Maska qıtlığı QƏSDƏN YARADILIR? - Möhtəkirlik...

11:12 8.06.2020 343
Maska qıtlığı QƏSDƏN YARADILIR? - Möhtəkirlik...
İstifadəsi bir sıra yerlərdə qanunla məcburi olduğu gündən tibbi maskalar apteklərdə yenidən qəhətə çəkilib. Artıq Bakıda apteklərin mütləq əksəriyyətində tibbi maska qıtlığı müşahidə olunur. Hətta bəzi apteklərdə maskalar müştərilərə məhdud sayda satılır. Sputnik Azərbaycan ölkəmizdə iki tibbi maska istehsal edən müəssisə fəaliyyət göstərdiyi halda apteklərdə maska çatışmazlığının səbəbini araşdırıb.

Sosial şəbəkələrdə tibbi maska qıtlığı ilə bağlı şikayət və narazılıqların əbəs yerə olmadığını bir neçə aptekdə müşahidə aparmaqla müəyyən etmək mümkün oldu. Paytaxtın Səbail rayonunda yerləşən apteklərin çoxunda tibbi maskanın günün ikinci yarısında satılacağını bildirdilər. "Bayıl" aptekin əczaçısı deyib ki, gətirilən maskalar səhər satılıb qurtarıb: "Tibbi maskadan istifadə məcburi olandan bütün apteklərə sayla verilir. Səhər 5 qutu tibbi maska vardı. Onlar da səhər tezdən satılıb qurtarıb. Əgər günorta malımız gəlsə, tibbi maska ala bilərsiniz. Depodan gəlməsə yox!".

Səbail rayonu, Bayıl qəsəbəsi, F.Qurbanov 3 ünvanında yerləşən aptekdən isə adambaşına 1 ədəd tibbi maska satıldığını bildirdilər: "Maskaya tələbat artıb. Ona görə də, hər müştəriyə bir ədəddən artıq tibbi maska verilmir. Günortadan sonra çox vaxt maska qurtarır".

Ulduz adlı əczaçı qeyd edib ki, indiyə qədər aptekdə günə üç qutu maska satıblar. Amma iki gündür 8-9 qutu maska günortaya qədər satılır. Depodan da artıq 10 qutudan artıq tibbi maska vermirlər.

Tibbi maska çatışmazlığı bəzi apteklərdə qiymət artımına da səbəb olub. Müşahidə apardığımız bəzi apteklərdə 20 qəpiklik maskaların 50 qəpiyə təklif olunduğunun şahidi olduq. Satıcılar bunun izahını verməsələr də, depolardan tibbi maskaları məhdud sayla aldıqlarını, bunun isə qiymətə təsir etdiyini söylədilər.

Azərbaycanda ilk tibbi maska istehsalı zavodunun, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsin dirktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bu halın apteklərin oyunu olduğunu bildirib: "Apteklər süni sabotaj yaradırlar. Maska çatışmazlığından söhbət gedə bilməz. Bizim müəssisəmizdə hazırda iki milyon maska var. Hardan oldu maska çatışmazlığı?"

Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov ölkəmizdə tibbi maska çatışmazlığının olmadığını bildirib. O, deyib ki, tibbi maskalar vahid qiymətə - 30 qəpiyə satılır. Lakin idxal olunan maskaların qiyməti fərqlidir. Onun sözlərinə görə, tələbat yüksəldiyi üçün xarici istehsalçılar qiyməti artırıb: "30 qəpikdən artıq yaranan fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Lakin maskalara görə cərimələrin olması kimlərdəsə möhtəkirlik etməyə səbəb ola bilər. Bununla bağlı həmin şəxslərə xəbərdarlıq edilir. Bizim iki maska istehsalı zavodumuz var. Onların ikisinin birlikdə istehsal gücü 500 mindir. Bəzi günlər 235 mindən 300 minə qədər satış olub. Gündəlik 500 min maska tələbatı ödəyir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO