“Hər 4 nəfərdən birinin kredit borcu var” – Deputatdan çağırış

16:01 31.03.2018 578
“Hər 4 nəfərdən birinin kredit borcu var” – Deputatdan çağırış“2015-ci ilin iki şok devalvasiyasından sonra Azərbaycan iqtisadiyyatının üzləşdiyi əsas problem və çətinliklər bank sektorunda olub və həmin çətinliklər bu il də davam edir
Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu lazımı səviyyədə inkişaf etdirmək çətin olacaq. Problemli kreditlər, xüsusən də xarici valyutada olan kreditlər problemini etibarlı şəkildə həll etmədən bank sisteminin də etibarlı şəkildə sağlamlaşdırılmasından danışmaq olmaz”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub və bu da təhlükəli həddən xeyli aşağı idi.

“İndi problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir. Vəziyyətin yaxşılaşdırılması istiqamətində sanballı addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ciddiləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Məhkəmə işlərinin xeyli hissəsi kreditlərlə bağlı olub və onların normal fəaliyyətə mane olur. Bu əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.

Oxumağa dəyər: "Makronun açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır"
Əli Məsimli deyir ki, 2 il əvvəl deputat həmkarı Vahid Əhmədovla birlikdə problemli kreditlər məsələsinin optimal həllinin tapılması istiqamətində ölkənin tanınmış mütəxssislərinin də fikirlrini almaqla təkliflər hazırlayıb aidiyyatı orqanlara göndəriblər.

“Həmin təkliflər paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur. Mərkəzi Bank ilk mərhələdə buna razı olsa da, digər aidiyyəti hökumət strukturları razı olmadı. Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər…

Həmin təkliflərin mahiyyəti bundan ibarıtdir ki, devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. Bu məsələdə bizim mövqeyimiz hökumətə də, ictimaiyyətə də məlumdur: dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Eyni zamanda araşdırma aparılsın, həqiqətən borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.

Oxumağa dəyər: Suriyada "Zeytun budağı" əməliyyatı çərçivəsində 3820 terrorçu zərərsizləşdirilib
Deputat deyir ki, bunları nəzərə alaraq martın 6-da Milli Məclisin iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” çox zəruri bir qanun layihəsinə görə prezidentə təşəkkür ediblər və xarici valyutada olan kredit borclarının tənzimlənməsi haqqında da qərarın verilməsi xahişi ilə müraciət ünvanlayıblar:

“Martın 16-da isə Milli Məclisin yaz sessiyasının növbəti iclasında “Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı Maliyyə Sabitliyi Şurasına, Mərkəzi Banka, Maliyyə Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdik ki, problemli kreditlərlə bağlı təkliflərə həsas yanaşsınlar və problemin həllinin sürətləndirilməsinə təsir etsinlər. Bu problem nə qədər tez həl olunsa, iqtisadiyyatımıza, banklara və əhaliyə də bir o qədər yaxşıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO