Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər - FOTO

15:37 10.10.2022 159
Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər - FOTO


“İrəvan şəhərində bizdən gizlədilən türk-müsəlman abidəsi aşkarlanıb”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynov məlumat paylaşıb.

O bildirib ki, türbələr müsəlman dünyasında görkəmli alimlərin, hökmdarların, tanınmış sərkərdələrin qəbirləri üzərində ucaldılan və üzəri xüsusi qübbələrlə örtülən dini abidələrimizdəndir.

Paylaşımda qeyd edilib ki, onlara Azərbaycanın demək olar ki bir çox yerində rast gəlinir:

“Məsələn, Naxçıvanda Möminə Xatun türbəsi, İrəvan şəhəri yaxınlığında ermənilərin özgəninkiləşdirərək Türkmən türbəsi adlandırdığı Əmir Səəd türbəsi, Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi və başqalarını göstərmək olar. Lakin bu türbələri İrəvan şəhərinin Arami küçəsi 6 ünvanında yerləşən gecə klubu ilə hansı bağlantısı ola bilər? Dini abidənin, özü də müsəlman dini abidəsinin gecə klubu ilə nə əlaqəsi var?

Möhkəm durun, 22 ildir aşkar edilməsinə baxmayaraq, bizdən gizlədilən bir abidənin axtarışındayıq. 2001-ci ildə gördüyünüz bu gecə klubunun zirzəmisində hovuz inşa edilən zaman ermənilər 9 metr dərinliyə aparan bir boşluq tapmışdılar. Bu boşluq Qafqazda olan türbələr arasında öz memarlığı ilə Ağdam rayonunda yerləşən dünya əhəmiyyətli Qutlu Musa oğlu türbəsi ilə eynilik təşkil edir. Erməni arxeoloqlar burada iş apararkən, onu istər erməni cəmiyyətindən və istərsə də beynəlxalq ictimaiyyətdən gizlətmişdilər. Öz möhtəşəmliyi ilə seçilə bilən qədim dini abidəmiz 22 ildir ki gizlədilir. Bu yaxınlarda rəsmi olaraq qeydiyyata alındıqdan sonra bu yerin axtarışına çıxdıq. Üzərində gecə klubu fəaliyyət göstərir. Bəs, nə üçün belə bir vandallıq etdikləri sualı da bəllidir. İrəvanın ən qədim məhəlləsi olan Şəhər məhəlləsində Zal xan məscidi ilə üzbəüz yerləşən bu türbə XIV əsrə aiddir. Ermənilər iddia edirlər ki, burada monqollar dəfn ediliblər. Azərbaycan xalqının maddi-mədəni irsinə qənim kəsilən mənfur qonşularımız hər addımda irsimiz yox edilməsi və bu, mümkün olmadıqda özgəninkiləşdirilməsi siyasətinə bir növ adətkardırlar.

Bu üzdən aşkar olunan bu abidəmiz də əxlaqsızlıq məkanının əsirinə çevrilmiş və uzun illər hər kəsdən gizlədilmişdir. Guya buna gecə klubunun sahibi ilə İrəvan meriyası arasında olan mübahisə mane olmuşdur. Arxeoloji qazıntı və bərpa adı altında aparılan işlərdən uzun bir müddət sonra ermənilər belə bir abidənin aşkar edilməsini ehtiyatla dilə gətirsələr də, yeni məkrli bir fənd də işlətmişdilər. Belə ki, guya arxeoloqlar müsəlmanlara məxsus türbədə iş apararkən türbə qapısı üzərində ərəb dilli yazı ilə bərabər erməni dilində yazıya da rast gəliblər.

Maraqlıdır ki, Qafqazın müsəlman türbələrinin heç birində bu günə qədər belə bir hadisəyə rast gəlinməmiş və saxtakarlıq edərkən bunları nəzərə almayıblar.

Azərbaycan xalqına məxsus dini abidəni gizlətmək və onun üzərində öz məqsədləri üçün gecə klubu inşa etməyin özü elə Ermənistan Respublikasının öz qanunları ilə də cinayətdir. Lakin nə beynəlxalq hüquq və nə də öz qanunlarına məhəl qoymadan belə bir işə yol verdiklərini görürük. Türbə ilə bağlı bütün görüntülər internetdən silinib”.
Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər - FOTO
Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər - FOTO
Ermənilərdən növbəti saxtakarlıq: Tarixi abidəmizi 22 ildir gizlədirmişlər - FOTO

Oxu.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO