"Müsavat Partiyasının üzvü, həkim Zakir Xəlilov vəfat etdi. Koronavirusun qurbanı oldu. Bərpa olunduğu dövrdən Müsavat Partiyasının üzvü, Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda mübarizənin fəal iştirakçısı idi”.
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
"Zakir Xəlilov təcilli tibbi yardımda çalışırdı. O, koronavirusa yoluxan xəstələrin həyatını xilas etmək naminə öz həyatını itirən ilk Azərbaycan həkimidir” – A.Hacılı bildirib.
Zamantv.az