Karantin dövründə küçədə yaşayan kimsəsiz insanların aqibəti necə olacaq? - AÇIQLAMA

12:49 13.04.2020 391
Karantin dövründə küçədə yaşayan kimsəsiz insanların aqibəti necə olacaq? - AÇIQLAMA
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur. Bu müddət ərzində insanların sağlamlıqlarını qorumaq məqsədilə müəyyən qaydalar hazırlanıb.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, yaşı 65-dən yuxarı olan insanların küçəyə çıxması qadağan edilib.

Bəs paytaxt ərazisində küçələrdə yaşayan kimsəsiz, evsiz-eşiksiz insanların aqibəti necə olacaq? Karantin dövründə onlar həm özləri təhlükə altındadır, həm də digər insanların koronavirusa yoluxma riskini artırırlar. Küçələrdə yaşayan kimsəsiz insanlar müvəqqəti də olsa sığınacaqlara yerləşdirilirmi?

Məsələ ilə bağlı Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sorğuya cavab olaraq bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Sosial Sığınacağa qəbul birbaşa aparılmır:

“Hazırkı şəraitdə bu və ya digər səbəblərdən evsiz-eşiksiz qalmış və sosial sığınacağa ehtiyac duyan insanların həmin müəssisəyə yerləşdirilməzdən öncə pandemiya ilə əlaqədar ilk mərhələdə iki həftəlik karantin dövrü keçmələri tələb olunur. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığınacağına yaxın ərazidə ayrıca karantin məqsədli sığınacaq bölməsi yaradılıb. Həmin şəxslər əvvəlcə karantin dövrü keçmələri üçün bu sığınacaq-bölməyə qəbul olunurlar.

Müasir tələblərə uyğun şəraitin mövcud olduğu sığınacaq-bölməyə qəbul olunan şəxslər burada 14 gün ərzində xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər. Eyni zamanda, bu müddət ərzində hər gün azı iki dəfə müvafiq cihazlarla yaxın məsafədən temperaturları ölçülür, iki dəfə TƏBİB mütəxəssisləri tərəfindən tibbi müayinələrdən keçirilirlər. Karantin dövründə müayinələrin nəticələri müsbət olmadığı təqdirdə, onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa köçürülürlər. Buraya yerləşdirildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində stasionar şəraitdə sosial məişət xidmətləri ilə təmin edilirlər. Xüsusən də, həmin insanların normal həyat tərzinə qayıtması, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır”.

F.Talıbov onu da əlavə edib ki, xüsusi karantin rejimi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında da sakinlərin pandemiyadan qorunması üçün bütün işlər görülür.

“Sosial Sığınacaqda yüksək standartlara cavab verən şərait yaradılıb. Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub, burada mütəmadi dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tam tətbiq edilir. Qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. mövcuddur. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO