayətimdən 6 ay sonra yenidən işimə bərpa olunmuşdum. İndi də sonuna qədər haqqımı tələb edəcəm".
3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı

3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova AZXEBER.COM-a açıqlamasında Gülcan Nağıyevanın işdən azad olunmasında onun çəkdiyi videolarla heç bir əlaqənin olmadığını bildirib:

"Kollektiv ondan narazı idi. Uşaq evinə Ombudsman aparatından yoxlama gəlib. Bütün tərbiyəçiləri tək-tək yoxlayıblar. Uşaqlarla aparılan söhbətlərdə uşaqlar ondan şikayət edib, döydüyünü bildiriblər. Onun çəkdiyi videolar boş şeydi. Biz onu saya da almırıq. İndi bütün dünya o işlə məşğuldur".

Məhbubə xanım Gülcan Nağıyevaya başqa iş də təklif etdiyini bildirib:

"Mən Gülcanı çağırıb onu başqa işlə təmin etməyi təklif etdim. Mühasiblik kursunu bitirib işə başlamağını təklif etdim. Ancaq o, əvvəlcə fikirləşəcəyini desə də, sonradan razılaşmadı.

Gülcan xanımın yenidən uşaq evinə qayıda bilməyəcəyini deyən Məhbubə xanım bu qərarın yekun olduğunu bildirib:

"O, yenidən uşaq evindəki işinə qayıda bilməz. Həmkarlar İttifaqı tərəfindən çağırılan iclasda o, tutduğu vəzifədən azad olunub. Gülcan Nağıyeva işdən Həmkarlar ittifaqının yekun qərarına və 45 nəfərin rəyinə əsasən işdən azad olunub".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO