Dövlət daha nə etməlidir ki, şəhid ailələri və qazilər narazı qalmasın?

10:45 15.01.2021 383
Dövlət daha nə etməlidir ki, şəhid ailələri və qazilər narazı qalmasın?
İşğal olunmuş torpaqlarımızın azad olunması ilə başa çatan 44 günlük savaş cəmiyyətdə şəhid ailələri və qazilərimizin problemləri və sosial durumlarına daha həssas yanaşılmasını şərtləndirib. Artıq fərd olaraq hamımızın həmişə borclu olduğu bu insanların kiçik problemləri belə geniş ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur. Amma onu da vurğulamaq lazimdır ki, hakimiyyət ən yüksək səviyyədə şəhid ailələrinin və əlillərin problemlərini prioritet sayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr edilmiş videoformatda keçirilən müşavirədə köçkünlər üçün tikilən mənzillərin şəhid ailələrinə veriləcəyini bildirdi:

"Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm də müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə".

Prezidentin göstərişindən sonra "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verildi. Həmin mənzillər şəhid ailələrinə paylanılacaq. Söhbət Bakı, Sumqayıt başda olmaqla ölkənin müxtəlif yerlərində tikilən 4700 mənzildən gedir.
Qeyd edək ki, təkcə ötən il şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilib. Ümumilikdə, ötən dövrdə 8423 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Müharibə əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında avtomobil verilir. 2020-ci ildə həmin şəxslərə 400 avtomobil verilib. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə dövlət qayğısı bununla bitmir. Belə ki, şəhid ailəsi və qazilərə aylıq ödəmələr edilir və s.
Artıq Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) da fəaliyyətə başlayıb.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

YAŞAT Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

YAŞAT-dan verilən məlumata görə, fondun əməkdaşları, könüllülər ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmağa başlayıblar. Bu məqsədlə müvafiq əməkdaşlardan ibarət 69 qrup formalaşdırılıb və onlar aidiyyəti üzrə təlimlərə cəlb olunub.
Fonda artıq vəsaitlər daxil olmağa başlayıb. Bu günə qədər YAŞAT Fondu üçün həyata keçirilmiş ianələrin məbləği 30 milyon manat civarındadır. Yalnız ölkəmizdə deyil, həm də xaricdə yaşayan azərbaycanlılar artıq YAŞAT Fonduna elektron müraciət edərək, şəhid ailələrinə, qazilərə həm mənəvi, həm də maddi cəhətdən dəstək olacaqlar.

Göründüyü kimi, vətən müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması həmişə olduğundan daha çox dövlət və cəmiyyətin diqqət mərkəzindədir. Qısa müddətdə böyük işlər görülüb və görülməkdədir. Təkcə 4700 mənzilin bu həssas qrupa verilməsi və YAŞAT Fondunun tam işlək mexanizminin formalaşması problemlərin əhəmiyyətli dərəcədə həll olunmasına gətirib çıxaracaq. Üstəlik, dövlətin sosial siyasətində şəhid ailələri və müharibə əlillərinə xüsusi önəm verilməsi bu sahədəki çatışmazlıqların effektli həllini şərtləndirməlidir.

Amma hazırda problemlər də az deyil. Əsas problem isə məmur bürokratiyası və bu sahədə çalışanların işlərinə səhlənkar yanaşmasından qaynaqlanır. Bütün bunlar isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olmaqla yanaşı dövlətin bu sahədəki sosial siyasətinin səmərəliliyini aşağı salır. Dövlət və cəmiyyətin diqqətində olan sosial qrupun problemlərinin effektli həlli və bu sahədə olan narazılıqların qarşısını almaq üçün təcili və operativ tədbirlər həyata keçirilməlidir. Xüsusi ilə də görülən və görüləcək işlərlə bağlı mütəmadi olaraq məlumatlar verilməli və bu məlumatlara geniş yayılması təmin olunmalıdır.

Bu sahədə olan problemlərin aradan qaldırılması və sosial siyasətin effektliyinin artırılması üçün dövlət tərəfindən ilk olaraq Şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı vahid məlumat bazası yaradılmalı, bu informasiyalar əsasında problemlər ünvanlılıq prinsipi ilə həll olunmalıdır. Çünki cəmiyyət və dövlət olaraq şəhid ailələri başda olmaqla qazilərimizin və müharibə veteranlarımızın problemlərini həll etmək üçün resurslarımız kifayət qədərdir...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO