DSMF-nin saxta pensiya siyahısı üzə çıxdı - İTTİHAM

15:12 15.05.2018 691
DSMF-nin saxta pensiya siyahısı üzə çıxdı - İTTİHAM
Bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilən Əjdər Cəbiyevlə yanaşı, adıçəkilən nazirliyin struktur bölməsində mühüm post tutan qardaşı Şahalı Cəbiyevdən də narazılıq var.

İmişli şəhəri, P. Həsənov küçəsi, 50 ünvanında pasport qeydiyyatında olan, amma Hövsan Südçülük Sovxozu deyilən ərazidə yaşayan Bəhruz Xosrov oğlu Əhmədov Azərbaycan prezidenti İlham Əliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, digər rəsmi şəxslərə və KİV-lərə müraciət edib.

Bəhruz Əhmədov müraciətində yazır ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Suraxanı rayon şöbəsində saxta yollarla xeyli adama penisya təyin edilib. Şikayətçi bu qanunsuzluqda Əjdər Cəbiyevin qardaşı Şahalı Cəbiyevi də ittiham edir.

B. Əhmədov bildirir ki, bir neçə ildir bu barədə faktlar təqdim etdiyi qurumlar heç bir tədbir görməyiblər:

“Mən bununla bağlı prokurorluqda və digər müvafiq qurumlarda olmuşam, saysız-hesabsız məktublar yazmışam. Faktlar açıq olsa da, cavabdehlər haqqında tədbir görülməyib”.

Şikayətçi iddia edir ki, bu saxtakarlıqlarda Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin Pensiya sektorunun müdiri Pərviz Rüstəmovun da rolu böyükdür.

Şikayətçi müraciətinə 13 nəfərin adını da əlavə edib. Onun iddiasına görə, həmin şəxslərə saxta yolla pensiya təyin olunub.

Reyting.az həmin siyahını təqdim edir:

1. E. S. Vahidova saxta sənədlərin tərtibi və rəsmi sənədlərə daxil edilməsi yolu ilə saxta əmək pensiyasına çıxarılıb. Belə ki, Vahidovaya «AZƏRALİMİNİUM» ASC-dən verilmiş 18 yanvar 2016-cı il tarixli 1976-1999-cu illərin iş stajına dair saxta arxiv arayışı əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Halbuki, o, heç vaxt «AZƏRALİMİNİUM» ASC-də işləməyib, lakin ona həmin təşkilatdan arayış verilib və DSMF Suraxanı rayon şöbəsi ilə əlbir şəkildə əmək pensiyası təyinatı aparılıb. Qeyd olunan əmək pensiyası təyinatı nəticəsində dövlətə məxsus külli miqdarda vəsait mənimsənilib.

2. Ə. Ə. Həsənov üçün Naxçıvan MR Sədərək rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsindən verilmiş 1989-1997-ci illərin iş stajına dair saxta arayış əsasında güzəştli şərtlərlə əmək pensiyası təyinatı aparılıb. Qeyd olunan arayış saxta yolla tərtib olunub və həmin şəxs heç vaxt orada işləməyib.

3. F. Ə. Məmmədovaya Bakı Dəmir Beton-2 zavodundan 1992-2002-ci illərin iş stajına dair saxta arayışa əsasən pensiya təyinatı aparılıb.

4. S. A. Soltanovaya Naxçıvan MR Həmkarlar İttifaqı Şurasının Sədərək rayon şöbəsində 1992-2004-cü illərdə işləməsi barədə qeydlərlə saxtalaşdırılmış əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

5. R. X. Fəhradov üçün Məişət Xidməti Kombinatından verilmiş 1974-2004-cü illərin iş stajına dair 11.12.2014-cü il tarixli saxta arayış əsasında güzəştli şərtlərlə əmək pensiyası təyinatı aparılıb. Qeyd olunan arayış saxta yolla tərtib olunub və həmin şəxs heç vaxt orada işləməyib.

6. Ş. K. Məmmədovaya Kəlbəcər 50 №-li Təsərrüfatlarası tikinti idarəsində və «Azəraqrartikinti» filialında xadimə işləməsinə dair saxta arayış əsasında pensiya təyinatı aparılıb.

7. M. M. Kərimovaya 1992-2003-cü illərin iş stajına dair 20 saylı Çörəkbişirmə müəssisəsinə aid saxta arayışı əsasında pensiya təyinatı aparılıb.

8. E. Q. Abbasov üçün 1996-2005-ci illərin iş stajına dair Azərbaycan Dövlət Konserninə aid saxta möhür olan əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

9. İ. S. Vəliliyə 1992-2002-ci illərin iş stajına dair Nəsimi rayonu Ticarət və İctimai İaşə İdarəsinə aid saxta möhür olan əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

10. İ. Q. Nurullayevaya 1992-1998-ci illərin iş stajına dair 15 №-li Körpələr Evi – Uşaq bağçasının saxtalaşdırılmış möhürü vurulmuş əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

11. G. Y. Camalovaya 1977-1988-ci illər üçün Ermənistan SSR Zəngəzur Mis Molibden Kombinatına aid saxta möhür olan və 1988-1998-ci illərin iş stajına dair 142 №-li Təmir Tikinti Trestinə aid saxta möhür olan əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

12. G. Ə. Gülməmmədovaya 1975-1992-ci illərin iş stajına dair Bakı Süd Kombinatına aid saxta möhür olan və 1993-1998-ci illərin iş stajına dair 20 saylı Çörəkbişirmə Müəssisəsinə aid saxta möhür olan əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

13. E. M. Əliyev üçün 1999-2006-cı illərin iş stajına dair «Hörmüz» firmasının möhürü vurulmuş saxta əmək kitabçası əsasında pensiya təyinatı aparılıb.

Şikayətçi daha sonra yazır ki, bundan əvvəl Məmmədov Mayıl Ənvər oğluna saxta pensiya təyin edilməsi barədə şikayət edib. Lakin bu fakt darənin əməkdaşı Mövlud Mirzəliyev tərəfindən düzgün araşdırılmayıb: “Bununla bağlı da dəfələrlə aidiyyatı qurumlara müraciət etdim, amma heç bir nəticə olmadı. Sanki kimlərsə bu qanunsuzluğu edənləri qoruyur”.

Qeyd edilən ittihamlarla bağlı DSMF-nin Suraxanı rayon şöbəsindən münasibət öyrənmək mümkün olmayıb. saytı onların da mövqeyinə yer ayırmağa hazırdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO