[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ukraynada yaralanıb
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

Zamantv.az Unian-a istinadən bildirir ki, bunu hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.

66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb. Həyati təhlükəsi yoxdur.
Ordu generalı Gerasimov və digər zabitlərin Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində oturduğu qeyd olunur. İlkin məlumata görə, 20 zabit həlak olub.

“Vertical” Telegram kanalı xəbər verir ki, Rusiya Baş Qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.

Xəbərdə bildirilir ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri 10-dan çox yüksək səviyyəli rus komandirini, o cümlədən azı altı generalı məhv edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda Paşinyana qarşı BÖYÜK MİTİNQ
Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.

Zamantv.az news.am-a istinadən bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.
Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Odessa hava limanına raket zərbələri ENDİRDİ
Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

Mənbə: UNİAN
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenskinin bir günü necə keçir?
“Time” jurnalında Saymon Şuster tərəfindən dərc edilmiş “Zelenskinin Dünyasında” məqaləsində Ukrayna dövlət başçısı Zelenskinin bir gününün necə keçdiyi, yaşadıqları, hiss etdikləri və s. məlumatlar yer alıb.

Rusiyanın Ukrayna ilə müharibə əməliyyatlarına başlamasından iki aydan çox zaman keçib. Bu zaman müddətində Ukrayna dövlət başçısı Zelenskinin Kiev şəhəri, Bankova küçəsində yerləşən qərargahında tarixi anlar yaşanıb. İlk dəfə cəbhə xəttinə getdikdə nələr hiss etdi?

İki aydır televiziyalarda üzərində xaki rəngdə eyni köynəklə görməyə alışdığımız Ukrayna lideri çiyinlərində bir ölkənin məsuliyyətini daşıyır. Uzun zamandır Kievdə yerləşən Prezident qərargahındadır və gecələr onun üçün çox çətin keçir. Yatmazdan əvvəl əsasən telefonuna baxır, gün ərzində oxuya bilmədiyi mesajları gözdən keçirir ki, bu mesajların çoxunu həyat yoldaşı və övladları, məsləhətçiləri və komandirlər göndərir.

Bəzi gecələr isə heç yatmır. “Əgər yuxuya getsəm, nə olacaq? Hazırda hər an hər şey baş verə bilər” – deyə o, yuxusuz gecələrini izah edir. Ukrayna dövlət başçısı dünyada bir çox insanın müharibəni sosial mediadan izlədiyini söyləyib. “İnsanlar müharibəni İnstagramda, sosial mediadan görürlər. Darıxanda isə ekranı aşağı sürüşdürürlər” – deyə o bildirib.

Zelenski komediya aktyorluğundan qalan yumor hissinin onun ayaqda qalmaq səbəblərindən biri olduğunu vurğulayıb. Rusiyanın ölkəyə müdaxiləsinin ilk günlərində saat 05:00-da ölkə üzrə bütün əsgərlərdən vəziyyətlə bağlı hesabatlar alırdı. Kievdə Prezident sarayının yerləşdiyi Bankova küçəsinin ərazisi nəqliyyat vasitələrinin hərəkətinə qapalıdır. Buradan keçmək istəyən piyadalar isə əsgərlərə parolu deyərək keçir.

Bu fövqəladə hallarda təhlükəsizlik protokolunda da bir az qarışıqlıq yaranıb. Məsələn, Zelenskinin başına bir iş gələcəyi təqdirdə ölkənin idarəetməsini əlinə alacaq insan – Parlament rəhbəri Ruslan Stefançuk səhərlər Bankovaya gəlir. Yəni dövlət üçün iki əhəmiyyətli insan eyni bölgədə bir növ hədəf olma riski daşıyır. İkisi də gülləkeçirməz jiletlər geyinir.

ABŞ və Birləşmiş Krallıq Zelensiyə təhlükəsizlik səbəbilə hökuməti Kievdən təxliyə etməyi təklif etdikdə Zelenski “Maşına deyil, sursata ehtiyacım var” şəklində cavab vermişdi. Yaxın mühafizəçiləri də Zelenskiyə təxliyə variantını düşünməyi məsləhət görürlər. Prezident ofisi izdihamlı bir məhlədə yerləşir və düşmən snayperləri bu məhlədəki binaların birinin yuxarı mərtəbələrinə yerləşərək təhlükə yarada bilər.

Zelenski müharibədən bir gün sonra 25 fevral 2022-ci il tarixində Prezident ofisindən kənara çıxaraq əl telefonu ilə 40 saniyəlik bir video çəkdi və bu video Ukraynanın dirənişində bir dönüş nöqtəsi olaraq şərh olundu.

Dövlət başçısı həmin günlərdə bəzi dövlət rəsmilərinə ailələrinin təxliyə etmək üçün zamana ehtiyac varsa, bunu dərhal etmələrini və daha sonra iş başına dönmələrini söyləyib.

Zelenskinin ofisində gündəlik işlərdən biri də əsasən hadisələrin gedişatının sosial media kanallarından izlənilməsidir. Bununla bağIı Zelenski bildirib ki, bəzən ordu rəsmi olaraq hesabat vermədən öncə nələrisə sosial mediadan öyrəndikləri də olur.

Mənbə: Haber Global
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran küçələrində açıq-aşkar narkotik ticarəti
Sosial mediada iranlı yaşlı qadının küçədə açıq şəkildə narkotik maddə satdığına dair video yayılıb.

Yerli sakin tərəfindən çəkilən videogörüntüdə yaşlı qadın “şüşə” adlandırılan narkotik maddəni sadəcə 7 min tümənə satdığını deyir.

Qeyd edək ki, İran rejiminin son 43 ildəki yarıtmaz siyasəti İran xalqını çıxılmaz duruma salıb. Bu ağır vəziyyətlə üzləşən bəzi insanlar çıxış yolunu təəssüf ki, narkotik maddə satmaqda görür. Təbii sərvətlərinə görə dünyada ön sıralarda olan İran hakimiyyəti isə xalqın pulunu digər ölkələrdəki proksi-qruplaşmaları dəstəkləməyə, habelə nüvə, dron və ballistik raket proqramlarına xərcləyir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moskvanın şantajı bitmir: Azərbaycan da ayıq-sayıq olmalıdır
Zamantv.az - Rusiyanın “Qazprom” şirkəti Bolqarıstan və Polşaya qaz tədarükünü tam dayandırdığını elan edib. Şirkətdən bildirilib ki, buna səbəb qazın pulunun rublla ödənilməsindən imtina edilməsidir: “Qaz tədarükü aprelin 27-dən başlayaraq, ödəniş müəyyən olunmuş qaydaya müvafiq surətdə həyata keçirilən vaxtadək dayandırılıb və bu barədə hər iki ölkəyə qabaqcadan bildiriş göndərilib. Bolqarıstan və Polşa tranzit dövlətlərdir. Əgər onlar üçüncü ölkələr üçün nəzərdə tutulmuş həcmdən qeyri-qanuni qaz götürməyə başlasalar, yanacaq tranziti həmin miqdarda ixtisar olunacaq”.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyanın bu iki Avropa dövlətinə qaz ixracını dayandırması onların Rusiyaya qarşı sanksiyalara qoşulması ilə bağlıdır, vəsaitin rus rublu ilə ödənilməsi ilə bağlı tələb isə əslində bir bəhanədir.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın harada imkanı çatacaqsa, rəqib dövlətlərə mane olmağa çalışacaq: “Bu, əslində gözlənilən bir məsələdir. Polşa və Bolqarıstanın hədəf olaraq seçillməsinin isə məntiqi əsası yoxdur. Çünki hazırda Rusiyadan ən çox qaz idxal edən ölkə Almaniyadır. Eyni zamanda Ukraynaya ən çox dəstək verən ölkələrdən biri də Almaniyadır. Əgər sanksiyalar tətbiq etmək zərurəti var idisə, Moskva ilk növbədə bunu Almaniyaya qarşı etməli idi. Rusiyadan Almaniyaya hər il 55 milyard kubmetr qaz idxal olunur. Yəni, burada məntiq axtarmaq çətindir”.

“Həm Bolqarıstan, həm də Polşa Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaldıb. Bolqarıstan daha çox Azərbaycandan qaz idxal etməyə başlayıb, Polşa isə sıxılmış qaz limanları inşa edir. Arıtq iki liman inşa edilib və Amerikadan ən çox təbii qaz alan Avropa ölkəsidir. Rusiyadan asılılığı az olduğu üçün Moskva bu iki Avropa ölkəsinə qarşı rahat davrana bilir, böyük və asılı olduğu dövlətlərə qarşı isə analoji addımlar atmaqdan çəkinir”, - deyə həmsöhbətimiz bildirib.

O, başqa bir məqama da diqqət çəkib: “Heç bir Avropa ölkəsi ikili hesab açmaq istəmir. Əslində “rublla ödəniş” deyilən anlayış mövcud deyil. Sadəcə “Qazprom”un bankında hesab açılır, bu bank vəsaiti rus rubluna konvertasiya edərək hökumətin büdcəsinə köçürür”.

Mütəxəssis hesab edir ki, Rusiyanın Avropaya qaz satışına görə Azərbaycana da təzyiqləri gözlənilir: “Haraya imkanı, gücü və əli çatırsa, Rusiya həmin ölkələrə qarşı təzyiqləri artıracaq. Bu, bəlli bir həqiqətdir. Ona görə ki, Rusiyaya qarşı koalisiya güclənib və getdikcə əhatə dairəsi genişlənir. Təsəvvür edin ki, Rusiyanın ən çox güvəndiyi ölkə Hindistan idi. Hindistan, eləcə də Çin Rusiyaya qarşı sanksiyalara qoşulmağa başlayıb. Belə bir şəraitdə Rusiya təklənmiş duruma düşüb. Əlbəttə, o da istəyir ki, öz ətrafında koalisiya yaratsın. Lakin heç bir ölkə bu gün onunla əməkdaşlıqda maraqlı deyil və hamı Rusiya ilə məsafəli dayanmağa çalışır. O cümlədən də Azərbaycan”.

“Bu baxımdan Rusiya dünya boyunca təzyiq mexanizmlərini işə salacaq və ən çox diqqəti postsovet məkanına yönəldəcək. Lakin onun nəticə əldə edəcəyi, təzyiqlərinin effektiv olacağı barədə qəti mülahizə yürütmək çətindir. Bu, hadisələrin gedişatından asılı olacaq. Mövcud şəraitdə Moskvanın təsir imkanları zəifdir və belə davam edəcəksə, təzyiq siyasəti də nəticəsiz qalacaq”, - deyə Cəfərli vurğulayıb.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya şərhində Rusiyanın uzun müddətdir təbii qazdan təzyiq vasitəsi kimi istifadə etdiyini söyləyib: “Avropa dövlətlərini onillərdir həm təbii qazın qiymətləri, həm də tranzitlə bağlı təhdid edir. Bunun da əsas səbəbi odur ki, Rusiya hökuməti imzaladığı heç bir müqaviləyə hörmət etmir. İstənilən anlaşmadan öz imperalist məqsədləri naminə geri çəkilə bilir. Əslində, bu gün ona qarşı sanksiyaların əsas səbəblərindən biri də budur. Görünən odur ki, Qərb də artıq Rusiyanın özbaşınalıqlarına göz yummaq niyyətində deyil. Təbii ki, Kremlə qarşı təzyiqlər davam edəcək. Bu təzyiqlər artdıqca, Moskva da təxribatçı hərəkətlərini davam etdirəcək. Bəzi dövlətləri təbii qazla, bəzilərini müharibə, bütün dünyanı isə atom silahı ilə hədələyəcək”.

“Lakin bu gün onun özü elə bir vəziyyətdədir ki, Qərbə qarşı təzyiq alətləri mövcud deyil. Digər yandan Ukraynaya təcavüzü zamanı ağır itkilərə məruz qalıb. Habelə çoxvektorlu embarqolar şimal qonşumuzun gələcəyini təhlükə altına atır. Bu mənada Rusiya hökumətinin, eləcə də Prezident Putinin sonu yaxşı görünmür”, - deyə müsahibimiz bildirib.

Bəydəmirli əlavə edib ki, Rusiya Azərbaycana hər zaman təzyiq edib və bundan sonra da edəcək: “Təbii ki, Azərbaycanın öz təbii qazını Avropaya nəql etməsi Moskvanın marağına uyğun deyil. Rusiya mütəmadi olaraq Azərbaycanın beynəlxalq iqtisadi layihələrini anti-reklam edib və bununla öz əhəmiyyətini artırmağa çalışıb. Ticarət savaşından vaxtaşırı olaraq həm Azərbaycana, həm də Türkmənistana qarşı istifadə edib. Bu təzyiqlər təkcə iqtisadi yox, bütün istiqamətlər üzrə davam edib. Təbii ki, Rusiya şantajçı bir dövlətdir və istənilən təxribata hazır olmalıyıq. İmkan verməz olmaz ki, bataqlıqda olan Rusiya Azərbaycanı da öz arxasınca çəksin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lavrovdan nüvə müharibəsi ANONSU
“Rusiya özünü NATO ilə müharibə vəziyyətində hesab etmir”.

"Zamantv.az" lent.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Rusiya NATO ilə müharibə aparmır, hadisələrin bu cür inkişafı nüvə müharibəsi risklərini artıra və nüvə müharibəsinə doğru bir addım ola bilər”, – nazir qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşnaksutyun Partiyası erməniləri “Fransaya” çağırdı
Ermənistanda mayın 1-də ümummilli mitinq təyin olunub.

“news.am” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan bildirib.

O, hər kəsi mayın 1-i yerli vaxtla saat 16.00-da paytaxt İrəvanın “Fransa” meydanına mitinqə çağırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
[thumb=left]http://zamantv.az/uploads/posts/2022-04/1651261008_626bed6fee5e6626bed6fee5e71651240303626bed6fee5e4626bed6fee5e5.jpg[/thumb
Sosial şəbəkədə avtomobillərin dayandığı zaman qadağanedici nişan quraşdırıldığı və dərhal hamısının cərimələndiyi barədə məlumat yayılıb.

Zamantv.az xəbər verir ki, iddialara əsasən, hadisə paytaxtın Yasamal rayonu, Naxçıvan (6-cı Paralelni) küçəsində qeydə alınıb. Paylaşımda bildirilib ki, avtomobillər küçədə dayandığı yerdə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gəlib dayanma-durmanı qadağan edən nişan quraşdırıblar. Daha sonra isə dərhal nişanın qadağan etdiyi ərazidə dayanan avtomobilləri çəkərək protokol tərtib etməyə başlayıblar.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a iddiaların doğru olmadığını bildirib. Onun sözlərinə görə, orada əvvəldən də həmin nişan olub:
“İddia doğru deyil. Bildirim ki, nişan məhəllədaxili yolda quraşdırılmayıb. Orada əvvəllər də dayanma-durmanı qadağan edən nişan olub. Lakin sonradan yararsız hala salınıb. Bildiyiniz kimi həmin küçədə yol hərəkətinin təkmilləşdirilməsi işləri görülür. Bu çərçivədə nişan da yenilənib. Fotoçəkiliş də görülən işin hesabatı üçündür. İnzibati tənbeh tədbiri tətbiq etmək BNA inspektorlarına aiddir ki, onların da ayrıca geyimləri var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Biz Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik" - İlham Əliyev
"Biz Ukraynanın və digər bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə edirik. Böyük ağacların arxasında gizlənmirik".

Zamantv.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var: “Amma bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri isə siyasi üstünlüklərə əsaslanaraq şərh edilməməlidir. Bizə qarşı həmişə bu mövqedən yanaşıblar. Çünki Ukrayna hadisələrindən əvvəl də, beynəlxalq ictimaiyyət tərəfindən həmişə və çox açıq şəkildə Gürcüstanla Moldovanın ərazi bütövlüyünə dəstək ifadə olunurdu. Bizə gələndə isə həmişə mesaj verilirdi ki, gedin sülh yolu ilə razılaşın. Lakin ərazinizi tərk etmək istəməyən təcavüzkarla sülh yolu ilə necə razılaşmaq olar?!
Biz çalışdıq, mən 17 ilə yaxın çalışdım, amma gördük ki, bu, mümkün deyil və gördük ki, biz bunu sülh yolu ilə etmək istədikcə, təcavüzkar daha da təkəbbürlü olur və aqressivləşir. Onlar artıq bizi yeni ərazilər uğrunda yeni müharibə ilə qorxutmağa, “Qarabağ Ermənistandır” deyə fikirlər söyləməyə başladılar. Amma indi nə deyirlər? İndi deyirlər “Qarabağ Azərbaycandır!” 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən adamlar dedi bu sözü. Biz öz əlimizlə, canımızla yeni reallıq yaratdıq. Deməli, biz bunu yaşadıq və hesab edirəm ki, ləyaqət, ərazi bütövlüyü və ədalət hər bir ölkə üçün vacibdir”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO