Araz Əlizadə: “Şükürlər olsun ki, bunun üçün zəruri olan güclü ordumuz var”ABŞ-ın Suriyaya zərbələr endirəcəyi ilə bağlı bəyanatının ardınca, Rusiyanın da bu müharibəyə cəlb edilə biləcəyi, nəticədə Azərbaycana Qarabağda anti-terror əməliyyatları reallaşdırmaq üçün fürsət yaranacağı ilə bağlı ehtimallar səslənməkdədir.
Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə Azərbaycanın Qarabağın azadlığı üçün hərbi əməliyyatlara başlamasında heç bir problem görmədiyini vurğuladı:
“Biz heç kimdən heç nə gözləməməliyik. Allaha şükürlər olsun ki, güclü ordumuz var. Biz bu il Qarabağı azad etməliyik. Heç bir dövlətin ixtiyarı yoxdur ki, buna müdaxilə edə. O ki qaldı Suriyaya, nə ABŞ Suriyanı vuracaq, nə də Rusiya ABŞ-ı”.
Zamantv.az