[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: Rusiya deputatı Xankəndində terrorçu Araiklə görüşdü… - Guya Putinin xəbəri yoxdur?..
Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan XİN-in "qara" siyahısında olan Vitali Milonov növbəti dəfə, amma bu səfər torpağımızda faktiki ağalıq edən Rusiya “sülhməramlı”larının dəstəyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Qarabağa qanunsuz səfər edib.

Zamantv.az moderator.az-a istinadən xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, hazırda da Xankəndində olan Rusiya deputatı separatçı-terrorçu erməni rejiminin rəhbəri Arayik Arutyunyanla qeyri-rəsmi görüş keçirib və bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.

“Biz regiondakı mövcud vəziyyəti, xristian abidələrinin qorunması və bərpasını, habelə müharibədən sonrakı dövrdə respublikanın normal həyata qaytarılmasına yönəlmiş məsələləri müzakirə etdik” –deyə ermənipərəst Duma üzvü yazıb.

“Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı 2020-ci ilin 44 günlük müharibəsi zamanı da Artsaxa səfər edib və Artsax ermənilərinə qeyd-şərtsiz dəstəyini ifadə edib” – separatçı erməni nəşrlərinin məlumatında belə deyilir.

Xatırladaq ki, Dumada Sank-Peterburq şəhərindən iqtidarda olan, yəni faktiki olaraq prezident V.Putinin lideri olduğu(partiyanın rəsmən sədri keçmiş baş nazir D.Medvedevdir) “Vahid Rusiya” partiyasını təmsil edən V.Milonov, bəzi məlumatlara görə, hələ 44 günlük müharibədən əvvəlki illərdə də işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər edib. Savaşın ilk günlərində - 2020-ci il oktyabrın 15-16-da Xankəndinə gələn bu həyasız Duma üzvü Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermiş, məlum deputatın adı arzuolunmaz şəxslərin siyahısına əlavə olunmuşdu. Rəsmi Bakının qara siyahısında olan Milonov 44 günlük Qarabağ savaşında Azərbaycan ordusunun zəfərini həzm edə bilmədiyi üçün indi də təxribatlarını törətməkdə davam edir. Ermənistan mediasına müsahibəsində keçmiş Dağlıq Qarabağı vətəni adlandıran rusiyalı deputat Azərbaycanın qələbəsini özü üçün böyük ağrılı faciə hesab etdiyini bildirib. O, dəfələrlə Azərbaycan dövləti və xalqına qarşı qəbuledilməz fikirlər səsləndirib...

P.S. Guya ki, Rusiya prezidenti V.Putinin faktiki olaraq lideri olduğu hakim partiyanın üzvü olan Duma deputatının Qarabağa səfərindən xəbəri yoxdur? Onun tövsiyəsi olmasa, “sülhməramlılar” V.Milonovu Laçından Xankəndinə buraxarlarmı?..

P.P.S. Bu, artıq hədsizlikdir. Müstəqil(!) Azərbaycan dövləti buna susmamalıdır…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağın bərpasında ən böyük payı türk şirkəti götürüb - Detallar
Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın İstanbul filialının baş direktoru Cenk Eynehan bildirib ki, türk şirkətləri Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə layihələrdə ən böyük payı öz üzərinə götürüblər. Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatlarına istinad edən Eynehan deyib ki, işğaldan azad edilmiş bölgədə layihələrin həyata keçirilməsi üçün əksəriyyəti türk olmaqla 283 xarici şirkət müraciət edib. Zamantv.az reyting.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin materialında qeyd olunur:

"Azərbaycan rəşadətli qələbədən sonra regionda yeni geosiyasi reallıqlar yaratdı. Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsi regionda vəziyyətin sabitləşməsinə, onun iqtisadi potensialından istifadə etmək və xarici sərmayələrin cəlbi üçün müvafiq şəraitin yaradılmasına gətirib çıxardı", - Eynehan deyib.

O əlavə edib ki, Türkiyə, İtaliya, Böyük Britaniya, İsrail, Rusiya və Azərbaycanın digər strateji tərəfdaşları həyata keçirilən layihələrdə iştiraka böyük maraq göstərirlər.

Eynehan bildirib ki, bərpa işlərinə başlamazdan əvvəl ərazi tamamilə minalardan təmizlənməlidir. Bu il Azərbaycan hökuməti rayonun bərpası üçün 1,3 milyard dollar vəsait ayırıb, 2022-ci ildə isə büdcədən bu qədər vəsait ayrılacaq.

Böyük layihələr

PAŞA Bankın İstanbul filialının baş direktorunun sözlərinə görə, iri infrastruktur layihələrinin bəziləri, məsələn, Füzuli Beynəlxalq Hava Limanının tikintisi artıq başa çatıb. Rayonda işğaldan azad edilmiş əraziləri yaxınlıqdakı şəhərlərlə birləşdirən avtomobil yollarının ümumi uzunluğu 650 km-dən artıqdır. Ağdam Sənaye Parkı, Zəngilan və Füzuli rayonlarında ağıllı kəndlər, Zəngilan, Kəlbəcər və Ağdam rayonlarında qiymətli metal hasilatı və tikinti materialları layihələri kimi layihələr planlaşdırma və inkişaf mərhələsindədir və regiona reinteqrasiya üçün mühüm rol oynayacağı gözlənilir.

Vizasız giriş

Türkiyə ilə vizasız rejim məsələsinə toxunan Eynehan əlavə edib ki, bu qərarın turist axınına təsiri dərhal nəzərə çarpır: “2021-ci ilin üçüncü rübündə Azərbaycan turistlərinin əsas istiqaməti Türkiyə olub”.

Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə pul köçürmələrinin həcmi illik müqayisədə 26 faiz, Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi isə 43 faiz artıb. 2021-ci ilin ilk üç rübündə Azərbaycan iqtisadiyyatına 530 milyon dollar türk kapitalı yatırılıb.

Azərbaycan və Türkiyə arasında güzəştli ticarət haqqında fevral sazişinə toxunan Eynehan onun imzalanmasının Azərbaycanla Türkiyə arasında ilk doqquz ayda (illik müqayisədə 26% artaraq 3,7 milyard dollara çatıb) Azərbaycan neft-qaz sektorunun məhsullarının ixracı istisna olmaqla, ticarət dövriyyəsinin artmasına töhfə verdiyini vurğulayıb.

“Saziş Azərbaycandan Türkiyəyə qeyri-neft ixracının həcminə güclü təsir göstərib ki, bu da ötən illə müqayisədə 81 faiz artıb”.

“Şuşa Bəyannaməsi, güzəştli ticarət haqqında saziş, vizasız rejim, Azərbaycan və Türkiyənin dövlət orqanları və şirkətləri arasında imzalanan sazişlər ticarət və investisiya əlaqələrinin sürətlə inkişafını təmin edir”, - Eynehan bu sazişlərin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib. O, əmindir ki, ticarət dövriyyəsi 15 milyard dollara çatacaq.

İnvestisiyalar

Bu günə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda ümumi dəyəri 15,4 milyard dollar olan 455 layihə həyata keçirib. Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 19 milyard dollar sərmayə qoyub, Türkiyə isə Azərbaycana 12 milyard dollar sərmayə yatırıb. Eynehan əlavə edib ki, 2021-ci ildə əldə olunan razılaşmalar və ölkələr arasında qardaşlıq əlaqələri ticarət və investisiya əlaqələrini daha da gücləndirəcək.

PAŞA Bankın Türkiyədəki mövqeyinə toxunan Eynehan bildirib ki, 2021-ci ildə bank yeni reallığa və işin yeni üsullarına uyğunlaşıb. Bu ilin üçüncü rübündə bank cəmi aktivlərini 2020-ci ilin sonu ilə müqayisədə 26 faiz artıraraq 2,74 milyard türk lirəsinə (309 milyon dollar) çatdırıb. Həmin dövrdə kreditlərin ümumi məbləği də 32 faiz artıb.

PAŞA Bankın İstanbul filialının baş direktoru vurğulayıb ki, 2021-ci ildə bank həm iqtisadiyyatın real sektorunu, həm də avtomobil sənayesini dəstəkləsə də, vəsaitlərin daha çox şaxələndirilməsi yolu ilə bu sektorları dəstəkləməyə davam edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Agentlik sədrinə Təhsil Nazirliyində vəzifə verildi - ƏMR
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsini azad edilib, Nazirlikdə yeni vəzifəyə təyin edilib.

Zamantv.az qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı əmri Agentliyinin nizamnaməsinə əsasən Təhsil naziri Emin Əmrullayev imzalayıb.

Eldar Orucov, 2021-ci ilin dekabrından etibarən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışacaq.

E.Orucov 2021-ci ilin yanvarından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Bundan öncə isə Təhsil Nazirliyində, "Kapital Bank” ASC-də, "Express Bank” ASC-də şöbə müdiri və audit meneceri vəzifələrində çalıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“ABŞ demokratiya axtarışında olsaydı, Əfqanıstanı yiyəsiz qoymazdı” - deputat
Zamantv.az Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına açıqlamasında deyib ki, ABŞ və NATO Moskvaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Kremlin cavabı çox fərqli olacaq. O, Kremlin cavabının rus hərbi ekspertlərin verəcəyi təkliflərdən asılı olduğunu bildirib.

“Rusiya ABŞ və NATO-ya öz təkliflərini “nəyisə ört-basdır etmək və dayandırmaq” üçün deyil, diplomatik danışıqlarda qanunla təsbit olunmuş nəticəyə nail olmaq üçün irəli sürüb. Biz bunun üçün çalışacağıq. Rusiyanın NATO-nun daha da Şərqə doğru genişlənməsinə reaksiyası çox ciddi olacaq”, - deyə Putin vurğulayıb.

Bu arada ABŞ Prezidenti Co Bayden “Telegraph”a müsahibəsində söyləyib ki, 2022-ci il 2021-ci ildən daha pis il olacaq: “Koronavirus pandemiyasının qarşıdakı ildə də davam edəcəyi gözlənilir. Lakin 2022-ci il demokratiyanın inkişafı ili olacaq, demokratikləşmə üçün daha böyük hədəflərə nail olacağıq”.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, bu gün dünyada həm Putinin, həm də Baydenin söylədiklərinin əksi olan proseslər gedir: “Onlar özlərini münəccim kimi göstərsələr də, adətən proqnozları özünü doğrultmur. Rusiya uzun illərdir NATO-nu, NATO isə Moskvanı hədələməklə məşğuldur. Vaxtaşırı olaraq dünya müharibəsinin başlayacağını, Ukrayna məsələsinə görə, bir-birilərinə qarşı hərbi əməliyyatlara start verəcəklərini söyləsələr də, bunlar baş vermir. Çünki hər ikisi anlayır ki, bunun axırı nə ilə bitəcək. Bu səbəbdən bu kimi bəyanatlardan təzyiq vasitəsi kimi istifadə edirlər”.

“Putin uzun illərdir Qərbi hədələyir. Amma gözünün qarşısında NATO onun sərhədlərinə doğru irəliləyir. Qərb illərdir Kremli təhdid edir, Putin isə öz işində-gücündədir. Bütün bunlar sadəcə dünya ictimai rəyini çaşdırmaq məqsədi güdür”, - deyə deputat vurğulayıb.

O ki qaldı Baydenin demokratiya açıqlamasına, Mollazadənin fikrincə, ABŞ demokratiya axtarışında olsaydı, Əfqanıstanı yiyəsiz qoymazdı: “Əfqanıstanda ABŞ-dan mərhəmət uman insanlar təyyarənin yedəyindən yapışırdılar. Amerika isə bütün bunlara göz yumurdu. Ərəb dövlətlərini, lap elə Ukraynanın özünü nə günə qoydular… Demokratiya xaricdən idxal olunmur. Bu, faciələrə, təhlükələrə, sabitliyin pozulmasına gətirib çıxarır. Yaxın tarixdə belə halları az görməmişik”.

ADİP sədri əlavə edib ki, nə Putinin, nə də Baydenin bəyanatlarına ciddi yanaşmaq lazımdır: “Nə Putinin dediyi kimi, Rusiya Qərbə qarşı hərbi cəbhə açmağa hazırlaşır, nə də Baydenin söylədiyi kimi, dünya demokratiyaya “hamilədir”. Sadəcə dünyanın nəzərləri onların üzərindədir və bu səbəbdən nələrsə deməlidirlər. Nəsə deməlidirlər deyə belə məzmunsuz açıqlamalar verirlər”.

Aydınlar Partiyası sədrinin birinci müavini, siyasi şərhçi Qroxmaz İbrahimli mövzuya dair AYNA-nın şərhində deyib ki, Rusiya NATO-ya qarşı hücumlarını davam etdirir: “Vaxtilə Gürcüstan məsələsində NATO Moskvaya güzəştə gedib və Kreml bundan sonra Ukrayna məsələsində də oxşar addımlardan istifadə edib. Vladimir Putinin “Rossiya-1” kanalına müsahibəsi zamanı söylədiyi fikirlər bir daha göstərir ki, Moskva heç bir halda postsovet məkanına nəzarəti itirmək istəmir”.

“Ehtimallarım ondan ibarətdir ki, Rusiya Ukraynaya qarşı hərbi hücumlara start verə bilər. Lakin bu, onlar üçün heç də asan başa gəlməyəcək. Bunun qlobal müharibəyə qədər davam edəcəyi və aylarla, illər sürəcəyi ehtimalı var. Bütün hallarda gec-tez Ukrayna NATO-ya üzv olacaq. Rusiya isə bütün mənfur ssenrilərinə rəğmən, buna mane ola bilməyəcək”, - deyə müsahibimiz qeyd edib.

Baydenin demokratikya açıqlamasını şərh edən İbrahimlinin sözlərinə görə, Rusiya başda olmaqla bütün avtoritar rejimlər bir gün tarixə qovuşacaq: “Əgər ABŞ administrasiyası həqiqətən də bu prosesə dəstək vermək niyyətindədirsə və növbəti imitasiyaya yol vermirsə, bu, alqışlanmalıdır. Məhz Rusiya avtoritarizminin nəticəsidir ki, Ukrayna, Gürcüstan və digər keçmiş İttifaq dövlətləri müstəqil siyasət yürüdə bilmir. Nəhayət, Ağ Evin özündə başa düşməyə başlayıblar ki, demokratiyasız dünyanın gələcəyi yoxdur. Lakin buna nə qədər səy göstərəcəklər - bu barədə qəti mülahizə yürütmək mümkün deyil. Bütün bu suallara əlahəzrət zaman cavab verəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məmur bağ evində MTN-də işləmiş şəxsi niyə güllələyib öldürdü? - ŞOK FAKTLAR
Zamantv.az Keçən il dekabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində 1962-ci il təvəllüdlü Azər Cəfərovun kürəkəni, 1985-ci il təvəllüdlü Rəşad Məmmədovu “MÜ 21-12” modelli tüfənglə güllələyərək qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. DİA.AZ publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində hadisənin təfərrüatları məlum olub.

Bəlli olub ki, qətli törədən A.Cəfərov dövlət qurumlarında bir sıra yüksək vəzifələr tutub, hadisəni törədərkən isə Həmkarlar Konfedrasiyasının Xəzər rayon şöbəsində çalışıb. Naxçıvan şəhərində anadan olmuş, ali təhsilli A.Cəfərovun hadisəni əvvəlcədən planlaşdırmadığı, kürəkəni Rəşadın onun Mərdəkandakı bağ evinə gələrək dava-dalaş salması nəticəsində belə bir hadisənin baş verdiyi məlum olub.

Bildirilib ki, qayınatası tərəfindən qətlə yetirilən R.Məmmədov da bir sıra vəzifələr tutub. O, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili kimi çalışıb və daha sonra xəstəliyi ilə əlaqədar işdən çıxıb. Atasına məxsus zavodda direktor müavini vəzifəsində çalışan Rəşadın ailəsində son vaxtlar ciddi problemlər yaranıb və onun həyat yoldaşı övladları ilə birlikdə atası evinə gedib. Bundan sonra R.Məmmədov özünə məxsus “Lexus” markalı avtomobillə Mərdəkana gedib və məlum qətl hadisəsi baş verib. Hadsədən sonra onun avtomobilindən tapança və dəyənək aşkar edilərək götürülüb.

İstintaq materiallarından o da məlum olub ki, R.Məmmədov daha əvvəl də qayınatasının evinə gələrək dava-dalaş salıb, hətta bağ evinin qarşısında tapança ilə havaya bir neçə dəfə atəş açıb.

Məhkəmədə ifadə verən A.Cəfərov olayı belə nəql edib: “Qızım 12 il əvvəl Rəşadla nigaha girərək ailə qurub, onların iki qız övladı olub. Toydan qısa müddət keçmiş bildik ki, Rəşadın pis vərdişləri var. Belə ki, Rəşad narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızıma qarşı kobud davranırdı. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm onun valideynləri, həm də öz tərəfimdən səylər göstərilib, pul verilib, lakin nəticəsi olmayıb. Demək olar ki, qızım Rəşadla evləndiyi vaxtdan onun pis vərdişlərinə görə əziyyət çəkib, amma ailəsini qoruyub saxlamaqdan ötrü neqativ hərəkətlərinə dözüb. Hətta təxminən 2010-cu ildə qızım boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi, lakin ağsaqqalların tövsiyyəsi və səyi nəticəsində qızım onunla barışdı, onlar yenə birgə yaşadılar. Həmin vaxt Rəşadın valideynləri ilə yenə qərara gəldik ki, onu müalicə etdirək. Lakin Rəşad müalicəni yarımçıq qoydu, müalicədən yayındı. Sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə qızım boşanmaq üçün yenidən məhkəməyə müraciət etdi, həmin vaxtdan övladları ilə birlikdə köçüb mənim şəhərdə olan mənzilimdə yaşadılar. Qızım bizdə qaldığı vaxtlarda həftədə 2-3 dəfə Rəşadın öz uşaqlarını görməsi üçün şərait yaradılıb. Nə qızım, nə yoldaşım, nə də mən heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışıq. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında Rəşad öz mobil nömrəsindən mənə zəng edib aqressiv şəkildə harada olmağımı soruşdu. Mən isə Rəşada Mərdəkanda bağ evində olduğumu dedi. Rəşad bağa çatanda ona darvazanın ağzında olduğumu dedim, o, evdən həyət qapısının düyməsini basdı və qapı açıldıqdan sonra Rəşad həyətə daxil oldu. Rəşadın həyətdə söyüş söyməsindən, qışqırıb səs-küy salmasından ehtiyat edib onu evə dəvət etdim, masa arxasında əyləşib söhbət etdik, ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım, heç kəsin ona qarşı pis hərəkət etmədiyini izah etməyə çalışdım. Hətta Rəşada dedim ki, vaxt keçər yenə barışarlar, yenə ailələləri bir-birinə qovuşar. Lakin Rəşad mənim danışıqlarıma əhəmiyyət vermədi, aqressiv formada məni alçaltmağa çalışdı, əxlaqsız sözlər, mənə qarşı yaşıma uyğun olmayan ifadələr işlətdi. Əsəbini cilovlayaraq ona cavab vermədim, Allahdan səbr diləyib, lənət şeytana deyə-deyə özümü toxtamağa, ələ almağa çalışdım. Bundan sonra Rəşad ayağa qalxıb evdən həyətə çıxdı, geri dönərək yenidən daha ağır söyüşlər söydü. Artıq buna dözmədim, elə bil ki, havalanaraq çönüb evə girərək girişdə olan ov tüfəngini çıxarıb bayıra çıxdım və bundan sonra nə baş verdiyini xatırlamıram. O zaman ayıldım ki, bağban kürəyimdən tutaraq silkələyir . Bu zaman gördüm ki, yerə çöküb oturmuşam, əlindəki tüfəng yerə düşüb, Rəşad isə aralıda torpaqda uzanıqlı vəziyyətdədir. Bağbana təcili tibbi yardıma zəng etməsini dedim, özüm isə polisə zəng etdim. Rəşadı vurmağıma səbəb məni və övladlarımı öldürməsi barədə hədəsinin real olması və ən axmaq söyüşlərlə məni,arvadını, övladlarımı, atamın qəbrini belə söyüb təhqir etməsi olub. Mən Ovçular cəmiyyətinin üzvüyəm, 4 tüfəngim var. 3 tüfəng şəhərdəki mənzilimdə seyfdə, bir tüfəng isə hadisə baş verdiyi bağ evində idi. Belə ki, həmin bağda çox vaxt tək qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərindən bu tüfəngi bağda saxlayırdım. Həmçinin qeyd etmək istəyirəm ki, Rəşadın tapançası var idi, həmin tapança ilə Rəşad bir dəfə bu bağda qızımı və oğlumu qorxutmaq üçün bağda olduğu zaman havaya atəş açıb. Həmin vaxt mən xaricdə olmuşam. Həmçinin bilirdim ki, Rəşad həmin odlu silahı daima üzərində gəzdirir, hətta bir neçə dəfə həmin tapançanı görmüşəm. Bu səbəbdən Rəşadın övladlarımı və məni öldürəcəyi ilə hədəsini həqiqi kimi qəbul etmişəm. Yaxınlarımı qorumaq üçün və ağır təhqirlər səbəbindən bir anlıq üzərimə nəzarətimi itirərək bu hadisəni törətmişəm. Təbii ki, hadisənin bu cür baş verməsinə görə peşmanam. Məhkəmənin nəzərinə çatdırıram ki, onkoloji xəstəyəm, bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müayinə olunmuşam və müalicə almışam”.

Məhkəmədə qətlə yetirilmiş 35 yaşlı Rəşad Məmmədovun yaxınları hadisənin baş verməsinə A.Cəfərovun həyat yoldaşının səbəb olduğunu, onun qızını öyrətdiyini və son vaxtlar Rəşadım övladlarını görməyə əngəl yaratdığını deyiblər. Mərhumun qardaşı ifadəsində Rəşadın həyat yoldaşını çox sevdiyini, ailəsinə yaxşı baxdığını, evdə cüzi söz-söhbətlərin ola biləcəyini deyib: “2008-ci ildə qardaşım Azərin qızı ilə ailə həyatı qurub. Rəşadla yioldaşı mehriban olublar, Rəşad onu demək olar ki, dünyanın bir çox ölkələrinə gəzməyə aparıb, birgə nigahdan olan iki qızını da Rəşad həddindən artıq çox istəyirdi. Onların ailələrində ola bilsin ki, cüzi söz-söhbətlər olub, lakin mərhum atam Rəşadın qayınatası Azərləbirlikdə müdaxilə edib yoluna qoyurdu. Təqsirləndirilən şəxsi də yaxşı bir insan kimi tanımışam, Azərin heç vaxt qardaşı Rəşadın ailə işlərinə qarışmadığını bilirəm Lakin hamı bilirdi ki, Azərin arvadı Rəşadgilin ailə işlərinə daima müdaxilə edib, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edirdi, tələbi yerinə yetirilmədikdə isə qızından boşanmağı tələb edirdi. Hər dəfə gəlin anasının təhriki ilə evdən küsüb getdiyi vaxtdan sonra barışıq əldə edildikdə qardaşım ona bahalı qızıl-zinyət əşyaları alıb verirdi. Sonuncu dəfə də yoldaşı qardaşımdan küsüb valideynlərinin evinə getdikdən sonra onun anası Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratdı. Rəşad bundan bərk əsəbləşərək 12.12.2020-ci il tarixdə Mərdəkan qəsəbəsində öz bağından 150-200 metr aralı olan qayınatası Azərin bağına getdi ki, onun öz uşaqları ilə görüşməsinə olan maneələri aradan qaldırsın. Cinayət işinin materiallarından və məhkəmə iclasında verilən ifadələrdən bilirəm ki, Rəşadla təqsirləndirilən şəxs bağda mübahisə edib. Rəşad ola bilsin ki, əsəbi olduğundan Azərin ünvanına və onun atasının ünvanına söyüş edib. Azər də tüfənglə 3 güllə ilə atəş açaraq Rəşadı öldürüb. Bəyəm, söyüşə görə adam öz nəvələrinin atasını öldürərmi? İş materiallarından bilirəm ki, Rəşad Azərin bağına özünə məxsus «Lexus» markalı maşınla gəlib, həmin maşından axtarış zamanı bir ədəd dəyənək və bir ədəd tapança aşkar edilib. Lakin tapançanın darağında güllələr olmayıb”.

R.Məmmədovun digər yaxınları da oxşar məzmunda ifadələr verib. Həmçinin məhkəmə prosesində digər sənəd və sübutlar, ekspertiza rəyləri araşdırılıb. Ekspertiza A.Cəfərovun hadisə vaxtı fiziki affekt vəziyyətində olmaması qənaətinə gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasının ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəyəri 13 min manatdan çox olan qızıl zinət əşyalarını oğurlayan şəxs Qusarda saxlanıldı
Zamantv.az Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan DİA.AZ-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməklə zərərçəkmişə ümumilikdə 13275 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zaur Əlipoladov saxlanılıb. Həmin şəxsin həmyerlisinə məxsus mənzilə gizlin daxil olaraq qızıl zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblilərin qış tətili günləri açıqlanıb - Diqqət!
Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.

Nazirlikdən bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 yanvar 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.

Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 yanvar tarixləridir: “Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub. Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir”.

Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO