Güclü külək Goranboyda fəsadlar törədib. "Qafqazinfo"nun xəbərinə görə, təbiət hadisəsi zamanı rayonun Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yerləşən qəzalı vəziyyətdə olan 2 mərtəbəli binanın üzərinə iri gövdəli ağac düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, sakinlərdən birinə məxsus olan 2-ci mərtəbədəki mənzilin eyvanına ziyan dəyib. Bundan başqa elektrik, telefon xətləri sıradan çıxıb. Gecə saatlarında dahada güclənən külək nəhəng qovaq ağacını aşırıb, elektrik təsərrüfatına ziyan vurub.
Rayonun Boluslu və bir neçə kəndinə enerji verilişində fasilələr yaranıb. Goranboy-Naftalan yolunun rayonun Balakürd kəndindən keçən hissəsinə düşən ağac hissələri aidiyyatı qurumlar tərəfindən yoldan götürülüb.
Avtomobillərin hərəkətində hər hansı çətinlik yaşanmayıb.
Zamantv.az