Hamı müharibəyə hazırlaşsın! - GƏLİŞMƏ

12:11 7.12.2020 361
Hamı müharibəyə hazırlaşsın! - GƏLİŞMƏ
Bu gün İsti su içdim... Kəlbəcərin “İsti su”yundan...

Yarım litrlik şüşə qabda pay göndərilən bu Su o qədər dəyərli, o qədər qiymətliydi, ifadə etməyə söz tapmıram.

Beş yerə böldük. Uşaqlar elə həvəslə içdilər ki!

Leyla gözləri işıq saça-saça bacısına və qardaşına xəbər verdi ki, bu su Kəlbəcərdən gətirilib.

Heyrətlə izlədim onları. Siz haradan tanıyırsınız Kəlbəcəri?! Siz nə bilirsiz Şuşa nədir, Laçın nədir?!

Necə qəribə suallar verir uşaqlar:

“Kəlbəcərə nə vaxt gedə biləcəyik?”

“Şuşanı nə vaxt görəcəyik?”

“Əsgərlərimiz də “İsti su” içirmi?..”

Qəribə və ilgincdir. Bizim itirilmiş uşaqlığımız uşaqlarımıza ərməğan olunur. Mistikadır sanki. Xoşbəxtlik! Sevinc, fərəh, qürur... bəlkəsiz, qeyd-şərtsiz elə budur!

Biz bu gözəl hissləri yaşamaq üçün düz 30 il gözlədik. Nəhayət, 2020-ci ilin bu möhtəşəm günlərini yaşamaq nəsibimiz oldu. Müharibə bütün hallarda dəhşətlidir, qan-qadadır, ölüm-itimdir. Amma sən işə bax ki, biz müharibənin başlamasından qorxmadıq, bitməsindən qorxduq. Düz 44 gün gizli səksəkə və qorxu içində Qələbə xəbərlərini izlədik. Bir gözümüz ağladı, bir gözümüz güldü. Dünyanın ən şərəfli, ən qürurlu insanları olduq. Qalib olduq. İşğalda olan torpaqlarımızın böyük bir hissəsinə hazırda Ordumuz birbaşa nəzarət edir: yarısını döyüşlə aldı, yarısına döyüşdə qazandığı qələbə dalğası ilə girdi. Ordumuzun hələlik ayağı dəyməyən torpaqlarımıza isə Qalib Ordunun diplomatları addım-addım qədəm qoyur.

Bunları qələmə almaq o qədər gözəldir ki!

Qalib bir toplumun nümayəndəsi olmaq o qədər gözəldir ki!

44 günlük müharibədə ölümdən qorxmurduq. Amma indi adam “ucuz ölümdən” qorxur, lap açıq desək, məhz koronavirusdan: narahat olursan ki, bu torpaq uğrunda şəhid ola bilmədim, şahiddəmi olmayım?

Yox, bu ərəfədə ölmək olmaz, yaşamaq gərəkdir;

Acı çəkdiyimiz 30 boz ilin acığına yaşamaq, uzun ömür yaşamaq, Qarabağda yaşamaq, qarabağlı olmaq, Qarabağ üçün çalışmaq, işləmək, Şəhidlərin arzularını göyərtmək gərəkdir!

Ağaclar əkməliyik o torpaqlarda, çiçəklər becərməliyik, evlər tikməliyik...

Ev-ev, yuva-yuva Sevgi dağıtmalıyıq...

Paylaşmalıyıq, bölüşməliyik...

Çox ehtiyacımız var bunlara. Əşhədü-ehtiyacımız var...

Əlbəttə, çox çətin və çox ağır günlər yaşayırıq həm də. Qələbə asan başa gəlməyib. 2783 Şəhid vermişik. 2783 Qəhrəman Oğul itirmişik. Asan deyil sinəyə çəkmək. Asan deyil dözmək.

Amma dözəcəyik. 2783 Ruhu Sevindirmək kimi bir görəvimiz var. 2783 Ruhu yalnız və yalnız Qarabağın firavanlığı ilə sevindirmək olar.

Onlar qanları ilə aldıqları torpaqlarımızda həyat görmək istəyirlər.

Onlar ona görə ölmədilər ki, biz dərd çəkək. Onlar öz gənc ömürlərini ona görə qurban verdilər ki, biz Qələbəmizə sevinək, dağıdılmış ocaqlarımızı qalayaq, Şuşaya şükr edək, Laçına, Kəlbəcərə, Ağdama, Zəngilana, Qubadlıya, Cəbrayıla, Füzuliyə şükür edək! Şükür edək Qəhrəman Ordumuza, Qəhrəman Ali Baş Komandanımıza, Qəhrəman Şəhidlərimizə...

Etiraf edək ki, bu tezliklə bu qədərini gözləmirdik. Təsəvvür edə bilirsiz, 32 illik əzabın 44 günə başa çatmasını?

Biz Şuşaya bu cür və bu tezliklə qovuşacağımızı yəqin ki, bu səviyyədə təsəvvür belə etməmişik. Xəyalımızda belə. Nağıl dili yüyrək olar, deyirlər. Nağıllarımızda belə, bu sürətlə, bu cəsarətlə, bu fədakarlıqla yüyürməmişik Şuşaya doğru... Bu möcüzənin şəklini xəyalımızda belə bu nəhənglikdə çəkə bilməmişik...

Noyabrın 8-i... Yəqin ki, bu Günü heç vaxt unutmayacağıq. Unudulması mümkün də deyil. Prezident İlham Əliyevin Şəhidlər Xiyabanında Şuşa müjdəsini verməsini... Xalqı təbrik etməsini... Ata vəsiyyətini yerinə yetirdiyini bəyan etməsini...

Yuxu kimiydi... Yuxu kimi gözəliydi. Şükürlər olsun ki, həm də Real idi, Həqiqət idi!

İnsanlarımızın sevincini də xatırlayaqmı? Sonuncu dəfə toplum olaraq, kütləvi şəkildə, birlikdə, bir yerdə nə vaxt belə sevinmişik? Ürək köksündən qopacaqmış kimi, ürək dayanacaqmış kimi, qəlb havalanacaqmış kimi... sevinmişdikmi, sevinməyə bu miqyasda səbəbimiz olmuşdumu? Son 30 ildə bir İlk idi. Biz Lələtəpəyə sevinmişdik, Günnütə fərəhlənmişdik, hansısa idman yarışında hansısa idmançımızın bir ermənini məğlub eləməsinə qürurlanmışdıq. Amma belə Qürur ömrümüzdə, taleyimizdə bir İLk idi...

Xudafərinin Azadlığı da ilk idi...

Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğaldan azad edilməyi də...

Kəlbəcərin, Ağdamın, Laçının bircə güllə atılmadan, döyüşsüz-savaşsız ömrümüzə-günümüzə geri qayıtması da... ilk idi. İlk dəfəydi ki, biz diktə edirdik, biz düşməni kapitulyasiyaya məcbur edirdik... Azərbaycan müharibələri bütün müstəvilərdə udurdu...

Bunları ona görə yada salıram ki, çox təəssüf, bir çox hallarda əldə etdiyimiz Qələbəni kiçiltmək, gözdən salmaq, miqyasını azaltmaq meyilləri hiss olunur. Xüsusən sosial şəbəkələrdə... Sanki düşmən mediasının yazdıqlarını tirajlayırlar. Sanki işğaldan azad olunan ərazi bizim uğurumuz, qələbəmiz deyil. Anlaşılmır, onlar qələbəni necə təsəvvür edirmişlər? 30 illik münaqişənin həlli 44 gün ərzində daha necə ola bilərdi? Əsgərlərimiz Xankəndində mağzada alış-veriş edir, Ermənistan Laçınla sərhəddə 8 kilometr geri çəkilir, Kəlbəcərdə qızıl yataqlarının 75 faizi ermənilərdən geri alınır, yenə də kimlərsə “narazı” qalır. Səbəb? Rus sülhməramlılarının mövcudluğu narahat edirmi? Bəs Ağdamda yerləşdirilən türk əsgərləri?! Bu, sevindirici fakt deyil?! Mövcud reallıqlar içərisində Azərbaycan Prezidenti İlham Əliyev mümkünsüzü mümkün edərək ölkəmizə Böyük Qələbə qazandırıb. O, 2012-ci ildə rus qoşunlarını Qəbələ RLS-dən göndırən adamdır. Azərbaycanın dövlət maraqları nəyi diktə edirsə, o, həmin addımları atır. Şübhə yoxdur ki, Ordumuzun girmədiyi ərazilərimizdə də məhz Azərbaycan qanunları hakim olacaq. Xankəndidə yaşayanlar da Azərbaycan bayrağı altında yaşayacaq. Və bu prosesdə bizə yardımçı ola biləcək bütün vasitələrdən yaralanacağıq.

Müharibə yalnız bir cəbhədə başa çatıb. Digər cəbhələrdə isə yeni başlayır...

Müharibəyə hazırlaşmalıyıq - diplomatiyada, informasiya müstəvisində...

Eyni zamanda, qurmağa...

Yaratmağa...

Qarabağı yenidən dirçəltməyə...

Müəllif: Aynur Camalqızı //axar.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO