Vəziyyət pisdir və daha da pis olacaq: nə etməli? - TƏHLİL

10:43 21.07.2020 344
Vəziyyət pisdir və daha da pis olacaq: nə etməli? - TƏHLİL
Çox təəssüf ki, koronavirusn ikinci dalğası başlayıb. 5 ay öncə gündəlik yoluxma 40-50 nəfər idisə, indi bu göstərici 10 dəfə artıb. Problem böyüdükcə sosial durum da gərginləşir. Xidmət və turizm obyektlərinin bağlanması təkcə orada çalışan insanların yox, həm də bu obyektləri ərzaqla təmin edən fermer təsərrüfatlarına, təchizatçılara böyük ziyanlar vurub və vurmaqdadır.

Koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün 120-150 milyon manat itirir. Karantin rejimin 5 aydır davam etdiyini nəzərə alsaq, bu müddət ölkə iqtisadiyyatı 22-23 milyard manata qədər ziyana düşüb və düşməkdədir. Bu büdcə gəlirlərinin 90 faizindən çoxdur.

Üstəlik də neftin dünya bazarında ucuzlaşması büdcə gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi təsir edir. Ancaq bəziyyət ümidsiz də deyil - ölkənin valyuta ehtiyatları da yetərincədir - həm Neft Fondunda, həm də Mərkəzi Bankın ehtiyat fondunda.

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47 milyard 743,3 milyon dollar təşkil edib.
Bunun 86,6%-i və yaxud 41 milyard 349,5 milyon dolları Neft Fondunun , 13,4%-i və yaxud 6 milyar 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb. Bu vəsait epedemiyanın ziyanlarını aradan qaldırmağa yetərlidir.

Bununla belə, hökumər həm karantin rejimindən minimal itki ilə çıxmaq, həm də post-epedemiya dövründə iqtisadiyyatın dirçəldilməsi üçün bir çox məsələləri həll etməlidir.

Birincisi, Neft Fondunun vəsaitləri hesabına ilin sonunadək əhali kommunal ödənişlərdən azad edilməlidir. Gəlirlərdən məhrum olan insanlar heç olmasa kommunal xərc yükündən azad olunmalıdır.

İkincisi, ilin sonuna qədər yüksək maaş və pensiya alan zümrələrdən başqa bütün ailələrə yardımlar edilməlidir. İlin sonuna qədər bu yardımlar davamlı olsa, sosial gərginlik ocaqları passivləşmiş olacaq. Əks halda sosial gərginlik artan xətlə davam edəcək. Yaşamaq üçün heç bir resursu olmayan insanlarla sonsuzluğa qədər zor gücünə davranmaq mümkün deyil. Bütün bölgələrdə İsmayıllı hadisələrinin yaşanması istisna deyil. Nəzərə alın ki, İsmayıllı hadisləri hələ indiki ilə müqayisədə "xoşbəxt illərdə" baş vermişdi - 2013-cü ildə ölkəyə böyük neft pulları axırdı və 1 dollar 78 qəpik idi. Əhalinin ən azı kredit resurslarına çıxışı vardı - indi bunların heç biri yoxdur. Kasıb təbəqənin dəstəklənməsi həm də biznes strukturlarının çöküşününün qarşısını alacaq.

Üçüncüsü, Neft Fondunun vəsaitləri hesabına karantin rejimdən ziyan çəkən iş adamlarına da yardım edilməlidir. Əks-halda post-epedemiya dövrünə onlar fəaliyyətini bərpa edə bilməyəcək.

Dördüncüsü, iri dövlət şirkətləri və iri holdinqlər kasıb ailələrə yardım kampaniyaları təşkil etməlidir. Bu halda sosial gərginlik ocaqlarından biri də passivləşmiş olacaq. Hazırda yoxsul təbəqədə varlı zümrəyə qarşı total nifrət var və təəssüf bu nifrətin əsasları da var. Çünki iri şirkətlər karantin rejinində kasıb insanların yanında olmadı və olmaq da istəmədi. Belə kampaniyaları təşkili orta və kiçik iş admlarının da prosesə qoşulmasını şərtləndirə bilər və sosial gərginlik ocaqları xeyli passivləşə bilər. Bu kampaniyanın əsas şüarı belə olmalıdır - hər bir iş damı öz kəndinin, rayonun və şəhərinin kasıb insanlarına sahib çıxmalıdır.
Qadir İBRAHİMLİ //istiqlal.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO