Qanun şəffaflığın tələb və standartlarına cavab vermir

12:36 7.01.2020 432
Qanun şəffaflığın tələb və standartlarına cavab vermir
"Büdcə korrupsiyasının çiçəklənməsinin əsas səbəblərindən biri də dövlət satınalmalarında şəffaflığın olmamasıdır.Son illər dünyada elektron satınalmalar, bəzi ölkələrdə hətta internet üzərindən onlayn translasiya olunan tender və hərraclar bu sahədə şəffaflığın əsas mexanizmlərindən birinə çevrlib".

Bizimyol.info xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev sosial şəbəkə hesabında bildirib.

Ekspertin sözlərinə görə, axır 3-4 ildə Azərbaycan hökuməti də elektron satınalmaların təşkililə bağlı qanunvericiliyə dəyişiklik edib, etender.gov.az saytı yaradılıb və s.: "Amma önəmli olan mexanizmin nə dərəcədə effektiv işləməsi, formallıq xatirinə deyil, gerçək çalışmasıdır.

Cəmi bircə nümunə deyim, özünüz nəticə çıxarın.

"Dövlət satınalmaları haqqında" Qanunun 2 və 4-1-ci maddəsinə görə, bu qanunun təsir dairəsinə düşən bütün dövlət təşkilatları öz satınalma planlarını yuxarıda qeyd elədiyim elektron satınalma portalında yerləşdirməlidirlər - yəni bu məcburi bir öhədlikdir.

Xeyli sayda təşkilat yerləşdirməyinə yerləşdirir, amma qanunun tələbini pozmaqla.

Belə ki 2 və, 4-1-ci maddəyə görə, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, tərkibi, həcmi, miqdarı və ölçüsü əks olunmalıdır".

Rövşən Ağayev qeyd edib ki, Saytda yerləşdirilən xeyli sayda planda ad göstərilir, amma satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, miqdarı, həcmi və ya ölüsü barədə hər hansı nümunə yoxdu:

"Məsələn, Füzuli rayonu İH-nin planında göstərilir: "uşaq baxcaları körpələr evi üzrə digər xərclər". Miqdarı göstərilir 1 ədəd. Lakin nə satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, nə də onların ölçüsü və ya həcmi barədə heç bir informasiya yoxdur.

Yaxud Ağdam rayon İH-nin satınalma planında göstərilir: "sair torpaq, tikili və avadanlıqların satın alınması", "maşın və avadanlıqların satın alınması" və s. Bu planlarda da nə tərkib (hansı növ maşın və avadanlıq) var, nə həcm və miqdar var.

Qanunun nəzərdə tutduğu tələblərə və informasiya açıqlığına uyğun olmayan belə satınalma planların internet vasitəsilə açıqlanması nəyi dəyişir ki? Ən azından şəffaflığı artırmır. Çünki minimum şəffaflıq tələb və standartlarına belə cavab vermir".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO