Xanım başçıdan qazilərə cavab: “Mənə görə döyüşməmisən” – VİDEO

21:14 12.02.2021 350
Xanım başçıdan qazilərə cavab: “Mənə görə döyüşməmisən” – VİDEO
Son vaxtlar bəzi məmurların şəhid ailələrinə, qazilərə laqeydliyi dözülməz həddə çatıb. Müharibə qəhrəmanlarına qarşı elə münasibət sərgiləyirlər, sanki minnət qoyurlar. Belə laqeyd davranış nümayiş etdirən məmurlardan biri də Abşeron rayon icra başçısı İradə Gülməmmədovadır. Onun bir müddət əvvəl qazi ailəsi ilə maraqlanmadığını qeyd etmişdik. İndisə xanım başçının qəbuluna gələn 11 nəfər Vətən müharibəsi qazisini Gülməmmədovadan şikayətçidir.

Reportyor.info-ya danışan qazilərin sözlərinə görə, işlə təmin olunmaq üçün dəfələrlə icra başçısının görüşünə gediblər. Amma heç bir nəticəsi olmayıb. Bu yaxınlarda Prezident Abşerona səfər edəcəkdi deyə müharibəyə könüllü qatılmış qaziləri dərhal qəbul edib ki, özünü göstərsin.



Suqovuşan istiqamətində döyüşmüş qazi Məmmədov Orxan Rəhim oğlu deyir ki, İ.Gülməmmədova onlarla görüşmürdü, görüb Prezident rayona gəlir, 11 nəfər qazini dinləyib.

“Onun qəbuluna güclə düşmüşdük. İradə xanımdan xahiş etdik ki, bizi işlə təmin etməyə köməklik göstərsin. Səhəri Abşeron icra hakimiyyətinin saytından oxuyuruq ki, guya biz işlə təmin olunmuşuq. Bunu reklam üçün ediblər. Axı bizə heç bir iş verilməyib. Faktiki biz işsiz adamlarıq. Ümumiyyətlə, müharibədən sonra bizimlə maraqlanmayıblar, icra başçısı soruşmayıb ki, nə problemimiz var”.

O.Məmmədov deyir ki, Abşeron İH-dən onlara “bura işədüzəltmə bürosu deyil, get, hara istəyirsən şikayət yaz” bildirilib: “Bizdən başqa biri də İradə xanımın qəbuluna düşmüşdü, başçı onunla da kobud danışdı. Dedi ki, mənə görə döyüşməmisən. Biz axı ondan heç nə istəmirik, sadəcə, işlə təmin olunmağa kömək etməsini istəmişik. Ancaq görürük ki, ortada heç bir iş yoxdur, icranın saytında isə yazırlar ki, bizi işlə təmin ediblər”.

Qəbulda olmuş digər qazi Həsənov Rəşad Mirdaməd oğlu da könüllü döyüşənlərdən olub. Onun sözlərinə görə, Abşeron İH başçısı onların yanında bir sex rəisi ilə əlaqə saxlayıb:
“Bizi ora yönləndirdilər. Sexin rəisinə zəng vurdu, sonra ora getdik. Heç rəisin özüylə görüşməmişik, bir nəfər qarşıladı. O da yola verdi, yəni konkret iş yoxdur”.

Qazilər qeyd edirlər ki, Abşeron İH saytında işlə təmin edildikləri yazıldığı halda, faktiki işsizdirlər və başçı bu yalanı davam etdirirlər. O. Məmmədov bildirir ki, nə ona, nə yoldaşına iş verilir: “Gələn gündən qəbuluna düşə bilmirdik, deyirdilər pandemiyadır, başçı qəbul etmir. Ali Baş Komandan Abşerona gələn kimi bizimlə görüşdü. Ancaq heç bir iş verilməyib, 11 nəfərik, hərəni bir yana göndərirlər, amma nəticəsi yoxdur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO