Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Baku.ws-ə verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, L.Şahbazova yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində nənəsinin evindən çıxaraq itkin düşmüşdü.
Zamantv.az