Şeyxin bu cür biabır olmağındansa, getməsi yaxşıdır

23:45 25.07.2021 311
Şeyxin bu cür biabır olmağındansa, getməsi yaxşıdır
Şeyxin bu cür biabır olmağındansa, getməsi yaxşıdır
44 günlük Vətən Müharibəsində iqtidarlı-müxalifətli, uşaqlı-böyüklü hər bir kəs Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Silahlı Qüvvələrimizin yanında oldu, əsl həmrəylik nümayiş etdirdi. Hər bir kəndin, qəsəbənin, rayonun, şəhərin azad olunması xəbərini bütünlüklə Azərbaycan cəmiyyəti sevinc göz yaşları ilə qarşıladı.

Bu ölüm-dirim savaşında, azadlıq mübarizəmizdə, eləcə də müharibədən sonra Azərbaycana dost olan ölkələrin dəstəyini hər zaman hiss etdik. Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün Türkiyə rəsmiləri sona qədər "qardaş Azərbaycan xalqının yanındayıq" deyib, bizlərə daim mənəvi dayaq oldular. Təkcə rəsmi şəxslərin deyil, ümumilikdə Türkiyə cəmiyyətinin nəbzi 44 gün ərzində və sonra Azərbaycanla döyündü. Əgər Azərbaycanda şəkili Hikmət baba öz təqaüdünü, şəhid anası Yeganə ana oğlunun sığorta pulunu, bir başqası olub-qalanını həmrəylik və dəstək naminə Ordumuza bağışlayırdısa, Türkiyədə Silahlı Qüvvələrimizə dəstək yürüşü keçirilirdi, məşhurlar fikirlərini bildirməklə kifayətlənmir, çoxsaylı maliyyə yardımları edirdilər. Hətta türkiyəli azyaşlı uşaq qəpik-qəpik yığdığı bir ovuc pulu Azərbaycan əsgərinə bağışladı. Bütün bunlar faktlardır, gözümüzün qarşısında yaşanan tarixdir.

Lakin əfsuslar olsun ki, 44 günlük müharibə dövründə qonşu İran rəsmilərindən belə bir dəstək görmədik.

Təbii ki, bu gerçəklikləri Azərbaycanda hər kəs, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam titulu daşıyan Hacı Allahşükür Paşazadə də bilir. Amma bunu bilə-bilə əmmaməsindən böyük hərəkət edib İranın ali dini lideri Ayətullah Əli Xamneyini vəsf etməsi, onun buradakı təmsilçisi, mollabaşların “ağa” deyib ətəyindən öpdükləri Ocaq Necatı yanına salıb Şuşaya aparması, onlara xoş gəlsin deyə absurd bəyanatlar səsləndirməsi başadüşülən deyil. Belə ki, bu günlərdə şeyx həzrətləri Xamneyiyə yarınmaq üçün əsl gerçəkliyi təhrif edib, deyib ki, 44 günlük Vətən Müharibəsində bizi qələbəyə guya ali dini liderin fətvası, duaları çatdırıb. Bu qoca mollakrat saç-saqqalının ağaran vaxtında Azərbaycan xalqının həmrəyliyini, əzmini, Ordumuzun rəşadətini, şəhidlərimizin canlarını fəda etməsini, qazilərimizin axıdılan qanlarını görməzdən gəlib qələbəmizi Xamneyinin adına bağlayır. Halbuki İran rəsmiləri yalnız müharibənin sonlarına doğru qımıldanmağa başlayıb Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiklərini bildiriblər. Buna cavab olaraq sosial şəbəkələrdə “İranın duasındansa İsrailin PUA-sı yaxşıdır” devizi altında çoxsaylı paylaşımlar edilib, rəsmi Tehranın qeyri-səmimiliyi ələ salınıb.

Ocaq Necata gəlincə, heç kimə sirr deyil ki, o, təsadüfi adam sayıla bilməz. Təsadüfi deyil ki, Azərbaycandakı konstitusion quruluşu silah gücü ilə dağıdıb teokratizm üsul-idarəsi qurmaq eşqində olan taleh bağırzadələr vaxtilə ocaq necatilərin əlindən öpüb, onlara “ağa” deyə sitayiş edirdilər. Onların Nardaran kəndində silahlı təxribatlara əl atmaları, qətl törətmələri, din qiyafəsinə bürünərək çıxardıqları oyunlar və aqibətləri hər kəsə bəllidir. Görünür Allahşükür Paşazadə həzrətləri yaxın tariximizdə baş verən bu hadisələri ya unudub, ya da hansısa şəxsi maraqlar naminə bunları görməzdən gəlir. Əgər onun üçün xamneyilərin duaları bu qədər müqəddəs, ocaq necatların həndəvərində fırlanmaq şərəflidirsə, o zaman Arazın digər tayına keçib onların cərgəsində yer alsın, daha Azərbaycan xalqının adından danışıb sərsəm bəyanatlar verməklə könül bulandırmasın.

Adam gərək danışanda nə danışdığına fikir versin. Saçı-saqqalı ağarmış, özünü Bütün Qafqazın Şeyxi adlandıran şəxs isə xüsusilə məsuliyyətli olmalıdır. Amma görün, iş hara gəlib çatıb ki, bizim Şeyxin son açıqlamalarına Türkiyə prezidentinin müşaviri səviyyəsində etiraz edilir. Allahşükür Paşazadə isə öz açılamasını deyil, məhz bu açıqlamanın verilməsini Azərbaycan - Türkiyə əlaqələrinə kölgə salmaq kimi qiymətləndirir. Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki...

Ümumiyyətlə, Şeyxin qeyd etdiyimiz biabırçı bəyanatı ilə bağlı tənqidə verdiyi reaksiya başdan-ayağa absurddur. Müsahibəni oxuduqca adama elə gəlir ki, o, hələ də nədən danışdığını, nəyə görə tənqid edildiyini anlamayıb. Yenə də Azərbaycanın şeyxi kimi deyil, İranın müdafiəçisi kimi çıxış edir. Necə deyərlər “üzrü qəbahətindən betər”.

Bu yerdə nədənsə Allahşükür Paşazadənin illər öncə verdiyi bir açılama yada düşür. O vaxt Şeyx demişdi ki, “33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm. Vicdan azadlığı sözünün tam mənasını indiyə qədər mən özüm üçün ayırd edə bilmirəm”.

Allahşükür Paşazadənin bu kəmsavad açıqlamaları, sonradan özünə haqq qazandırmaq məqsədilə verdiyi müsahibə bir daha onun yerində olmadığını göstərir. Əgər adam bu yaşında nə danışdığını bilmirsə, ağzından çıxan sözə cavabdehlik daşımaq iqtidarında deyilsə, demək, artıq tutduğu məqama da layiq deyil. Şeyx həzrətlərinin hər dəfə özünü bu cür biabır etməyindənsə, getməsi daha yaxşı olardı...

Rufik İsmayılov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO