Vüsal Kərimlinin rəhbərliyi altında maliyyə dərəbəyliyi - "Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür"

08:27 29.09.2022 164
Vüsal Kərimlinin rəhbərliyi altında maliyyə dərəbəyliyi - "Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür"


Bakı Nəqliyyat Agentliyindən narazılıqlar haqqında dəfələrlə yazmışıq. Hətta aylar öncə, ölkə başçısı cəmiyyətin kütləvi narazılıqlarına səbəb olan agentliyi Bakı Şərə İcra Hakimiyyətinin tabeliyinə verərək, bu narazılıqları qismən də olsa azaltmağa çalışdı. Amma görünən odur ki, agentliyin qanunsuz əməlləri hələ zamanla üzə çıxacaq.
Qeyd edək ki, bir neçə gün öncə, Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib. Amma nə qədər qəribə olsa da, BNA dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu 7,5 milyon manatı “BakuBus” MMC-yə ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə? Bu "niyə" sualına isə BNA rəsmisi cavab verə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin sözügdən qərarında bu vəsaitin BNA tərəfindən daşıyıcı şirkətlərə ayrılması qeyd edilsə də, agentlik bu vəsaiti öz təşkilatı hesab edilən BakuBus-a ayırıb. Yəni verilən vəsaiti sağ cibdən sol cibə ötürüb. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında göstərilir ki, həyat əhəmiyyətli, həyata vacib sərnişindaşımada inkişaf, onların dayanıqlılığını təmin etmək, yəni onların xərclərini azaltmaq, təmir və digər məsələlərə qarşılamaq məqsədilə o pul ayrılıb. Maliyyə Nazirliyi o vəsaiti Bakı Nəqliyyat Agentliyinə köçürüb. Bakı Nəqliyyat Agentliyi də özbaşına olaraq belə qərar qəbul edib ki, bu pulun hamısı BakuBus-a verilməlidir. Bütün vəsait BakuBus-a verilib. Məqsəd nədir, onların burada nə marağı olub və s. bu kimi məsələlər araşdırılmalı və müəyyən edilməlidir ki, niyə BakuBus-a köçürülüb. Axı sənəddə qeyd edilməyib ki, vəsaitin hamısı BakuBus-a köçürülməlidir. Həmin vəsaiti daşıyıcı şirkətlərə köçürmək lazım idi. Hamısına bərabər şəkildə verilməli idi. Hesablanmalı idi, kimin payı nə qədər idisə, köçürülməli idi. Amma BNA həmin vəsaiti BakuBus-a köçürüb. BakuBus inkişaf etməli idi, etməyib. BakuBus-ın 500-ə yaxın avtobusu qarajlarda “yatır”...

“Həm pul BakuBus-a köçürülb, həm də şirkət çökür. Əgər BakuBus 7,5 milyon aldığına rəğmən çökürsə, özəl şirkətlərin bir durumuna nəzər salın. İndi görün onlar nə vəziyyətdədirlər. Bu məsələləri düşünmək, buna uyğun addım atmaq lazımdır. Belə olmaz. Bu ögey münasibət nəyə və kimə lazımdır ki? Bakı Nəqliyyat Agentliyi BakuBus-a öz təşkilatı kimi baxır. Dövlətindir, bizimdir, əlimizə nə düşsə, yaxşısını ona verək. O biri şirkətlər özəldir, “ölsünlər, batsınlar, canları çıxsın”...

Belə yanaşma olar? Bu necə tənzimləyici quurmdur ki, öz maraqlarını güdür. Və yaxud da dövlət qurumunun maraqlarını güdür. Tənzimləyici qurum o deməkdir ki, hakim rolunu oynamalı, ədalətli yanaşmalısan.Ədalət prinsipindən çıxış etməlisən. Yoxsa 7,5 milyon manat köçür BakuBus-a ki,”get kef elə”. Bu birilərinə isə deyir ki, “gedi başınıza çarə tapın”,- deyə ekspert bildirib.

Belə... Dərindən araşdırılsa, bəlkə də BNA-nın hələ çox qanunauyğunsuz əməlləri ortaya çıxacaq. Bu gün Bakıda nəqliyyat sahəsində xaosun olması məhz bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO