Efirdə daha bir biabırçılıq-VİDEO

16:06 9.05.2018 782
Efirdə daha bir biabırçılıq-VİDEO
Son vaxtlar efirlərdə aparıcıların, verilişə gələn qonaqların biabırçı davranışları, təhqir və söyüşlər artmaqda davam edir. Sosial şəbəkələrdə, mətbuatda teleaparıcı Elçin Əlibəylinin verilişinə dəvət etdiyi müğənni Maral Tahirqızını təhqir edib qovması barədə müzakirələr səngiməmiş, daha bir biabırçılıq ortaya çıxdı. Belə ki, bu dəfə aparıcı Rövşanə Ağasəfqızının verilişində dava yaşanıb. Verilişdə ekstrasens kimi təqdim edilən Bayram Nurlu və digər ekspertlər qonaq olublar. Kulturoloq Aydın Xan Əbilov ekstrasenslərdən danışıb və onları fırıldaqçı adlandırıb. Onun sözlərinə isə B. Nurlu sərt reaksiya verib:

“Fırıldaqçı sizsiniz! Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm. Şərəf və ləyaqətimi 100 min manata siğortalamışam”.

Kulturoloq isə cavab olaraq “Mən sənin üçün uşaq olmamışam, ay gədə” deyib.

Aparıcı Rövşanə Ağasəfqızı qonaqları sakitləşdirməyə çalışsa da alınmayıb. B. Nurlu qışqırıb, hay-küy salaraq telefonunu istəyib, polisə zəng edəcəyini deyib:

“Deyəcəm indi gəlib səni götürəcəklər”.

Verilişdə yaşanmış qalmaqala görə parapsixoterapist Qalib Dursun efiri tərk edib. Ekstrasens isə “gədə” sözünə görə kulturoloqu məhkəməyə verəcəyini deyib:

“Bu sözə görə ondan 100 min alacam, görəcəksiniz”.

Qeyd edək ki, efirdə yaşanmış bu olay da sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Əksəriyyət bu cür qalmaqalların yaşanmasına görə televiziya rəhbərliyini qınayıb.


Məsələ ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Əslində Azərbaycan efirində müəyyən problemlər həmişə dəfələrə tənqid edilib. Bizim və digər mədəniyyət, ictimai xadimlər tərəfindən efirin saflaşması üçün bir çox təkliflər irəli sürülüb.

Bilirsiz ki, bununla bağlı olaraq Teleradio Şurası da yaradıldı, müəyyən işlər görüldü. Hətta bir çox telekanallar cəzalandırılır. Lakin qeyd edim ki, televiziyamız inkişaf mərhələsini keçir. Təbii ki, buna görə müəyyən nöqsanlar olacaq.

Son iki ildə efirlərimizdə nöqsanlar daha çox görünür. Bu əsasən qonaqların kobudluqla verilişdən uzaqlaşdırılması, falçılar, ekstrasenslərin vergili insanlar kimi efirlərə ayaq açmasıdır. Dəfələrə biz bunun əleyhinə olmuşuq və tənqid etmişik. Bilirik bu məsələdə cəmiyyət, mədəni, səviyyəli insanlar bizi dəstəkləyir.

Əslində hüquq-mühafizə orqanları dərhal həmin insanları məsuliyyətə cəlb etməli, onlarla maraqlanmalı, o cür insanların ayaqları efirlərdən kəsilməlidir. Aparıcılar reytinq xətrinə efirlərə dəvət edir. Bunun qarşısı alınmalıdır. Bilirsiz ki, Cinayət Məcəlləsində falçılıqla bağlı müddəalar var.



İkinci bir tərəfdən, efirdə kiminsə qovulması qəti yolverilməzdir. Bəzən görürük ki, bayağı mahnı oxuyan müğənniyə daha çox sevgi, qayğı göstərilir, amma kitabları çıxmış, ziyalı bir insan dilucu təqdim edilir, sanki küçədən gələn, yoldan ötən biri kimi münasibət bəslənilir. Nə qədər belə münasibət olsa, gənclərimizdə ciddiliyə, elmə, intellektuallığa heç vaxt maraq olmayacaq. Beləliklə, tamaşaçı da efirin qarşısından qaçacaq və daha çox xarici telekanallara maraq göstərəcək. Buna görə də televiziya rəhbərləri bu məsələni nəzərə almalıdır".

Aydin Xan Əbilov ekstrasensin onu məhkəmə ilə hədələməsinə də mövqe bildirib: “İnanmıram ki, o, bu cür addım atsın, çünki bu bir piar kimi şeydir. Versə də, razıyam. Hətta dar ağacından da asılmağa razıyam, lakin Nəsimidən, Füzulidən başlamış Axundovda möhkəmlənmiş və keçmiş sovet dövründə daha da çoxalmış yalançı, kimyagər, ”vergili" insanlarla bağlı mübarizəmi hər zaman davam etdirəcəm və bunun haqq işi olduğunu hesab edirəm. Heç bir şey mənim qarşımı ala bilməz.

Düşünürəm ki, o cür insanların arxasında məmurlar da dayanır. Onlarla da mübarizə aparmağa hazıram. Ən azı haqq bizim tərəfimizdədir"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO