Bakı Dövlət Universitetində zəhərlənmədən vəfat edən tələbə Şəkər Xasmətovanın xatirə lövhəsi qoyulub.
Yeni Müsavat xəbər verir ki, qərənfillərlə bəzədilmiş foto BDU-nun əsas binasının girişində yer alıb.
Sözügedən binada mərhumun təhsil aldığı Fizika fakültəsi yerləşir. Fotoya universitet rəhbərliyinin başsağlığı cümləsi də əlavə edilib: "BDU-nun rektorluğu, AHİK və Fizika fakültəsinin dekanlığı Şəkər Faiq qızı Xasmətovanın vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Xatırladaq ki, 20 yaşlı Şəkər Xasmətova BDU-nun yataqxanasında qidadan zəhərlənərək vəfat edib. Digər 2 otaq yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar, hazırda onların vəziyyəti qənaətbəxşdir.
Zamantv.az