[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxıstanda cərəyan edən proseslərdə KQB-nin dəsti-xətti görünür - MALƏSƏF...
Zamantv.az - "Qazaxıstanda cərəyan edən proseslər KQB-nin dəsti-xəttidir”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Qazaxıstanda son günlər baş verən olayların pərdə arxasında kimlərin dayandığına aydınlıq gətirərkən deyib:

"Qədim dünyada belə bir söz vardı: "Bütün yollar Romadan keçir”. Bu mənada Qazaxıstan məsələsində də bütün şübhələr Rusiyanın üzərinə gedir”.
Politoloq bildirir ki, son dövrlər Qazaxıstanda həyata keçirilən bir sıra addımlar Moskvanın ciddi qəzəbinə səbəb olub:

"Türk Dövlətləri Təşkilatının yaranması, ora indiyə kimi kənarda qalan Türkmənistan kimi yeni üzvlərin qəbulu, təşkilatın inkişafında Nursultan Nazarbayevin oynadığı rol, Qazaxıstanın son zamanlar qərbyönümlü siyasətini açıq şəkildə ifadə etməsi, Türkiyə ilə bağlanan hərbi saziş, ardınca rus dilinin rəsmi dil statusunun ləğvi, latın qrafikasına keçilməsi, bütün bunlar Moskvada belə təəssürat yaradıb ki, sözügedən ölkə artıq Rusiyaya münasibətdə qeyri-səmimi davranır. Ona görə də, Kreml Qazaxıstanı cəzalandırmaq qərarı verib”.

Həmsöhbətimizin fikrincə, Moskva Qazaxıstandakı olayların baş tutması üçün ölkədəki tayfa-klan qarşıdurmasından, dövlətçilik, milli şüuru olmayan müəyyən təbəqələrdən, xüsusən də gənclərdən istifadə edir:

"Qazaxıstanda cərəyan edən proseslər, bir sözlə, KQB-nin dəsti-xəttidir. Digər tərəfdən, hadisə baş verən kimi, KTMT-nin hərbi qüvvələrinin Qazaxıstana göndərilməsi məsələsinin qaldırılması da onu göstərir ki, sözügedən prosesin arxasında məhz Rusiya dayanır. Prosesin gedişatı buna heç bir şübhənin olmadığını göstərir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş məhkum qətlə yetirilib
Zamantv.az : - Bakıda keçmiş məhkum qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Komitəsinin bu əməkdaşına cinayət işi açılıb
Zamantv.az : - Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunun rəisinə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DGK-nin yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilməklə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.//dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı
Zamantv.az : - Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.


Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

Qeyd edək ki, hadisə 2021-ci il martın 25-də axşam saatlarında Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakinləri - 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini, 1994-ci il təvəllüdlü N.Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşı O.Dadaşovu və onun qardaşı S.Dadaşovu bıçaqlayaraq xəsarət yetirib.

Daha sonra N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Ordusunda narkomaniyaya qarşı tədbirlər planı hazırlandı
Zamantv.az : - Azərbaycan Ordusunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2022-ci tədris ili üçün birgə tədbirlər planı hazırlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana əsasən ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı təhsil müəssisələrində seminar və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlər, Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirləri, o cümlədən narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomaniyanın doğurduğu faciələr və digər mövzularla bağlı ətraflı məlumat veriləcək.

Keçiriləcək seminar və görüşlərdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəyişikliklər maşın bazarına necə TƏSİR EDƏCƏK... - İNCƏLƏMƏ...
Zamantv.az Yollarımızda köhnə avtomobillərin “hakimiyyəti” davam edir, çünki vətəndaşların əksəriyyətinin yeni maşın almağa imkanı yoxdur. İlin əvvəlindən edilən vergi dəyişiklikləri ikinci əl adi avtomobillərin qiymətlərini qaldırsa da, “yaşıl” avtomobil parkının seqmentində qiymətləri aşağı salacaq.

Bu ildən Azərbaycanda təkcə idxalın deyil, həm də yaşı üç ildən çox olmayan, 2500 kub santimetr mühərriki olan hibrid avtomobillərin satışının da əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini nəzərdə tutan dəyişikliklərə start verilib. Bununla yanaşı, 2-ci və 3-cü kateqoriyalı avtomobillər üçün enerji doldurma cihazlarının idxalı da ƏDV-dən azad edilib.

Mütəxəssislərin fikrincə, yeni nəsil avtomobillər üçün vergi tətilləri ekoloji təmiz nəqliyyata marağı artıracaq, lakin bu sahədə fiskal düzəlişlər ikibaşlı təsirli olacaq. Unutmayaq ki, ölkədə hibrid avtomobillərə tətbiq edilən vergi moratoriumu ilə yanaşı, bu ildən istismar müddəti üç ildən çox olan və mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avtomobillərin aksiz dərəcələri də artırılıb.

Bu dəyişikliklərə əsasən, ölkəyə gətirilən avtomobillərin istehsal müddəti yeddi ildən çox olarsa, aksiz dərəcəsi benzin mühərrikli avtomobillər üçün 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 əmsalı ilə hesablanacaq. Ehtimal olunur ki, Vergi Məcəlləsinə sözügedən dəyişiklik ölkəyə köhnə avtomobillərin gətirilməsi üçün bir növ məhdudlaşdırıcı amil olacaq. Amma bunun nəticəsi, ekspertlərin fikrincə, işlənmiş avtomobillərin qiymətində artım olacaq.

“Bu dəyişikliklərdən sonra müəyyən edilmiş istehsal ilindən köhnə olmayan hibrid avtomobillərin qiymətinin ucuzlaşacağı istisna edilmir. Başqa sözlə, ƏDV-dən azad olunma onların dəyərini orta hesabla 18 faiz aşağı salacaq ki, bu da Yaponiya istehsalı olan analoji avtomobillərə artan tələbatı nəzərə alaraq, ümumilikdə təqdirəlayiq haldır. Üç illik vergi moratoriumu, şübhəsiz ki, avtomobil bazarının bu seqmentinə marağı artıracaq, çünki o, hibrid avtomobillərin qiymətini aşağı salmağa çalışır”, - deyə Milli Məclis üzvü, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Əlavə edib ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avtomobillərdə aksiz dərəcəsinin artırılması ilə bağlı qərar belə avtomobillərin qiymətinin artmasına səbəb ola bilər: “Vergi Məcəlləsinə sözügedən dəyişikliklərin məntiqi aydındır. Onun mahiyyəti hibrid və elektromobillərə marağı artırmaq, eyni zamanda daha güclü mühərriklərə malik köhnə avtomobillərə tələbi azaltmaqdır. Bütün bunlar ətraf mühit və yol təhlükəsizliyi üçün mütləq əhəmiyyət kəsb edir. Bundan əlavə, davamlı olaraq artan enerji qiymətlərini və bu bazarın yüksək volatilliyini, eləcə də xərclərin optimallaşdırılması zərurətini nəzərə alsaq, elektromobillərə və hibrid avtomobillərə üstünlük verilməsi danılmazdır”.

Bundan əvvəl vergi eksperti Anar Bayramov Azərbaycan Respublikası Vergi Məcəlləsinin idxal olunan avtomobillərə aksiz dərəcələrinin tətbiqini nəzərdə tutan 190.4-cü maddəsindən danışıb: “Mühərrikinin həcmi 2000 kubsantimetrədək olan avtomobillər üçün aksiz dərəcəsi hər kubsantimetr üçün 30 qəpik, 3000 kubsantimetr olan mühərrik üçün 600 manat, üstəgəl mühərrikin həcminin iki mindən çox hər kubsantimetrinə görə 5 manat müəyyən edilib. Bütün bunlar olduğu kimi qalacaq. İndi Azərbaycana gətirilən avtomobillərin istehsal tarixi 7 ildən çox olarsa, aksiz dərəcəsi benzin mühərrikli avtomobillər üçün 1,2, dizellə işləyən avtomobillər üçün isə 1,5 əmsalı ilə hesablanacaq. Yəni məhdudiyyətlər dizellə işləyən avtomobillərə daha çox təsir edəcək”.

Analitikin sözlərinə görə, vətəndaşlarımız əsasən 2010-2015-ci illərdə istehsal olunmuş avtomobilləri alırlar. 2015-ci ildən sonra istehsal olunan xaricdən gətirilən avtomobillər çox bahadır və hər kəsin buna imkanı yoxdur. Amma indi daxili bazarda köhnə avtomobillərin qiymətinin qalxacağı şübhəsizdir. //ayna.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: Rusiya MN Suqovuşanı yenidən “özününkü"ləşdirdi - Bu, artıq açıq təhdiddir...
Xəbər verdiyimiz kimi, yanvarın 5-i gecə saatlarından Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər savaşımızın nəticələrinə və 10 noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi də "Madagiz" adıyla daxil edilmişdi.

Zamantv .az xəbər verir ki, Moderator.az məsələ ilə bağlı dərhal Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovdan açıqlamasını da nəzərə çatdıraraq ictimaiyyəti məlumatlandırdıqdan sonra yanvarın 6-ı gecə saatlarında yanvarın 5-ə aid xəritə Rusiya MN-in saytındakı Qarabağdakı “sülhməramlı” kontingentə aid bölmənin arxivindən də silindi...

Təəssüf ki, dünən – yanvarın 7-i gecə saatlarından Rusiya Federasiyanın sözügedən rəsmi qurumu yenidən Suqovuşanı “Madagiz” adıyla həmin tarixə aid “sülhməramlı” xəritəsinə daxil edib. Hələ üstəlik, həmin məntəqənin yaxınlığına post işarəsi də qoyub...

Öncəki gün biz həmişəki kimi özümüzü aldadaraq bunu Rusiya MN-in həmin ölkədə 10 gün davam edən "Yeni il bayramı gecələri alkoqolun təsirinə düşmüş hansısa əməkdaşının etdiyi texniki səhv, yaxud həmin quruma yerləşdirilimiş erməni təxribatçısının işi" hesab etməyə çalışdıq...

Lakin artıq bu fakta heç bir don geyindirməyə yer yoxdur. Texniki səhv bir dəfə, iki dəfə, yaxşı, 3-5 dəfə olar. Axı belə "xəta"lara birinci yox, "en"inci dəfə yol verilir. Belə çıxır ki, Rusiya MN-in əməkdaşları hamısı qeyri-peşəkar və məsuliyyətsizdir və 10 noyabr razılaşmasından keçən 1 il iki aylıq dövrdə hər gün, hər gecə kütləvi texniki səhvlərə yol verirlər. Məgər Xankəndi əvəzinə “Stepanakert”, Ağdərə əvəzinə “Mardakert” və s. də texniki səhvdir. Bu, açıq-açığına Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, mediasına, iqtidarlı-müxalifətli bütün siyasi dairələrinə, bütövlükdə Azərbaycan xalqına acıq verməkdir. Bu, hədsizliyin son həddi olmaqla suverenliyimizə, müstəqilliyimizə birbaşa təhdiddir. Bu o deməkdir ki, yalnız Moskvanın diqtə etdiyi olmalıdır və istəsək, sizi Qazaxıstanın gününə salarıq...

Biz artıq Azərbaycan Müdafiə Nazirliyinə və ya digər qurumlara müraciət etməyə lüzum görmürük. Hər şey, faktlar göz qabağındadır. Artıq nəinki Müdafiə Nazirliyi, Prezident Administrasiyası səviyyəsində Rusiya MN-in hədsizliyinə MÜNASİBƏT BİLDİRİLMƏLİDİR...
BU NƏDİ BELƏ: Rusiya MN Suqovuşanı yenidən “özününkü"ləşdirdi - Bu, artıq açıq təhdiddir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Amma bu qanun çox zəif həyata keçirilir"
2020-ci ildə Azərbaycan böyük bir sınaqdan çıxdı. Minlərlə şəhidin qanı bahasına torpaqlarımız 30 illik işğaldan azad edildi. Torpaq uğrunda minlərlə oğul canından oldu. Minlərlə oğul döyüşdü, xəsarət aldı, qazi oldu.
Zamantv.az Məhz 30 illik həsrətə son qoyduqları üçün hərbçilər daha çox sevildi. Yollarda, xəstəxanalarda - harda olursa olsun, əgər sırada hərbçi varsa, uşaqdan böyüyə hər kəs onu önə çəkir. Çünki biz vətənimiz uğrunda döyüşən hər kəsi dəyərləndirir, sevirik. Amma bu sevgidən sui-istifadə edib, müharibədə iştirak etmədiyi halda hərbi forma geyib qazi adından istifadə edən, qazi adından sosial şəbəkələrdə pul yığan, “qaziyəm” deyib yol hərəkəti qaydalarını pozan, “qaziyəm” deyib dövlət qurumlarında dava-dalaş salan kifayət qədər dələduz var. Həqiqətən müharibədə iştirak edib xəsatə alan, əlilliyi olan şəxslərin bu formanı daşıması başa düşülən olsa da, onların fonunda dələduzların fəaliyyəti pərdələnir.

Hərbi formanı daşımaq şərəfdir, sevgidir, vətənpərvərliyin nümunəsidir, amma artıq bu formanı geyinib insanları aldatmağa çalışanlar varsa, bu vəziyyətə də bir "olmaz" deyən olmalıdır.

Müharibənin bitməsindən artıq 14 ay keçib. Qələbə bizim, torpaqlar bizimdir. Və bizə bu qələbəni yaşadanlarınq qarşısında baş əyirik. Amma hərbi müharibədən bu qədər keçdikdən sonra hələ də hərbi forma ilə gəzmək qanuna ziddir. Bəlkə də bunu bilməyənlər çoxdur.

Ancaq qazi adından istifadə edənləri müəyyən edə bilmək üçün, qanuna əməl etmək vacibdir. DİA.AZ-ın məlumatına görə, hərbi məsələlər üzər ekspert Ədalət Verdiyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, qanunla kənar şəxslərin hərbi geyim geyinməsi qadağandır və bunun üçün cərimə nəzərə tutulub. Amma bu qanun çox zəif həyata keçirilir. Kimlərin bu formanı daşıdığı barədə ictimaiyyətə məlumatlar verilmir.

“Əslində bu gün minlərlə insan müharibədən qayıtdıqdan sonra, aradan 14 ay keçməsinə baxmayaraq hələ də bu formanı geyinir. Halbuki qanun buna icazə vermir. Yalnız xidmətdə olan hərbçilər və ehtiyata buraxılan hərbi qulluqçular (bu müddətli hərbi qulluqçulara aid deyil) təxris olunduqdan sonra belə müvafiq icazə ilə bu formanı daşıya bilərlər”,- deyə ekspert bildirib.

Hərbi formanı geyinmək üçün xüsusi icazə olmalıdır. Hər kəs bu formanı geyinə bilməz, geyinməməlidir. Hesab edirik ki, bu məsələyə dövlət səviyyəsində bir açıqlama verilər. Çünki hər kəsin bu dəyərli geyimi geyinməyə haqqı yoxdur. Haqqı olanların haqqına girib, dələduzluq edib, qaziləri gözdən salanları tanımaq üçün, müharibə də bitdiyinə görə, bu formaları çıxarıb asmaq və qürur duymaq lazımdır.

İllər keçəcək və sevimli qazilərimiz bu formalara baxanda müharibədə keçirdikləri həyəcanları, hissləri hər dəfə yenidən xatırlaya biləcəklər. Çünki siz torpaq üçün canınızı ortaya qoymusunuz. Amma bu gün şərəfin, vicdanın nə olduğunu bilməyənlər sizin formalarınızdan və adınızdan istifadə edir. Siz də buna qarşı çıxmalısınız...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordu daxilində generalların MƏNAFE SAVAŞI - NƏ BAŞ VERİR?
Zamantv.az “Yuxarı səviyyədə, generallar səviyyəsində aparılan iç savaş bütövlükdə ordunun imicini aşağı salır”. Müdafiə Nazirliyində yüksək post tutmuş şəxslərin media ezərindən açıq komromat savaşı və bunun səbəblərini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, genralların kompromat savaşının xaricdən idarə olunması ehtimalı olduqca aşağıdır:

“Baş verənlər Müdafiə Nazirliyinin yuxarı eşalonunda olan prosesdir. Müdafiə Nazirliyində yüksək post tutanların yaş məsələsini nəzərə almaq lazımdır. Bir müddət sonra onlar vəzifədən getməlidir. Onların yerinə isə cavan, döyüşən generallar Hikmət Mirzəyev, Mais Bərxudarov, Hikmət Həsənov gəlməlidir. Bu generalların 50 yaşları belə yoxdur. Onların perspektivləri olduğuna, döyüş vaxtı Türkiyəli generalların da onların xidmətlərini gördüyünə görə bəziləri bu perspektivdən çəkinirlər, qorxurlar. Çünki fəaliyyət, daxildəki iç savaş daha çox bu adamların üzərinə yönəlib. Cavan generallara müəyyən dərəcədə dəstək verən Baş Qərargah rəisi Kərim Vəliyevdir. Ona görə də bu 4 nəfər hədəfdədir. Burada müdafiə nazirinin də müəyyən dərəcədə günahı var. Təqdimatları məhz nazir yazır”.

Bütün bu baş verənlərı xüsusi xidmət orqanlarının təsiri məsələsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Xüsusi xidmət orqanının, konkret olaraq hərbi əks-kəşfiyyat idarəsinin funksiyası ilk növbədə xarici xüsusi xidmət orqanının cəsusluq fəaliyyətinin qarşısını almaq, oradakı gizli, məxfi informasiyanı qorumaqdır. Üstəlik, korrupsiya, bizim dövrümüzdə orduda baş verən neqativ hallar – əsgərin yeməyindən tutmuş əsgər-zabit münasibətlərinə qədər ordunu zəiflədə, döyüş qabiliyyətini aşağı sala biləcək bütün hallar öyrənilir və sənədləşdirilərək yuxarı orqanlara çatdırılır. Ordudakı proses barədə məlumat verilir və məqsədə uyğundur ki, tədbirlər görülsün. Qarşısı necə alınacaq, bu başqa mövzudur.

Çox təəssüf ki, proses gedir. Açıqdan-açığa prosesin qarşısı alınmır. Konkret olaraq xaricdən yayımlanan internet kanallarında və onların buradakı nümayəndələrinin pul dövriyyələri və bunun müqabilində müxtəlif fikirlər səsləndirilir və bunun heç cür qarşısı alınmır. Əvvəllər bunun qarşısı alınırdı. Adamlar var ki, müxalifət liderinə pul verdiyinə görə həbsdədir. Burada açıq şəkildə pul dövriyyəsi var, niyə müdaxilə olunmur? Xarici kəşfiyyat bundan yararlanmağa çalışacaq. Artıq bu yaranıb. Qazaxıstanda hadisələr necə baş verdi? Maye qazın qiymətinin artmasına görə başlanıldı və sürətlə təşkilatlanmağa keçildi. Hətta silahlandırmağa qədər təşkilatlana bildilər. Bizdə də bu tip hadisələr olsa, ölkənin müdafiə qabiliyyəti aşağı düşəcək.

Hadisələrə çox ciddi müdaxilə lazımdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordu daxilində generalların MƏNAFE SAVAŞI - NƏ BAŞ VERİR?
Zamantv.az “Yuxarı səviyyədə, generallar səviyyəsində aparılan iç savaş bütövlükdə ordunun imicini aşağı salır”. Müdafiə Nazirliyində yüksək post tutmuş şəxslərin media ezərindən açıq komromat savaşı və bunun səbəblərini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, genralların kompromat savaşının xaricdən idarə olunması ehtimalı olduqca aşağıdır:

“Baş verənlər Müdafiə Nazirliyinin yuxarı eşalonunda olan prosesdir. Müdafiə Nazirliyində yüksək post tutanların yaş məsələsini nəzərə almaq lazımdır. Bir müddət sonra onlar vəzifədən getməlidir. Onların yerinə isə cavan, döyüşən generallar Hikmət Mirzəyev, Mais Bərxudarov, Hikmət Həsənov gəlməlidir. Bu generalların 50 yaşları belə yoxdur. Onların perspektivləri olduğuna, döyüş vaxtı Türkiyəli generalların da onların xidmətlərini gördüyünə görə bəziləri bu perspektivdən çəkinirlər, qorxurlar. Çünki fəaliyyət, daxildəki iç savaş daha çox bu adamların üzərinə yönəlib. Cavan generallara müəyyən dərəcədə dəstək verən Baş Qərargah rəisi Kərim Vəliyevdir. Ona görə də bu 4 nəfər hədəfdədir. Burada müdafiə nazirinin də müəyyən dərəcədə günahı var. Təqdimatları məhz nazir yazır”.

Bütün bu baş verənlərı xüsusi xidmət orqanlarının təsiri məsələsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Xüsusi xidmət orqanının, konkret olaraq hərbi əks-kəşfiyyat idarəsinin funksiyası ilk növbədə xarici xüsusi xidmət orqanının cəsusluq fəaliyyətinin qarşısını almaq, oradakı gizli, məxfi informasiyanı qorumaqdır. Üstəlik, korrupsiya, bizim dövrümüzdə orduda baş verən neqativ hallar – əsgərin yeməyindən tutmuş əsgər-zabit münasibətlərinə qədər ordunu zəiflədə, döyüş qabiliyyətini aşağı sala biləcək bütün hallar öyrənilir və sənədləşdirilərək yuxarı orqanlara çatdırılır. Ordudakı proses barədə məlumat verilir və məqsədə uyğundur ki, tədbirlər görülsün. Qarşısı necə alınacaq, bu başqa mövzudur.

Çox təəssüf ki, proses gedir. Açıqdan-açığa prosesin qarşısı alınmır. Konkret olaraq xaricdən yayımlanan internet kanallarında və onların buradakı nümayəndələrinin pul dövriyyələri və bunun müqabilində müxtəlif fikirlər səsləndirilir və bunun heç cür qarşısı alınmır. Əvvəllər bunun qarşısı alınırdı. Adamlar var ki, müxalifət liderinə pul verdiyinə görə həbsdədir. Burada açıq şəkildə pul dövriyyəsi var, niyə müdaxilə olunmur? Xarici kəşfiyyat bundan yararlanmağa çalışacaq. Artıq bu yaranıb. Qazaxıstanda hadisələr necə baş verdi? Maye qazın qiymətinin artmasına görə başlanıldı və sürətlə təşkilatlanmağa keçildi. Hətta silahlandırmağa qədər təşkilatlana bildilər. Bizdə də bu tip hadisələr olsa, ölkənin müdafiə qabiliyyəti aşağı düşəcək.

Hadisələrə çox ciddi müdaxilə lazımdır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO