Azərbaycanda siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələblər açıqlanıb

12:04 6.04.2018 581
Azərbaycanda siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələblər açıqlanıb
Nazirlər Kabineti “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”i təsdiq edib.



APA-nın məlumatına görə, bu Tələblər mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə şamil edilir.



Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin fəaliyyətini təmin edən, layihələndirilməsini, tikintisini, yenidən qurulmasını və bərpasını həyata keçirən müəssisə, idarə və təşkilatlar bu Tələblərə riayət etməlidirlər.



Tütün çəkmək üçün xüsusi ayrılmış qapalı yerlər yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər tutulur) və aşağıdakı tələblərə cavab verməlidir:



- xüsusi qapalı yerlər bina daxilində insanların ümumi gediş-gəliş yerlərindən, kütləvi toplanma, istirahət və gözləmə sahələrindən kənarda yerləşdirilməlidir;

- xüsusi qapalı yerlər bütün tütün çəkilməyən yerlərdən tam təcrid edilməli, girişi və çıxışı bir qapıdan ibarət olmalıdır;

- xüsusi qapalı yerlərin tikintisində və quraşdırılmasında istifadə olunan materiallar yanğınadavamlı, içəridən və bayırdan üst səthləri asan yuyulan və təmizlənən, yuyucu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır;

- xüsusi qapalı yerlər özü açılan və bağlanan avtomatik və ya özü bağlanan qapılarla təchiz olunmalıdır;

- xüsusi qapalı yerlərin daxilində görünən yerlərdə tütün əleyhinə, tütün çəkmənin zərərlərinə dair çap və digər maarifləndirici materiallar yerləşdirilməlidir;

- xüsusi qapalı yerlərin girişində “Tütün çəkmək üçün xüsusi ayrılmış yer” və “Tütün çəkmək səhhətiniz üçün zərərlidir” və “18 yaşadək şəxslərin girişi qadağandır” yazılarının, yaxud işarələrinin olması təmin edilməlidir;

- xüsusi qapalı yerlərdə təhlükəsizlik tələbləri təmin edilməli və yanğınsöndürmə qurğuları quraşdırılmalıdır;

- xüsusi qapalı yerlərdə siqaret kötükləri və ya onun hər hansı bir hissəsi, eləcə də digər tütün məmulatları tullantılarının toplanması məqsədi ilə metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir;

- xüsusi qapalı yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir;

- tütün məmulatları üçün nəzərdə tutulmuş külqabılar və bu məqsədlə istifadə edilə biləcək digər tullantı qabları mütəmadi olaraq qapalı tutumlara boşaldılaraq, tütünçəkmə qadağan edilən yerlərdən, sahələrdən kənarlaşdırılmaqla, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə atılmalıdır.



Xüsusi ayrılmış qapalı yerlər havalandırma sistemi ilə təchiz edilməlidir. Havalandırma sistemi aşağıdakı tələblərə uyğun olmalıdır:



- xüsusi qapalı yerlər tütün çəkmək qadağan olunan yerlərə nisbətən mənfi hava təzyiqi altında saxlanılmalıdır. Mənfi hava təzyiqi yaratmaq üçün mexaniki sistem bütün iş saatlarında işləməlidir;

- xüsusi qapalı yerlərdən mexaniki havalandırma sistemi ilə xaric olan hava tütün çəkilməyən digər sahələrin havalandırma və kondisioner sistemlərinin havası ilə qarışmamalıdır;

- mexaniki havalandırma sistemi xüsusi qapalı yerin havasının bir saat ərzində azı 10 dəfə dəyişməsini təmin etməlidir;

- mexaniki sistem vasitəsilə xüsusi qapalı yerlərdən çıxarılan hava binanın girişindən və ya çıxışından, pəncərələrdən, havalandırma sistemlərinə təmiz hava daxil olan yerlərdən, tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı tələblərinə uyğun olaraq damörtüyü səviyyəsinə qədər uzaqlaşdırılmalıdır.



Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlər yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər hesab edilir) və aşağıdakı tələblərə cavab verməlidir:



- xüsusi açıq yerlər binaların giriş və çıxışlarından, ümumi gediş-gəliş yerlərindən kənarda yerləşdirilməlidir;

- xüsusi açıq yerlərdə “tütün çəkmək üçün xüsusi ayrılmış yer” yazısının olması təmin edilməlidir.

- xüsusi açıq yerlər ərazisində siqaret kötükləri və ya onun hər-hansı bir hissəsi, eləcə də digər tütün məmulatlarının tullantıları üçün metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir;

- siqaret kötüklərini və ya onun hər-hansı bir hissəsini, eləcə də digər tütün məmulatlarının tullantılarını nəzərdə tutulmuş yerdən kənara atmaq qadağandır;

- xüsusi açıq yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO