Ermənistan parlamentində Serj Sarkisyana qarşı məşəl şousu
Video
10:3812.04.2018487
Ermənistan parlamentinin iclasının gedişində müxalifətçi “Yelk” fraksiyasının nümayəndələri Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı məşəl şousu təşkil ediblər.
“Biz hamını aprelin 13-də Azadlıq meydanına toplaşmağa və Serj Sarkisyanın baş nazir təyin edilməsinin qarşısını almağa, Respublika partiyasının hakimiyyətinə son qoymağa çağırırıq”, - fraksiyanın üzvü Ararat Mirzoyan deyib.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki. daha sonra deputat hamını “azadlıq məşəli” yandırmağa səsləyib və əlindəki tüstü məşəlini yandırıb.