[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərəstun Oruclu: “Xanlar Vəliyevi nə istintaq, nə qohumu Bəylər Əyyubov…xilas edə bilməyəcək”
- Xeyli əvvəl demişdim ki, Tərtər qətliamının araşdırılması hələ ən sərt mərhələdə deyil və həmin mərhələ “Əsrin cinayəti”nın təkrar istintaqına qərar veriləndə başlayacaq. Bunu bilmək üçün də münəccim olmağa ehtiyac yox idi.

Törədilmiş cinayət haqqında 4 ildən artıq müddətdə deyilənlərə, yazılanlara, cəmiyyətin müzakirə və mühakiməsinə çıxarılanlara ittiham olunanlar tərəfindən (amma təkcə onlar tərəfindən yox) ciddi reaksiya ona görə yox idi ki:

1. Hamısı yaxşı anlayırdı ki, siyasi hakimiyyət təhqiqat aparılması barədə qərar verməyincə heç bir real təhlükə gözlənilmir;

2. İllər boyu müxtəlif səbəblərdən cinayət haqqında susan çeşidli fürsətçilər və siyasi dələduzlar məsələyə hakimiyyət səviyyəsində reaksiya olmayınca bu işə baş vurmağın nə qədər riskli olduğunu yaxşı anlayırdılar və danışmaq üçün uyğun məqamı gözləyirdilər.

3. Tərtər qətliamı üzərində siyasi kapital qazanmağı düşünənlər cinayətin miqyasını və onun ictimailəşdirilməsində iştirakın mümkün fəsadlarını anlayanlar rəsmi reaksiya verilənədək hakimiyyətlə konfliktə getməyərək susmağa üstünlük verirdilər.

Elə bir tək bunların əsasında demək olardı ki, təkrar istintaq qərarı həm cəmiyyətdə, həm qurbanlar arasında, həm cinayətkarlar və həm də fürsətçilər düşərgəsində canlanma yaradacaq.
Belə də oldu.

Amma bu və digər məsələlər barədə ardıcıllıqla və ilk növbədə də istintaq və onun gedişi barədə:
Bu başdan deyim ki, istintaqın gedişi haqda ətraflı məlumatlar var və hətta cinayətkarlardan hansılar haqqında hansı cəzaların planlaşdırılması da artıq onun (istintaqın) gedişindən görünməkdədir.

Məsələn, Baş Prokurorluğun cinayətin əsas təşkilatçılarından olan Xanlar Vəliyevi məsuliyyətdən yayındırmaq cəhdi istintaqın nəticəsini heçə endirərdi. Xanlar Vəliyev bu cinayətə görə əsas məsuliyyət daşıyan 5 şəxsdən biridir. Digərləri isə Zakir Həsənov, Nəcməddin Sadıkov, Zakir Qaralov və Rüstəm Usubovdur.

Odur ki, Xanlar Vəliyevi nə istintaq, nə qohumu Bəylər Əyyubov, nə bütövlükdə PKK, nə də onların türkçü cildinə girərək son günlər “media ulduzuna” çevrilən əlaltıları xilas edə bilməyəcəklər. Xanlar Vəliyevin mühakimə olunmaması Tərtər qətliamının təkrar istintaqının aparılmaması demək olardı.

İstintaqın gedişi onun Baş Prokurorluq tərəfindən aparılmasının mümkünsüzlüyü haqda dediklərimizin artıq bu gün haqlı olduğunu söyləməyə əsas verir. Müstəntiqlər istintaq aparmaqdan daha çox cinayət qurbanları arasında konfliktlər yaratmaq istiqamətində çalışırlar. Bu işdə müəyyən uğura imza ata bilsələr də. onun perspektivi yoxdur.

İstintaq bir neçə nəfəri uzun müddətə mühakimə olunmağa, bəzilərini isə ömürlük həbs cəzası almağa “hazırlasa” da bu, Tərtər cinayətinin çözülməsi olmayacaq. Belə olduqda siyasi hakimiyyət də buna qədər olduğundan daha böyük ictimai reaksiya ilə üzləşəcək.

Tərtər cinayəti yalnız onun istisnasız olaraq bütün nəticələri aradan qaldırıldıqda çözülmüş hesab edilə bilər. İstintaq barədə hələlik bu qədər…
Qaldı 5-ci kolonun səfərbər olunaraq istintaqla sinxron mövzunu yanlış müstəvilərə çəkmək səylərinə, bunun da uğurlu nəticəsi olmayacaq.

Qaldı kimlərinsə bu mövzu üzərində, daha doğrusu, onun indiki mərhələsində ictimai-siyasi kapital toplamaq cəhdlərinə və bundan qaynaqlanan ağlasığmaz, absurd açıqlamalarına, burda vəziyyət daha acınacaqlı ola bilər. Unutmaq lazım deyil ki, ölkə yetərincə kiçikdir və hər kəsin də fəaliyyəti göz önündədir.

İndi keçək bəzi Tərtər qurbanları arasında yaranmış münaqişəyə. Burda da faciəvi bir şey yoxdur və sürpriz də deyil. Gözlənilən idi. Azərbaycanda elə bir icma, cameə, kəsim, qurum, təşkilat və s. yoxdur ki, onun daxilində parçalanmalar və ya münaqişələr olmasın. Bu mənada Tərtər qurbanlarının icmasi da ölkənin bir parçasıdır.
Ərəstun Oruclu: “Xanlar Vəliyevi nə istintaq, nə qohumu Bəylər Əyyubov…xilas edə bilməyəcək”
Qətliam qurbanlarını münaqişəyə görə qinayanlara, buna sevinənlərə, bundan istifadə etməklə elə onlara qarşı törətmiş olduqları öz alçaq əməllərinə təskinlik axtaranlara bircə sözüm var: bu insanların illər boyu yaşadıqlarını heç birinizə arzulamıram.

Bəzi həmvətənlərimiz münaqişənin maliyyə vəsaitləri zəminində olmasına görə təəssüf etdiklərini yazırlar, amma burda da qeyri-adi heç nə yoxdur. Buna aydınlıq gətirməzdən əvvəl bir məqamı da qeyd etmək istəyirəm: dünyanın ən müxtəlif ölkələrindən və elə ölkənin özündən də Tərtər qurbanlarına yardım əli uzadan çoxsaylı həmvətənlərimiz olub və var.

Sağ olsunlar hamısı və bu, xalqımızın nə dərəcədə mərhəmətli olmasının, həm də ölkəsinin, xalqının dərdinə biganə qalmamasının göstəricisidir. Müxtəlif məkrli üsullarla cinayət qurbanları arasında məhz bu zəmində münaqişə yaratmağa çalışan dövlət orqanlarının da bu mənada niyyəti aydındır.

İllər boyu işsizlikdən, yoxsulluqdan zülm çəkən və indi həmvətənlərindən aldıqları kiçik də olsa maddi dəstəkdən məhrum edilən qətliam qurbanları istintaqçıların rahat “işləməsi” üçün daha “yumşaq” mövqedən çıxış etməli olardılar. Amma bu da olmayacaq.

Yalnız o olacaq ki, ya aldadılıb tələyə düşərək, ya da hansısa maraqlarının təmin olunması səbəbindən bu yolu gedənlər özləri təklənərək sıradan çıxarılacaqlar. Bunu anlamaq üçün də bircə şeyi xatırlamaq kifayət edər: Tərtər qətliamı təkrar istintaqa yalnız birgə səylərin nəticəsində qaytarıldı.

Onun gözlənilən nəticələri də yalnız birlikdə əldə oluna bilər. Həmin birliyi bilərəkdən və ya anlamamaqdan pozanlar isə hamıdan əvvəl, həm də yüksək ehtimalla yalnız özləri bunun qurbanına çevriləcəklər və əməllərinə peşiman olacaqlar. Amma onda gec olacaq.

Hələlik bu qədər.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qadın və doqquz yaşlı oğlu parka gedərkən öldülər
Bu il aprelin 19-da Bakı şəhər Sabunçu rayonu ərazisində - "Koroğlu" metrostansiyası ilə Sabunçu dairəsinin arasındakı genişzolaqlı magistral yolda 28 yaşlı Gülnar Yuniszadə və onun doqquz yaşlı oğlu Yusmirin ölümü, Gülnarın bacısı Fidan Cəfərzadənin isə ağır xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb.

Məlum olub ki, piyadalar sürət həddi saatda 110 kilometr olan yolu piyada keçidi olmayan yerdə keçməyə cəhd göstərib. Onların axşam saat 9 radələrində, yəni havanın qaranlıqlaşdığı vaxtda yolu keçdiyini görən bir sıra maşınlar sürətlərini azaldaraq yol veriblər, lakin bu zaman sağ tərəflə hərəkət edən və 1986-cı il təvəllüdlü Taleh Tağıyev sürətini azaltmadan hərəkətə davam edib. Qarşısına piyadaların çıxa biləcəyini ağlına gətirməyən T.Tağyev 7-8 metr qarşıda 2 qadın və 1 azyaşlının olduğunu gördükdə artıq gec olub və qəza qaçılmaz olub. Zərbənin gücündən onların 3-ü də maşının ön hissəsinə və alın şüşəsinə çırpılaraq xeyli aralı düşüblər. Gülnar və oğlu hadisə yerində ölüb. Fidan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məhkəmədə ifadə vermiş Fidan Cəfərzadə bildirib ki, bacısı ötən il həyat yoldaşından boşanıb və onunla birlikdə atasının evində yaşayıb. O, baş verən hadisəni belə xatırlayıb: "19 aprel 2021-ci il tarixdə evdə olan zaman bacım Gülnar Milli Olimpiya Stadionunun yaxınlığında yerləşən parka getməyi təklif etdi, mən də etiraz etmədim. Bundan sonra Gülnar və onun oğlu Yusmirlə birlikdə təxminən saat 20:30 radələrində evdən çıxdıq, saat 21 radələrində Sabunçu körpüsü yaxınlığına gəldik. Əvvəlcə "Koroğlu" metrostansiyası istiqamətindən hava limanı istiqamətinə doğru hərəkət edən avtomobillərin keçməsini gözlədik ki, yol boşaldıqdan sonra yolu sərbəst keçə bilək. Avtomobillər keçdikdən sonra avtomobil axınının az olduğunu görüb yolu adi yerişlə keçməyə başladıq. Həmin vaxt "Koroğlu" metrostansiyası istiqamətindən hərəkətdə olan bir neçə avtomobil bizim yolu keçdiyimizi görüb sürətlərini azaldaraq bizə yol verdilər. Biz də yolu keçməyə davam etdik. Yolu keçən zaman birinci hərəkət zolağı ilə "Koroğlu" metrostansiyası istiqamətindən bir avtomobilin gəldiyini gördük, biz elə bildik ki, həmin avtomobilin sürücüsü də yolu keçdiyimizi görüb avtomobili saxlayıb bizə yol verəcək. Lakin yolu keçməyə az qalmış həmin avtomobil Gülnarı, bacım oğlu Yusmiri və məni vurdu. Həmin vaxt huşumu itirdim. Sonradan nə baş verdiyini xatırlamıram".
Təqsirləndirilən şəxs ailəli, 2 azyaşlı uşaq atası olduğunu, taksi fəaliyyəti göstərdiyini deyib və baş vermiş hadisədə günahkar olmadığını deyib: "Hadisənin baş verməsinə səbəb piyadaların yolu düzgün yerdən keçməməsi olub. Təxminən 14 ildir ki, avtomobil idarə edirəm, avtomobil idarə etmək üçün sürücülük vəsiqəm var. Hadisə baş verərkən şirkətə məxsus olan və etibarnamə ilə sürdüyüm "Ravon Nexia R3" markalı avtomobillə Heydər Əliyev prospekti ilə yolun soldan birinci zolağıyla "Koroğlu" metrostansiyası istiqamətindən hava limanı istiqamətinə saatda 100 km sürətlə hərəkət edirdim, həmin vaxt sağ tərəfindəki avtomobillər də eyni istiqamətdə hərəkət edirdilər. Sabunçu körpüsü yaxınlığına çatdıqda 5-ci zolaqda hərəkət edərkən sağımda olan maşın əyləci basdı, mən də bunu görüb tormoz əyləcini basdım. Bu zaman o gördüm ki, maşınla piyadanı vurmuşam. Piyadanı vurmamaq üçün idarə etdiyim avtomobilin tormoz əyləcini basdım və avtomobili sağa tərəf istiqamətləndirdim, lakin piyada ilə idarə etdiyim avtomobilin ara məsafəsi 7-8 metr olduğundan avtomobili saxlaya bilmədim. Hadisə vaxtı yoldan keçən şəxs görməmişəm. Bundan sonra avtomobili dərhal saxlayıb yerə düşərək avtomobilin ön şüşəsinə dəyərək yerə yıxılan piyadaya yaxınlaşdım ki, ona köməklik göstərim, həmin piyada qadın idi. Onun huşsuz vəsiyyətdə olduğunu görüb nəbzini yoxladıqda, piyadanın öldüyünü bildim. Bundan sonra digər iki nəfər piyadaya yaxınlaşdım, həmin piyadalardan biri azyaşlı oğlan uşağı, digəri isə cavan qız idi. Yoldan keçən tanımadığım avtomobilin sürücüsü həmin piyadaları avtomobilinə əyləşdirərək onları 3 saylı Şəhər Klinik Xəstəxanasına apardı, mən isə hadisə yerində polisin gəlməsini gözlədim. Hadisə vaxtı idarə etdiyim maşında nəndən başqa dostum və 3 nəfər tanımadığım şəxs vardı, həmin şəxsləri pul müqabilində maşınımla ünvana aparırdım".

Taleh Tağıyev məhkəmədən ona yüngül cəza verməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesin yekununda T.Tağıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsin və cəzasını ümumi rejimli müəssəsidə çəkməsinə hökm edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 19 yaşlı qız anası və bacısını atasından xilas etdi
Bakıda ana və iki azyaşlı qızı öz evlərində illərlə zorakılığa, təcavüzə, işgəncəyə məruz qalıb. Qızlardan 2002-ci il təvəllüdlü olanı öz doğma atası tərəfindən illərlə zorlanıb. Qızın anası və yaşca kiçik olan bacısı son illər bundan xəbər tutsa da hər biri qorxudan susub. Susduqca onlar da eyni zorakılığa məruz qalıb. Qızlar 45 yaşlı ataları, qadın isə əri tərəfindən təhdid edilib, döyülüb, amansız rəftara məruz qalıb...

Zamantv.az Musavat.com-a istinadla xəbər verir ki, bütün bu faciə, ana və qızlarının yaşadığı əzab ötən ilin sonlarında 2002-ci il təvəllüdlü qızın verdiyi qəti qərardan sonra bitib.

İllərlə öz atası tərəfindən zorlanan qız yaşca ondan kiçik olan bacısının da eyni aqibəti yaşamaması üçün Feysbuk sosial şəbəkəsində “Hüquqşünaslar” qrupuna müraciət edib. Onun üçüncü bir şəxsin adından yazdığı müraciətə xanım vəkillərdən biri cavab verib. Xanım vəkillə əlaqə quran qız başına gələnləri danışıb. Bundan sonra vəkil və qız prokurorluğa müraciət edib.

Nəticədə illərdir öz qızlarına, arvadına olmazın iyrəncliyi edən şəxs həbs edilib.

Araşdırmalar zamanı isə işin daha dəhşətli məqamları üzə çıxıb. Müəyyən edilib ki, 2002-ci il təvəllüdlü qız 6 yaşından etibarən atası tərəfindən cinsi zorakılığa məruz qalıb, zorlanıb. Hətta atası onu anasının gözləri qarşısında da zorlayıb. Anasını da onun gözləri qarşısında...

Əxlaqısz ata iyrənc hərəkətlərini bununla da yekunlaşdırmayıb və 2007-ci il təvəllüdlü qızına qarşı da seksual xarakterli hərəkətlər edib. Ana və qızları bu barədə dəfələrlə öz aralarında danışsalar da cəsarət edib polisə şikayət etməyiblər. Çünki illərlə müxtəlif formada işgəncələrə məruz qalıblar...

Araşdırmalar zamanı müəyyən edilib ki, 1975-ci il təvəllüdlü şəxs qızları və arvadını şillə, yumruq, təpik vurmaqla, saçlarını yolmaqla, çimdikləməklə, yaşadıqları evin küncündə dəqiqələrlə tək ayaq üstə saxlamaqla güclü fiziki ağrı və psixi iztirablar, işgəncələr verib.

Özünün daha da qəddar, amansız obrazını yaratmaq üçün daim üzərində olan bıçağı qəsdən nümayiş etdirib onları psixi iztirab formasında öldürəcəyi ilə hədələyib. Hətta evin divarına mıx vuraraq sarı rəngli elektrik naqili asıb. İstəkləri yerinə yetirilməyəcəyi təqdirdə onları asacağını bildirib.

Araşdırmalar zamanı üzə çıxan daha bir dəhşətli fakt isə 2002-ci il təvəllüdlü qızın baş verən zorakılığın nəticəsi olaraq 18 yaşında itihara cəhd etməsidir. Belə ki, o, evdə olan bir ovuc dərmanı içərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub. Amma o zaman qızın intihara cəhdini imtahan ərəfəsinin stresi kimi qələmə veriblər. Bu zaman da özünü ata adlandıran şəxs qızına və həyat yoldaşına tənbeh edib ki, bu barədə polisə heç bir məlumat verilməsin.

Amma vicdansız şəxs öz iyrənc hərəkətlərinə yenə də davam edib və intihara cəhd edən qızını yenidən zorlamağa başlayıb.

Bütün bu hərəkətləri sübutlarla, vortsap yazışmaları ilə ortaya qoyulan şəxs utanmadan peşman olduğunu deyib. Üzləşdirmə zamanı qızından üzr də istəyib. Amma 2002-ci il təvəlldülü qız atasından şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini tələb edib.

Qeyd etdiyimiz kimi hadisələrin üstü 2002-ci il təvəllüdlü qızın cəsarətini toplaması ilə açılıb. Ona bu cəsarəti verən isə ondan 5 yaş kiçik olan bacısının taleyi olub. Belə ki, 2002-ci il təvəllüdlü qız 2007-ci il təvəllüdlü bacısının eyni həyatı yaşamasını istməyib.

Bu qəti qərarı isə atasının ona yazdığı sonuncu iyrənc mesajdan sonra verib. Belə ki, özünü ata adlandıran şəxs 2002-ci il təvəllüdlü qızına mesaj yazaraq deyib ki, yuxuda onunla və bacısı ilə birlikdə intim əlaqədə olduğunu görüb. Bu mesajı alan 2002-ci il təvəlüldlü qız anasına məlumat verib ki, artıq bütün bunlara son verməyin vaxtıdır. Bu dəfə anası da qızını dəstəkləyib. Hadisələrin davamı yuxarıda qeyd etdiyimiz kimi baş verib.

2002-ci il təvəllüdlü qız həm özünü, həm də ana və bacısını bataqlıqdan xilas edib.

Bütün bu iyrənc hərəkətləri edən 1975-ci il təvəllüdlü şəxsə qarşı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, əzab vermə, 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə, zorlama maddələrinin bir neçə ağır bəndləri ilə ittihamlar irəli sürülüb. Məhkəmənin hökmü ilə həmin şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu dəhşətli hadisə hansısa bir ssenari əsasında qurulmayıb. Bu, cəmiyyətimizin içində baş verən, gözdən uzaqda qalan, səsi boğulan bir ailənin faciəsidir. Ana və qızı uzun illər bu işgəncələrə dözüb. Ana övladlarını itirməyin qorxusundan, övladlar isə ölüm qorxusundan susublar.

Cəmiyyətdə ətrafımızda baş verən hadisələrə laqeyd yanaşma halları çoxdur. Düşünmürəm ki, bu ailənin vəziyyətindən xəbəri olmayan bir nəfər yaxın qohum, tanış olmasın. O niyə susub? Ən azından anonim şəkildə bu məsələni ictimailəşdirə bilməzdimi...

Bu yazını oxuyanlar arasında bəlkə də bu cür faciələrin qurbanı olmuş, hazırda da qurbanı olan şəxslər var. Və ya belə qurbanları tanıyanlar var. Nə qurbanlar, nə də bundan xəbərdar olanlar susmamalıdır.

2002-ci il təvəlüldlü qız intihar cəhddində ölə bilərdi. O ölsəydi, bu hadisələrin üstü açılmayacaqdı. Həmin qız sussaydı, yenə də ailə olaraq bataqlığın içərisində idilər.

Bir nəfərin susmaması üç nəfəri xilas etdi. Düşünün ki, baş verən cinayət hadisəsini gördükdə sussanız, nəticədə məhv olan insan həyatlarının hekayəsini eşidəcək, oxuyacaqsınız...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir qızına görə boşanan xalq artisti
Xalq artisti Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə anadan olub. O, bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində kiçik tamaşalarda rol alıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Yaşının az olmasına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub.

Abdullayev əvvəlcə yardımçı aktyor kimi epizodik rollarda oynasa da, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunu canlandırıb.

O, 1938-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyinə görə fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçir. 1951-ci ildən isə Musiqili Komediya Teatrının truppasında işləməyə başlayır.

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmindəki Vəli rolu olub. O bu rola görə 1946-cı ildə Stalin mükafatına layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?”, “Ulduz”, “Qəribə əhvalat”kimi filmlərdə unudulmaz rolları canlandırıb.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabunçuda 15 yaşlı gənc dəm qazından zəhərlənib
Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 2006-cı il təvəllüdlü Zeynalzadə Mehdi Mehman oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət İmtahan Mərkəzi bu gün sınaq imtahanları keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün sınaq imtahanları keçirir.

"Zamantv.az" DİM-ə istinadən xəbər verir ki, imtahanlar saat 11-də başlayır.

Sınaq imtahanları Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar, Azərbaycan dili (dövlət dili kimi) fənni və III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün keçiriləcək. Eyni zamanda, coğrafiya fənni üzrə əlavə sınaq imtahanları təşkil olunacaq.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib. İmtahan müddəti 1 saat 30 dəqiqədir. Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq. İmtahanda abituriyentlərə 30 tapşırıq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

Coğrafiya fənni üzrə əlavə sınaq imtahanı III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçiriləcək. İmtahanın müddəti 1 saatdır. İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan ölüb
Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.

Zamantv.az Haber Global"a istinadən məlumatına görə, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏCİLİ! 7 kənd və BU ƏRAZİLƏR TƏLƏB EDİLİR: Bakıdan İrəvana SƏRT CAVAB – Moskva görüşündə…
Son günlər Ermənistanın baş naziri Nikol Vovayeviç Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunun Azərbaycanla razılaşdırılması ilə bağlı ilıq bəyanatlar verməyə başlayıb. Bundan başqa, Qazaxın 7 kəndinin tezliklə Azərbaycana qaytarılacağı ilə bağlı erməni mediasında informasiyalar tirajlanır. Özü də bütün bunlar ilin sonunda gerçəkləşməsi nəzərdə tutulan Əliyev-Putin-Paşinyan görüşü öncəsi baş verir.
TƏCİLİ! 7 kənd və BU ƏRAZİLƏR TƏLƏB EDİLİR: Bakıdan İrəvana SƏRT CAVAB – Moskva görüşündə…
Zamantv.az xəbər verir ki, Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində deyib ki, Azərbaycan və Ermənistanın nümayəndə heyətləri Moskvada bir araya gələ bilər:

– Qabil müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında dəmiryolu xəttindən sonra avtomobil yolunun çəkilişinin də Azərbaycan tərəfi ilə razılaşdırıldığını vurğuladı. Brüssel görüşü nələri dəyişdi? Doğrudanmı sülhə doğru sürətli yol gedirik?

– Mən düşünürəm ki, Brüssel görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın əl-qolu əməlli-başlı açılıb. Daxildə ona qarşı müqavimət göstərən, müxtəlif hədyanlar uyduran “Qarabağ klanı” da demək olar ki, əvvəlki şıltaqlıqlarını, qisasçılıq hissləri aşılanmış hərəkətlərini həyata keçirə bilmir. Son dövrlərdə artıq Ermənistanın baş naziri icazəsiz mitinqlər keçirən daşnaklara, “Qarabağ klanı”nın nümayəndələrinə – keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına və digər qruplaşmalarına demək olar ki, göz açdırmır. Deyə bilərəm ki, Paşinyan daxildə hakimiyyətə nəzarəti təmin edib və ölkədə bütün qurumlara, strukturlara göstəriş vermək, onun yerinə yetirilməsi, icrası ilə bağlı güclü səlahiyyətlər formalaşdıra bilib. İndi Ermənistan baş nazirinin qarşısında Azərbaycanla münasibətləri sürətli, daha tez şəkildə nizama salmaq məsələsi dayanır. Paşinyan həm də bununla dünyaya açılmaq haqda düşünür. Üstəlik, o, bu istiqamətdə öz siyasətini də həyata keçirməyə başlayır. Ermənilər indiyə qədər dəmir yolları və şose yolları, kommunikasiyaların açılması məsələsində çox çəkingən şəkildə “hə” deyirdilər. Onlar çox hiyləgər və uzağa gedən bir siyasət yürütməyə çalışırdılar. Amma Azərbaycan onların bütün hiyləgər metodlarını açıb ortaya qoydu. Azərbaycan Ermənistana və onun havadarlarına göstərdi ki, bu gün blokadanın aradan götürülməsi hər şeydən əvvəl İrəvana lazımdır. Ermənistan bu gün həm Azərbaycanla, həm də Türkiyə ilə müəyyən prinsipial məsələləri razılaşdırmalıdır. Yəni İrəvan yalnız bundan sonra hərəkətə keçə bilər.

– Sizcə, İrəvan Bakı və Ankaranın şərtləri ilə razılaşacaqmı?

– Məncə, bu razılaşma prosesi hazırda gedir. Brüsseldə bu işə nöqtə qoyuldu demək istəmirəm. Amma Brüssel görüşündən sonra bu işin gedişi Nikol Paşinyanın havadarlarına, birinci növbədə Fransaya da bəlli oldu. Yəqin ki, ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, Nikol Paşinyana müəyyən ev tapşırıqları da verildi. Bu ev tapşırıqları ona həmçinin Azərbaycan tərəfindən də təqdim olunub. Üstəlik, Rusiya da baxıb gördü ki, bu prosesdə ləngimə digərlərinin əlinə fürsət verə bilər. Ona görə də prosesləri həm Qərb, həm də Rusiya sürətləndirməyə başlayıb. Mən dəhlizdən keçən dəmir yolları və şose yolunun açılmasında hər hansı müqavimətin olacağını zənn etmirəm. Bunlar həyata keçiriləcək.

– Bəs şose və dəmir yolunun reallaşması nə qədər vaxt ala bilər?

– Fikrimcə, vaxt məsələsi ilə bağlı müəyyən nigaranlıqlar ola bilər. Məsələn, Azərbaycan uzağı, gələn ilin ortalarına kimi Zəngilanın Ağbənd bölgəsindən Ermənistanın sərhədlərinə qədər olan dəmir yolu xəttini tikib başa çatdıracaq. İndi Ermənistanda mürəkkəb bir struktur təklif olunur. Nikol Paşinyan qeyd edir ki, Arazdəyəndən Culfaya, oradan da Ağbəndə qədər dəmir yolunu çəkməliyəm. İrəvan bu xəttin çəkilişi üçün 3 il müddət qoyur. Üstəlik, bu xəttin çəkilişi üçün 200 milyon dollar vəsaitin lazım olacağını bildirir. Amma bizə Ermənistanın sonrakı taleyi lazım deyil. Bizə lazımdır ki, Azərbaycanla Naxçıvan arasındakı 42 kilometrlik hissədə dəmir yolu xəttinin bünövrəsi qoyulsun. Yəni bu xətt sürətlə çəkilsin. Zəngilandan Ağbəndə qədər olan məsafə də təxminən 50 kilometrə qədərdir. Əgər Azərbaycan bu işi 6-7 aya qədər çəkməyi öz öhdəsinə götürürsə, ermənilər də xəttin çəkilişinə bu bölgədən başlamalıdırlar. Heç bir strateji əhəmiyyəti olmayan Arazdəyəni hədəf kimi göstərmək, oradan yol çəkmək işləri xeyli ləngidə bilər. Fikrimcə, sovet dövründə çəkilmiş Zəngəzur dəhlizi yenidən inşa ediləcək. Ermənistanı buna məcbur etmək mümkün olacaq.

– Ermənistan bu xətləri hansı pulla çəkəcək?

– Onlar yenə də maliyyə məsələlərində ağlayıb-sıtqayırlar. Ermənistana Avropa Birliyi tərəfindən 2,6 milyard avro vəsait ayrılıb. Həmin pulun birinci hissəsi bu yaxınlarda Ermənistana daxil olacaq. Həmin pulu hissə-hissə verəcəklər. Zəhmət çəkib həmin puldan xərcləsinlər. Çünki çəkilən dəmir yolu və şose yoldan xeyir götürəcəklər. Üstəlik, dünyaya açılacaqlar. Rusiyaya gediş-gəliş onlar üçün rahatlaşacaq. Mən belə görürəm ki, bu, Rusiyanın da, Ermənistanın da xeyrinə olduğu üçün onlar da artıq tələsməyə başlayıblar.

– Biz Paşinyanın “sürətlə sülhə getmə vədləri”nə aldana bilərikmi? Ermənilərlə bağlı keçmişdə olanları unutmalıyıqmı?

– Keçmişi unutmaq çox çətindir. Çünki keçmiş dünən olmuş hadisələrdən ibarət deyil. Ermənilər bu ərazilərə köçürüləndən azərbaycanlılara zülm ediblər. Partlayışlar törədiblər, soydaşlarımıza qarşı departasiya həyata keçiriblər. Hətta böyük qarşıdurmalara yol açıblar. Ona görə də xalqların bir-biri ilə dinc, yanaşı yaşaması həyata keçirilə bilər, amma bir-biri ilə barışması, əvvəlki illərdə olduğu kimi genişmiqyaslı əlaqələr qurması prosesi demək olar ki, on illər boyu davam edə bilər. Biz bu məsələdə qətiyyən aldana, aldadıla bilmərik. Çünki hər şey göz önündədir. Hər şey açıq şəkildə ortadadır. Sərhədlərin müəyyənləşdirilib təsdiq edilməsi yolunda müəyyən mübahisələr, fikir ayrılıqları sözsüz ki, olacaq. Məncə, bütün bu kimi problemləri yoluna qoymaq mümkündür.

– Kremlə dair media dairələrinin yaydığı məlumata görə, ilin sonuna qədər Əliyev-Putin-Paşinyan görüşü baş tutacaq. Belə bir görüş baş tutarsa, yekun sülh imzalanacaq, ya hansısa məqama nöqtə qoyulacaq?

– Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Moskvada çoxtərkibli görüşü planlaşdırıla bilər. Mən belə düşünürəm. Bu görüşdə müdafiə və xarici işlər nazirləri iştirak etməklə həm də böyük sülh sazişinin razılaşdırılması ilə bağlı mütəxəssislər də prosesə daxil olacaq. Dəmir yolu ilə bağlı mütəxəssislər, sərhəd məsələləri ilə bağlı topoqraflar və sair bu qəbildən olan adamlar iştirak edəcək. Mən ilin sonunda Moskvada böyük sülh müqaviləsinin imzalanmasını güman etmirəm. Düşünürəm ki, bu, yaxın müddətdə baş verməyəcək. Hələ ki, həmin görüşdə qəti surətdə kommunikasiyaların açılması şərti qoyulacaq. Eyni zamanda müddət tələb ediləcək. Sərhədlərin müəyyənləşdirilməsi – delimitasiya ilə bağlı işçi qrupun tərkibi hər iki tərəfdən razılaşdırılacaq. Onun mexanizmi üzərində fikir mübadiləsi aparılacaq. Yəni hansı xəritələrdən istifadə edilməsi, xəritələrə baxış keçirilməsi, xəritələrdəki xətlərin torpaq üzərinə köçürülməsi məsələsi müzakirə olunacaq. Sərhədlərin delimitasiyası olmadan sülhyaratma prosesini hərəkət etdirmək mümkün deyil. Zənnimcə, Azərbaycanın təkidi ilə bu məsələdə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması barədə məsələ gündəliyə çıxarıla bilər. Ola bilər ki, həmin görüşdə bu məsələ də öz həllini tapmış olsun. Doğrudur, Rusiya bu məsələdə bir qədər çəkingən və Ermənistan yönümlü siyasət yürüdür, amma hər halda Azərbaycanın da mövqeləri güclüdür. Ortada Türkiyə amili də var. Düşünürəm ki, böyük sülh müqaviləsinin bağlanması ilə əlaqədar işlərə təkan vermək üçün mütləq sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prinsipial razılaşma əldə edilməli və ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyü tanınmalıdır. Əgər Moskva görüşündə bu baş versə, o zaman Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesində ciddi əngəllərin ola biləcəyini zənn etmirəm.
Qabil müəllim, Xankəndinin deputatı Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov yeniyetmələr üçün keçirilən “Avroviziya” müsabiqəsinin qalibi olan erməni təmsilçi Malenanı ermənicə təbrik edib. Üstəlik, Azərbaycan təmsilçisi də bu addımı atıb. Necə düşünürsünüz, bu cür təbriklər təqdir, ya tənqid olunmalıdır?

-Yox, bu cür addımlar qətiyyən tənqid oluna bilməz. Bu cür addımlar normal şəkildə qarşılanmalıdır. Biz sivilizasiyalı, mədəni bir xalq olduğumuzu həm bütün dünyaya, həm də ermənilərə sübut etməliyik. Çünki bu kimi məsələlərdə bəzən ermənilərin “ötürməsi” ilə bizə kinayə ilə yanaşanlar var. Biz bu cür addımları atmaqla zənnimcə, alicənablığımızı, multikultural kimliyimizi və sözün əsl mənasında Azərbaycan cəmiyyətində sivilizasiyalı davranış tərzinin hökmran olduğunu sübut etdik. Bu cür, sırf təbliğat xarakteri daşıyan və xalqımızın imicinə xidmət edən belə addımların atılmasından qətiyyən çəkinmək lazım deyil.

– Ermənistanın “Hraparak” nəşri yazır ki, Qazaxın erməni işğalı altındakı 7 kəndindən keçən Ermənistanla Rusiyanı birləşdirən əsas yola alternativ yol çəkilir. İrəvan isə bunu nə təsdiq, nə də təkzib edib. Sizcə, bu, Qazaxın işğal altındakı kəndlərinin qaytarılması istiqamətində hazırlıq işləri ola bilərmi?

– Mən güman edirəm ki, bu, məhz belədir. Çünki əks halda bütün məsələlərin gedişində Qazaxın işğal altındakı 7 kəndinin, üstəlik, 3 min kvadratkilometrlik torpaq və örüş sahələrinin 1984-cü ildə Kremlin göstərişi ilə Azərbaycandan alınıb Ermənistana verilməsi düyün nöqtəsinə çevriləcək. Həmin 3 min kvadratkilometrlik ərazilərin də taleyi həll oluna bilər, amma 7 kəndin geriyə qaytarılmasına mənim zərrə qədər də şübhəm yoxdur. Biz həmin kəndləri qaytarmaq üçün sülh müstəvisində sona qədər mübarizə aparacağıq. Bu baş verməsə, hadisələrin gedişi bütün məsələləri “tormozlaya” bilər. Beləliklə, Azərbaycan yenidən anti-terror hərəkətlərinə ehtiyac duyar və ya itirilmiş ərazilərin qaytarılması uğrunda hərbi yol seçməyə də üstünlük verə bilər, bunun isə Ermənistan üçün nə ilə nəticələnəcəyini düşünmək o qədər də çətin deyil.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada ikimərtəbəli ev yanıb
Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO