Sosial mənzillərin satışında vətəndaşlar aldadıldı: Layihə iflasa uğradı…

13:44 10.05.2018 536
Sosial mənzillərin satışında vətəndaşlar aldadıldı: Layihə iflasa uğradı…
Mənzil İnşaat Dövlət Agentliyinin sosial mənzillərin satışı ilə bağlı keçirdiyi hərracda yaşananlar Azərbaycanda güzəştli mənzil əldə etmək istəyən yüzlərlə vətəndaşın ümidlərini boşa çıxartdı. Səbəb isə elektron hökumət portalında yaranan problem və vətəndaşların bu sistemə çıxış imkanında məhrum olması olub. Prosesdə min nəfərdən çox vətəndaş zərər çəkib. Həmin vətəndaşlar bu gün adıçəkilən qurumun qarşısında toplaşaraq etirazlarını səsləndiriblər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 260 mənzilin satıldığı hərracda 1600 vətəndaşa mənzil əldə etdiyi ilə bağlı bildiriş göndərilib: “Onlayn qaydada şəffaf keçirilməsi nəzərdə tutulan, hər kəsin hüququnun identifikasiya koduna uyğun olaraq təmin olunmasına zəmanət verilən, eyni zamanda bir neçə dövlət qurumunun bir yerdə icra etdiyi layihə faktiki olaraq iflasa uğradı. 260 mənzilin hərraca çıxarılmasına baxmayaraq, bu mənzillər 1600 nəfərə yaxın insana satılıb. Faktiki olaraq, 1325 nəfər sistem tərəfindən mənzil alması ilə bağlı bildirişlə təmin olunub və bu insanlar iki gündür təsdiq etmək üçün gözləyirlər. Əslində bu proses, 24 saat müddətində, mayın 8-də axşam saat 12-ə qədər baş verməli idi. Ötən gün vətəndaşlar, o cümlədən mən özüm “ASAN Xidmət”də olmuşam. Bizə bildiriblər ki, sadəcə texniki problem səbəbindən bu məsələni bu gün həll edə bilmirik. Lakin ən qısa müddətdə təsdiq pəncərəsi açılacaq və siz bildirişlərinizi təsdiq edə biləcəksiniz.


İndi məlum olur ki, bizə bu açıqlama verilən zaman həmin 260 mənzil artıq satılıb və imzalarla təsdiqlənibmiş. Həmin mənzillər artıq qeydiyyata alınıb və onlara giriş mümkün deyil. Qalan 1325 nəfər və sistemin xətaları ucbatından bu prosesdən kənarda qalan 7 min nəfər insan da aldadılıb. Bu gün ortaya çıxan mənzərə onu göstərir ki, bildiriş alan insanlar və bir gün ərzində mənzil problemini həll etməsinə sevinənlər əslində boş bir xəyal qurublar. Mayın 8-də MİDA tərəfindən açıqlama verildi ki, bu 1325 nəfərə verilmiş bildirişlər düzgün deyil və bu insanların faktiki olaraq evi yoxdur. Problem budur və bu günə qədər MİDA-nın mövcud reputasiyasına, bu qurumun şəffaflığı və ədalətliliyi ilə bağlı düşüncələri məhv etdi. Artıq insanlarda bu sistemə inam qalmadı”.

R. Həsənovun sözlərinə görə, yaranmış vəziyyətdən dolayı bir sıra insanlar haqlı olaraq düşünür ki, 260 mənzilin satışı qeyri-şəffaf keçirilib və məhz bunun nəticəsində öz adamları üçün imza şəraiti yaradıblar: “ Digər insanlar üçün isə bu şərait yaradılmayıb. Mən bu düşüncəni dəstəkləmirəm və hesab edirəm ki, problem Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırladığı elektron hökumət platformasında baş verib. Bu qarışıqlığın içində kimlərinsə şansı gətirib. Belə bir qarışıq situasiya yaranıb. Bu problemin yeganə həli yolu qarşılıqlı kompromisdir. İnsanlar çox güman ki. 3-5 ay daha gec mənzil sahibi olmaq fikrini qəbul edərlər”.

İqtisadçı təklif etdi ki, mənzil alması ilə bağlı bildiriş verilən insanlar növbəti mənzil satışı zamanı hərraclarda iştirak etmədən layihənin digər hissələrindəki mənzillər onlara verilsin: “Orada hələ ki, satışa çıxarılmamış 1580 mənzil var. Bu isə 1325 nəfərin həmin mənzillərdə yerləşdirilməsinə imkan yaradır. Yerdə qalan 255 mənzil isə hərrac yolu ilə satıla bilər. Mənim təklifim bundan ibarətdir. Bundan əlavə, bu qədər zəhməti hədər edən qurum olaraq Rabitə Nazirliyi cəzalandırılmalıdır. MİDA-nın özü bu işdə xüsusilə aktiv olmalıdır və çalışmalıdır ki, öz reputasiyasını və etibarlılıq imicini konkret addımlarla əhaliyə sübut etsin. Əks halda bu mif artıq iflasa uğrayıb. Növbəti hərraclarda da insanların MİDA tərəfindən həyata keçirilən satışlara inamı olmayacaq. İlkin nəticələrdən məlum oldu ki, bu sistemdə ciddi nöqsanlar var. Əslində isə hər bir işin ilki daha keyfiyyətli olmalı idi. İlk əməliyyatda bu qədər problem ortaya çıxdısa, növbəti satışlara inam azalacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO