[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "ABŞ Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır" - İNCƏLƏMƏ...
Rusiya ABŞ-la dialoqda Moskvaya qarşı sanksiyaların nəticə vermədiyini və siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. S.Ryabkov qeyd edib ki, amerikalılarla dialoq zamanı onları başa salırıq ki, “Soyuq müharibə”dən miras qalmış sanksiyalar və digər məhdudlaşdırıcı alətlər işləmir:
"Rusiya bu təzyiqə çoxdan uyğunlaşıb. Bu sahədə mümkün əlavə tədbirlər, hansılar ki, qeyri-legitim, qeyri-qanunidir, onlar ABŞ və Qərbin bizim siyasətimizdə axtardığı hər hansı dəyişikliyə təkan verməyəcək. Dəyişikliyə gətirib çıxarmayacaq”. Zamantv.az -ın məlumatına görə, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında deyib ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı öz təzyqlərini artırmağa çalışır:

"Təbii ki, ABŞ-ın başlıca məqsədi Ukrayna ilə birlikdə olmaq yox, Rusiyanı iqtisadi sanksiyalara məruz qoyub, çökdürməkdir. Rusiya isə əslində ABŞ-la qarşı-qarşıya gəlmək niyyətində deyil. Eyni zamanda Rusiya bütün gücü ilə çalışır ki, özünün ətrafında qərb ölkələrinin, xüsusən də ABŞ-ın çevrələmə siyasətini əngəlləyə bilsin. Təbii ki, Pribaltika ölkələri artıq 2004-cü ildə NATO-ya qoşulublar. Eyni zamanda Belarusiyada iqtisadi durumun gərginliyi Lukaşenko hakimiyyətini çıxılmaz vəziyyətə qoyub. Üstəlik də qərbdən rəsmi Minskə qarşı sanskiyalar var. Bu da Rusiyanı ciddi narahat edən məsələlərdəndir. Qərbin Rusiya ilə bağlı digər bir planı isə rəsmi Moskvanın zəngin enerji resurslarına malik olmasıdır. Bundan hələ ki qərb ölkələri, xüsusən də Avropa Birliyinə məxsus olan ölkələr faydalanırlar. Çünki Avropada qaz təchizatı işinin əksər hissəsini Rusiya həyata keçirir. Amma ABŞ bunlara baxmayaraq Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır. Rusiya da çalışır ki, özünün varlığını qorusun. Ukrayna torpaqlarının şərq hissəsini Rusiyanın dəstək verdiyi separatçıların əlində olması, Krımın Kremlin birbaşa ilhaqına tabe olması kimi məsələlər açıq bir oyundur. Qapalı məkanda isə məlum olduğu kimi, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəyir. Görünür ki, Rusiyanı hər tərəfdən əhatəyə almaq istəyirlər. Rusiya qərbin bu təzyiqlərinə boyun əymək niyətində deyil. Qərb də həmçinin özünün bütün gücü ilə bu siyasətini davam etdirir. Tərəflərdən biri yumşalmaya gedərsə, gərginlik azala bilər. Lakin indiki vəziyyətdə rəsmi Moskvanın Ukrayna sərhədində yüz minə yaxın qoşunun olması, qərb ölkələrindən oraya silah dəstəyinin verilməsi, hətta Kanadadan hərbçilərin göndərilməsi, İngiltərədən silah-sursat təchizatının reallaşması onu göstərir ki, qərb ölkələri Ukrayna üzərindən manevr etməyə çalışır.

Politoloqun qənaətincə, böyük dairədə olmasa da, kiçikmiqyaslı toqquşmaların baş verməsi ehtimalı mümkündür:

"Amma Türkiyə faktorunun varlığını da nəzərə almaq lazımdır. Türkiyə də ciddi-cəhdlə çalışır ki, yaşana biləcək gərginliyə mane olsun. Təbii ki, Türkiyənin öz dövlət maraqları var. Onun təmin olunması üçün yaxşı fürsət ələ keçib. İnanmıram ki, Rusiya Ukraynanı işğal altına alsın. Edərsə, Rusiyanın parçalanmasının labüdlüyünü ortaya qoyar".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
“ABŞ-ın Çində keçirilən idman oyunlarına qarşı təşkil etdiyi diplomatik boykota müharibə əlavə etməsi mümkündür”. Zamantv.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert fevralda qlobal geosiyasətdə mühüm gəlişmələrin ola biləcəyinə diqqət çəkib:

“Böyük hadisələr nə vaxt başlayacaq? Fevralın 3-də? Amerikalılar təşəbbüs göstərsə, o zaman hadisələrin Çində keçirilən Olimpiya Oyunları zamanı başlayacağını demək olar. Bu onların üslubudur, bunun nümunələri də var.

2008-ci il avqustun 8-də Çində Olimpiya Oyunlarının açılışına bir neçə saat qalmış, Vaşinqtonun göstərişi ilə Saakaşvili Cənubi Osetiyada əməliyyata başladı. Bununla çinlilərin bayramını məhv etdilər, çünki bütün xəbərlər Çindən yox, Qafqazda hərəkətə keçən tanklardan yazırdı.

Eyni zamanda, ABŞ kəşfiyyatı Soçidə keçirilən Olimpiya Oyunları zamanı - 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirdi. Doğu hesablama idi. Putin Rusiyanın Soçidə uzun müddətdir hazırlaşdığı idman zəfərini hərbi addımlarla pozmaq istəmədi. Soçidə keçirilən oyunlar fevralın 23-də başa çatdı. Fevralın 21-də isə bir gün sonra başa çatan dövlət çevrilişinin aktiv mərhələsi başladı. Oyunların bağlanışına qədər hakimiyyət qiyamçılar tərəfindən uğurla ələ keçirildi. Vaxt düzgün seçilmişdi.

Markov ABŞ-ın fevralda Çində başlayacaq Qış Olimpiya Oyunlarından əvvəl də hərbi müstəvidə addımlar ata biləcəyini iddia edib:

“Gələn ayın 4-də isə Çində Olimpiya Oyunları başlayır. ABŞ siyasətindəki anti-Çin ab-havası bu ərəfədə daha da güclənib. Çinin bayramını yeni müharibə ilə məhv etmək məntiqlidir. ABŞ-ın Çində keçirilən idman oyunlarına qarşı təşkil etdiyi diplomatik boykota müharibəni əlavə etməsi də mümkündür. Bundan başqa, ABŞ əmindir ki, Putin Rusiyanın “böyük qardaşı” Çinin bayramını korlamamaq üçün qoşunlardan fəal istifadə etməkdən çəkinəcək. Beləliklə, bu məqamdan “ildırım sürətli əməliyyat” keçirmək üçün istifadə edilə bilər. Bununla Rusiya ordusu üçün əməliyyatı əhəmiyyətli dərəcədə çətinləşdirmək istəyə bilərlər.

Beləliklə, ən sadə proqnoz hadisələrin fevralın 3-də başlayacağıdır. Baxmayaraq ki, əlbəttə, ssenarilər çox vaxt daha mürəkkəb olur. Bununla belə, ABŞ təşəbbüs göstərsə, ən mümkün tarix f
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı İlham Əliyev ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda xilas yolunu hələ də hakimiyyət dəyişikliyində görənlər var... - GƏLİŞMƏ
Rəsmi Bakının Qarabağla bağlı strateji hədəflərindən biri də şübhə yox ki, anklavda qalan erməni əhalinin cəmiyyətimizə inteqrasiyasıdır. Çünki yalnız o halda ərazimizdə erməni separatizmin kökü birdəfəlik kəsilə, Azərbaycan vətəndaşı sayılan ermənilər xarici məkrli güclərin və çevrələrin, öncəliklə də Türkə nifrəti bitməyən erməni lobbisnin əlində alət olmaqdan çıxa bilər.

Bu yöndə Azərbaycan dövləti yəqin ki, orta və uzaq perspektiv üçün konkret proqram üzərində çalışır. Belə bir proqramı isə həm də “sülhməramlı” adı altında Rusiya hərbi kontingentinin Qarabağdan həmişəlik çıxarılması zəruri edir. Çünki öz xahişimizlə gəlsə də, yad dövlətin hərbi qüvvələrinin ölkəmizdə uzunmüddətli mövcudluğu suverenliyimiz və ərazi büyölülüyümüz üçün yumşaq desək, arzuolunan deyil - o ki ola Rusiya ordusunun kontingenti...

*****

“Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası haqqında düşünür və buna hazırdır”. Belə bir fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev Tiflisdə keçirilən konfransda söyləyib.

Onun sözlərinə görə, Bakı həmçinin Ermənistanda yaşamış azərbaycanlıların problemini də qaldırmaq istəyir. “Əgər ermənilər Azərbaycanda yaşayırsa, biz inanırıq ki, azərbaycanlılar da əvvəlki kimi Ermənistanda yaşaya biləcəklər. Bütövlükdə regionun gələcəyi vaxtilə Cənubi Qafqazda mövcud olmuş etnik mozaikanın bərpasından keçir”, - deyə politoloq qeyd edib.

Niyə də olmasın? Ədalətli, haqlı və konstuktiv bir yanaşmadır. Razılaşmamaq çətindir. Ancaq ermənilər də buna razı və hazırdırmı?

Məsələ ondadır 44 günlük müharibədən sonra belə, erməni cəmiyyətində, ələlxüsus, onun siyasi və ekspert cameəsində geniş anlamda gerçəyin dərki ya yoxdur, ya da çox ağır gedir. Bu da növbəti “isti” fakt: “Qarabağ klanı”na və daşnaklara bağlı “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan dünən parlamentdə bildirib ki, hazırda əsas vəzifə geniş ictimai-siyasi konsolidasiya yolu ilə hakimiyyəti dəyişdirməkdir. “Bu, Ermənistanın xilası üçün əsas ilkin şərtdir”, - Tevanyan iddia edib.

“Hazırda Ermənistan 10 noyabr 2020-ci ildə (kapitulyasiya sənədi imzalanan gün - red.) olduğundan qat-qat çətin vəziyyətdədir. Əgər o zaman insanlar şokdan çıxıb küçələrə axışmışdılarsa, indi onlar xaricə köç edir və ya dövlətdən uzaqlaşırlar”, - deyə o vurğulayıb.

Göründüyü kimi, hələ də ağıllanmayıblar. Hələ də anlaya bilmirlər ki, Ermənistanın, erməni xalqının xilası, rifahı heç də hakimiyyət dəyişikliyinə yox, təfəkkür dəyişikliyinə, Türkə nifrətdən təcili qurtuluşa bağlıdır.

Söhbət ilk növbədə erməni siyasi elitasından gedir. Axı bu günədək Ermənistan rəhbərliyində daşnaklara, Qarabağ klanına kimi, bütün radikal-millətçilərin təmsilçiləri olub. Ermənilər ağ günə çıxıbmı? Təzədən radikal-revanşistlər iqtidarı ələ keçirsə, çıxa biləcəkmi? Hakimiyyətdə Paşinyan yox, Pişikyan olsa, möcüzəmi baş verəcək?

Suallar hamı üçün ritorikdir. Əfsuslar olsun ki, təkcə özünə vurğunluğu davam edən “qədim millət”dən savayı. Çar Rusiyasının bizə süni şəkildə sırıdığı qonşu xalqın iztirabları məhz bu səbəbə bitib tükənmək bilmir. Daha bir neçə fakt.

*****

“Dünya Bankının (DB) məlumatına görə, keçmiş SSRİ respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə birinci yerdədir. Ölkə üzrə bu göstərici 20,21%-ə çatıb”.

Zamantv.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan Mərkəzi Bankın sədr müavininin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirib.

“Dünya Bankının hesabatına əsasən, ikinci yerdə Gürcüstandır -12,05%. Əgər biz işsizlik baxımından birinci yerdəyiksə, onda necə deyə bilərik ki, ölkəmizdə iqtisadi vəziyyət kifayət qədər məqbuldur?”, - deyə o sual edib.

Bütün bunlar, Xaçatryana görə, iqtisadiyyatda “misli görünməmiş uğurlar”ın olduğunu iddia edən mövcud iqtidar nümayəndələrinin bəyanatlarına ziddir.

*****

“Diqqət edin, özü də ölkədə işsizlik səviyyəsi miqrasiyanın artması ilə paralel artır. Ermənistanın hər 4-cü vətəndaşı ölkəni tərk edir. Onlar müxtəlif səbəblərdən çıxıb gedirlər - yeni müharibə təhlükəsi, sonu görünməyən iqtisadi çətinliklər, özü və övladları üçün perspektivlərin olmamasına görə”.

Bu sitat isə Armenianreport.com redaksiya məqaləsində yer alıb.

Məqalədə habelə deyilir: “Əhali ölkədən milli rüsvayçılığa görə gedir. Müharibədəki məğlubiyyətdən və ”artsax"ın böyük hissəsinin itirilməsinə dözə bilmədiyi üçün baş götürüb gedir. Amma bunca miqrasiyayaya baxmayaraq, ölkədə hələ də hamı üçün kifayət qədər iş yeri yoxdur. Paradoks? Xeyr, müasir Ermənistanın acınacaqlı reallığı. Əhalisi 5 milyona çatacaq Ermənistan? 1,5 milyon yeni iş yeri? Yoxsulluğa qalib gələcəyik? Paşinyan, deyəsn, axı öz strategiyasında bunları vəd eləmişdi. Gülməlidir. İnsanlar Ermənistandan batmaqda olan gəmidən qaçan gəmi kimi qaçırlar, qalan kütlə isə kəskin narazılıq içindədir..."

Görəsən, on illəridr “miatsum” və cənnət nağıllarına qulaq asmağa məcbur edilən, əsl dost-tərəfdaşları - Azərbaycan və Türkiyəni düşmən, düşmənləri isə dost kimi təqdim və təbliğ edilən erməni xalqının aqibəti ayrı necə olmalı idi...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaqlar - Diqqət!
Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs, hərbi geyimdən kimlər istifadə edə bilər?
Zamantv.az xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri Üzrə köməkçisi Şirin İsmayılov "Xəzər Xəbər"ə "Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə biləcəyini deyib.
Şirin İsmayılov onu da bildirib ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Elə seçki heç kimə lazım deyil” - Deputatdan ETİRAZ
“Bələdiyyələri ləğv etmək mümkün deyil. Çünki yerli özünüidarəetmə institutları bütün dünyada fəaliyyət göstərir. Lakin Azərbaycanda bələdiyyələr kağız üzərindədir. Fəaliyyətləri isə sıfırdır”. Zamantv.az xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında deyib.

Belə ki, yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Qarabağda bələdiyyələrin yaradılması mövzusu ilə bağlı fikirlərini bölüşən millət vəkili mövzu ilə bağlı tənqidlər yağdırıb.

Razi Nurullayev ilk növbədə bələdiyyələrin fəaliyyətsizliyinin səbəblərini bu cür izah edib:

“Çünki onların qazancı yoxdur. Bələdiyyələrin qazanclı olması üçün hüquqi müstəvi yaradılsa da, onların bunu etməyə bacarığı yoxdur. Bu bacarıqları inkişaf etdirmək üçün də hər hansı addım atılmır. Gedib bələdiyyə üçün 5-6 saatlıq kurslar keçib, təlimatlar verməklə də onların işi düzələn deyil. Demək ki, bələdiyyələrdə də bacarıqlı insanlar olmalıdır. Bələdiyyə xalqa, seçildiyi yerə məsuliyyət daşımalıdır. Amma bələdiyyələr təyinatla seçildiyinə görə, xalqın seçdiyi yox, kimlərinsə razılıq verməsi ilə seçilən adamlar olduğu üçün onlar vətəndaşlar qarşısında hesabatlı deyillər. Onlar ayrı-ayrı vəzifəli şəxslər qarşısında hesabatlıdırlar”.

Millət vəkili bələdiyyə seçkilərinin qeyri-şəffaf keçirilməsini də sərt şəkildə tənqid edib:

“Əgər seçki keçiriləcəksə və Qarabağda da eyni vəziyyət olacaqsa, onda həmin seçkiləri keçirib özümüzü biabır etməyək. Lakin insanların seçdiyi, bacarıqlı insanlar bələdiyyələrdə təmsil olunacaqsa, bu olmalıdır. Əvvəlki ənənədə olduğu kimi, icra hakimləri və onların müavinləri, ayrı-ayrı adamlar, Bakıdan gələn göstərişlər, hörmətli siyasətçilər öz adamlarını ora soxuşduracaqsa, hər kəs özü üçün “banda” düzəldəcəksə, insanların iradəsi heçə sayılacaqsa o seçkinin keçirilməsinə ehtiyac yoxdur. Həmin problemlər bələdiyyələrdə olduğu üçün, onlar özlərini doğrulda bilmirlər.

Bələdiyyəni xalq seçməlidir, heç kim də müdaxilə etməməlidir. Lakin yerli səviyyədə 60-70% yerli icra hakimləri və digərləri qərarlarını verir, insaların iradəsi isə havada qalır. Bu cür bələdiyyələr heç kimə lazım deyil”.

- Razi müəllim, zaman-zaman bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması üçün, onlara ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsi gündəmə gətirilir. Sizcə, bu problemi qismən də olsa, həll edə bilərmi?

“Bələdiyyəyə pul ayrılmalı deyil. Məsələ burasındadır ki, icra hakimiyyətinə, müxtəlif dövlət orqanlarına pul ayrılır. Bələdiyyəyə də pul ayırılacaqsa, dövlət büdcəsindən maliyyələşən digər qurumlara nə ehtiyac var ki? İcra hakimiyyəti və bələdiyyələrə ayrı-ayrılıqda pul ayrılmalıdır? Bunun özü absurddur, biabırçılıqdır, dünyada belə bir təcrübə yoxdur. Bələdiyyə vergiləri yığmalıdır. İcra hakimiyyəti yox. İcra hakimiyyətləri Prezidentin səlahiyyətli nümayəndələri kimi qalmalıdır. Lakin bələdiyyələrin çox işini icra hakimiyyətləri yerinə yetirir. Bələdiyyələrsə icra hakimiyyətlərinin bir qoludur, onların sözündən çıxmırlar. İcra hakimiyyətləri desə, “öl-öl, qal-qaldır”. Belə bələdiyyə olur?”

Razi Nurullayev bələdiyyələrin hansı formada fəaliyyət göstəməli olduqlarını da vurğulayıb:

“Belə olan halda bələdiyyə büdcədən pul tələb edəcək də. Bələdiyyə pulu özü qazanmalıdır, məktəb, xəstəxana, uşaq baxçası açmalıdır və pullu xidmət göstərməlidir.

Bələdiyyənin pullu məktəbi, xəstəxanası, uşaq baxçası olsun, getsin 100 hektarlarla ərazini əksin, meyvə bağları salsın, zavod açsın, bina tiksin. Qanunla bələdiyyələr bizneslə məşğul olub pul qazana bilər. Sadəcə olaraq, hesabatlı olmalıdır”. Dövlət icra hakimiyyətinə, bələdiyyəyə, məktəbə, baxçaya pul ayırır. Belə idarəçilik olur? Elə bələdiyyə heç kimə lazım deyil. Bələdiyyə özü-özünü dolandırmalıdır. Dövlət də buna şərait yaratmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocalıda bayrağımız nə zaman dalğalanacaq?!! - HƏQİQƏTƏN DƏ...
Gələn ayın 26-da Xocalı soyqırımının 30 ili tamam olacaq. Bu tarixi faciənin ildönümünə qalib Azərbaycan necə hazırlaşır?

Bu sual ətrafında müzakirələr indidən açılıb.

Eyni zamanda 44 günlük II Qarabağ müharibəsindən sonra Xocalının Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı gözləntilər hələ də doğrulmayıb. Bayrağımız o yaralı və şəhid şəhərimizdə nə zaman dalğalanacaq?

Ordumuz Xocalının bəzi kəndlərini işğaldan azad edib. Amma şəhər hələ də sülhməramlıların nəzarətindədir, ermənilərin istismarındadır.

Zamantv.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Xocalının deputatı Elman Məmmədov tezliklə bütün doğma torpaqlarına qayıdacaqları günü hər kəsin səbirsizliklə gözlədiyini vurğuladı: “Xocalının da ermənilərin nəzarətindən alınmasının vaxtı çoxdan çatıb. Hamımız səbirsizliklə gözləyirik ki, digər rayonlarımız kimi, Xocalı da, bütövlükdə Xocavənd də, keçmiş Ağdərə rayonu da, Xankəndi də düşmən işğalından azad olunsun, düşmən işğalından təmizlənsin. Amma təəssüflər olsun ki, müəyyən səbəblərdən hələ ki bu baş verməyib. Bu gün Xocalı şəhərinin özündə və rayonun ərazisinin çox hissəsində ermənilər yaşayır. Ermənilərlə bərabər rus hərbi kontingenti də Xocalı şəhəri ərazisindədir. Özlərinə pravoslav kilsəsi də tikiblər. Orada-burada dağda, dərədə bir dığa tapan kimi onu gətirib Xocalıda məskunlaşdırırlar. Xocalıda yenidən ermənilər üçün evlər tikirlər. Amma hesab edirəm ki, bu o qədər də uzun çəkməyəcək. Böyük ərazilərimizi düşməndən təmizləyən, düşməni məğlub edən Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Xocalını da ermənilərdən, düşmənlərdən, cinayətkarlardan təmizləyəcək, bizim idarəetməmizdə olacaq. Biz də doğma yurd-yuvamıza qayıdacağıq. 30 il ərzində hər zaman deyirdik ki, gələn ili Xocalıda, Şuşada, Laçında və digər işğal altında olan ərazilərimizdə keçirəcəyik. Bunun çoxuna nail olmuşuq. Az bir hissə qalıb. İnşallah, oralar da terrorçulardan təmizlənəcək. Doğma yurd-yuvamıza mütləq qayıdacağıq”.

Deputat Xocalı soyqırımının 30 illiyində keçirilə biləcək tədbirlərdən də söz açdı: “Hər il olduğu kimi, bi il də yəqin ki, dövlət başçısının rəhbərliyi altında 30 illiklə bağlı tədbirlər planı hazırlanacaq, təsdiq olunacaq. Həmin qrafik üzrə də tədbirlər keçiriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron rəqibini müdafiə edəcək, yoxsa Bakını? - ƏSAS SUAL BUDUR...
Azərbaycanda müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingentinin məsuliyyət zonasına qeyri-qanuni səfər edən Fransa prezidentliyinə namizəd Valeri Pekreslə bağlı vəziyyət getdikcə gərginləşir. Zamantv.az-ın məlumatına görə, bu barədə Axar.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, hazırda Fransada Prezident Makronun reaksiya verməsi üçün təzyiq dalğası artır.

“Onun necə reaksiya verəcəyini görmək maraqlı olacaq. Pekres Makronun rəqibidir. Makron Pekresə dəstək verməyə razı olarsa, onun reytinqini artıracaq. Əgər bundan imtina etsə və səfərin qanunsuz olduğunu qeyd etsə, bu, Azərbaycanla münasibətlərdə Fransaya xal qazandıracaq.

Lakin unutmayaq ki, Fransa XİN-i Bakıya qarşı hədələrlə reaksiya verdi. Fransa xarici işlər nazirinin Milli Assambleyada deputatın təxribat xarakterli sualına cavabına gəlincə, bu, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə üçün qətiyyən yolverilməzdir. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Müharibənin son günlərində Makron regionun xəritəsini göstərərək bu faktı qeyd edib. Əgər Fransa vətəndaşı Azərbaycan ərazisinə qanunsuz səfər edərək cinayət törədirsə, o zaman rəsmilər buna hansısa formada haqq qazandıra bilməzlər. İstənilən bəraət bu cinayətdə iştirak kimi qələmə alınacaq. Fransa da eyni yolla addımlayır - palçığa ikinci dəfə girir. 44 günlük müharibədə Fransanın birtərəfli mövqeyi Parisin uduzan ölkənin, ədalətsizliyin tərəfində olmasına səbəb oldu. Beləliklə, o, Cənubi Qafqazda nüfuzunu itirdi. Müharibədən sonra Fransa tərəfindən bölgədəki mövqelərini bərpa etmək üçün bir neçə addım atıldı. Sonra Azərbaycan Prezidenti bunları müsbət addım kimi qiymətləndirdi. Və bu kəskin küncləri birtəhər düzəltmək üçün Makron hətta Əliyevlə Paşinyan arasında görüş üçün Brüsselə də gəldi. Bu müsbət siqnallar Bakıda da eşidildi. Təbii ki, ölkə rəhbərliyindən də müvafiq reaksiya oldu”, - politoloq deyib.

F.Məmmədovun fikrincə, Fransa XİN rəhbərinin hazırkı demarşının Azərbaycan-Fransa münasibətləri üçün böyük nəticələri olacaq:

“Birincisi, heç kimin Azərbaycanın səfiri ilə belə formada danışmağa haqqı yoxdur, çünki qanunsuz hərəkətlərə yol verən fransız siyasətçisidir. İkincisi, bu, Fransanın Bakıya qarşı ilk qanunsuz hərəkəti də deyil. Fransa XİN-in Qarabağda işğal olunmuş Azərbaycan yaşayış məntəqələrinin saxta adları ilə Fransa şəhərlərinin "qardaşlaşmış şəhərləri" məsələsində illərdir Azərbaycanı necə aldatdığını unutmaq olmaz. Sonra Fransa XİN-i Bakını əmin etdi ki, yerli bələdiyyələrin qərarına reaksiya vermək səlahiyyəti yoxdur. Bu, Bakı vəkilləri tutaraq Parisdən bu məsələni həll etməyi tələb edənə qədər, illər boyu davam etdi.

Yəni hüquqi baxımdan haqlı mövqedə olan Bakının cavabı daha ağrılı olacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda tanınmış kino xadimi vəfat edib
Azərbaycanda tanınmış kino təşkilatçısı, prodüser Aydın Abdullayev vəfat edib. Zamantv.az -ın modern.az-a istinadən məlumatına görə, bu barədə mərhumun dostları bildiriblər.

Aydın Əşrəf oğlu Abdullayev 7 iyun 1951-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1977). 1975-ci ildən kino sahəsində çalışıb: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləyib. "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi (1993–1994), "Azanfilm" kinostudiyasının direktoru (1994–2000) olub. 20-dək animasiya filminin direktorudur.

Allah rəhmət eləsin.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO