Gözəllik salonlarında qadınları gözləyən ölümcül xəstəliklər – Xanımların diqqətinə!

18:33 29.03.2018 763
Gözəllik salonlarında qadınları gözləyən ölümcül xəstəliklər – Xanımların diqqətinə!
Paytaxtda gözəllik salonlarının sayı durmadan artır. İndi demək olar ki, hər addımbaşı qadın gözəllik salonlarına rast gəlmək olar.

Təbii ki, təklifin bu qədər genişlənməsinə səbəb tələbin həddindən artıq çox olmasıdır. Gözəlləşmək, təravətlənmək gözəllik salonuna üz tutanların sayı kifayət qədərdir. Gözəllik qurban tələb edir, bir çoxları bu qurbanın sadəcə salonlara verdikləri pullar olduğunu düşünsə də, əslində daha çox öz sağlamlıqlarını qurban verirlər. Çünki gözəllik salonları bir çox hallarda xəstəlik yuvasına çevrilir. Bakıdakı gözəllik salonlarının heç də hamısında sanitar qaydalar gözlənilmir.

Məsələn, gün ərzində onlarla müştərinin saçını qurutmaq üçün eyni dəsmaldan istifadə edilir. Makiyaj vasitələri, məsələn, fırçalar, nəqqaşlar, müxtəlif alətlər aylarla istifadə edilir.

Bütün bunlar müxtəlif dəri xəstəliklərinin, dəmirovun yayılması üçün əsl münbit şərait yaradır. Eyni saç daraqlarının dəfələrlə istifadə edilməsi isə pedikulez başqa sözlə bitlərin ötürülməsinə səbəb ola bilər.

Xəstəliklərin yayılmasına ən böyük “töhvə”ni isə manikür və pedikür alətləri verir. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq.

Eyni zamanda tatuaj, qulaq deşilməsi, pilinq və digər kosmetoloji prosedurlar zamanı da ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası kimi, əsasən, qanla aparılan prosedurlar Hepatit B və C kimi təhlükəli xəstəliklərin yoluxmasına təkan verir.

Sterilizasiya şərtlərinə də nəzər yetirsək prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Hazırda salonlarda adi qaynama vasitələrindən və üzərində “sterilizer” sözü yazılan alətdən istifadə edilir. Halbuki bunlar virus infeksiyalarını məhv etmək üçün yetərli deyil. Mütəxəssislərin fikrincə, ilk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır. Bu günədək dəfələrlə belə təkliflər səslənib ki, adı çəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislərə və Səhiyyə Nazirliyindən alınan müvafiq sertifikatlara ehtiyac var.

Spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur.

Həkim-kosmetoloq Tahirə Mehdiyeva deyir ki, “Bu qurğulardan isə əksər gözəllik salonlarında olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil. Xüsusilə qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə aləm bir-birinə dəyir, salonun hər yerində saç, dırnaq, tük tapmaq mümkündür. Nəinki qanla əlaqəli prosedurlar, hətta dəridə aparılan “təmizləmə” belə, gözəllik salonlarında edilməməlidir. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil. Ya da alətləri mikrodalğalı sobada 280 dərəcədə qoyub, deyirlər ki, mikroblar ölür”.

Gözəllik salonlarındakı gigiyena və sanitariya vəziyyətinin öyrənilməsi, buna nəzarət edilməsi xüsusi bir qurum – Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilməlidir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov mediaya açıqlamasında bildirib ki, gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir.

Məhəllə aralarında yerləşən, kiçik bir otaqdan ibarət salonların yoxlanılması isə olduqca çətindir. Bu sahədə heç bir təhsili olmayan, sadəcə bacarıqlı olduğu üçün evinin qarşısında kiçik bir salon açıb işlədən xanımlar, təəssüf ki, otaqda sadə təmizlik aparmaqla məsələni bitmiş hesab edirlər.

Bu cür obyektlərə mərkəz işçilərinin yolunun düşməməsi, monitorinq üçün gəldikdə isə bir miqdar pulu ciblərinə qoyub, gözlərini yumub qayıtmaları özünə qulluq arzusu ilə bu salonlara yollananların sağlamlığı ilə oynayır.

Yoluxan xəstəliklər dərhal özünü göstərmədiyi üçün daha sonra heç kimə bunu sübut etmək də olmur.

Sonda yenə ən böyük yük müştərilərin öhdəsinə düşür. Yaxşı olardı ki, xanımlar öncə gözəllik salonundakı təmizliklə tanış olsunlar və manikür-pedikür üçün öz şəxsi alət dəstlərini, makiyaj üçün öz ləvazimatlarını istifadə etsinlər.



Minval.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO