Deyəsən mal-qara örüşdən qayıdır?

14:09 27.03.2018 683
Deyəsən mal-qara örüşdən qayıdır?


Təxminən iki il bir neçə ay bundan öncə “Evcik-evcik oyunu” başlıqlı bir yazı yazmışdım. Həmin yazıda şəhərdən Biləcəri qəsəbəsinə gedən yolun sağ və sol hissələrində yaradılan təpəciklərdən bəhs olunurdu. O vaxt “Allah-Təala bu işi görən, yaxud da gördürən hər kəsin atasına min rəhmət eləsin!” deyə qeydlər yazmışdım. Çünki, mən həmin təpəciklərə baxaraq sanki uşaqlıq illərimin xatirələrini yada salırdım. Belə ki, uşaqlıq illərində həmyaşıdlarımla birlikdə gah bizim divarın dibində, gah da onların divarlarının dibində torpağı bir yerə toparlayıb təpəciklər düzəldirdik və həmin təpəcikləri mövsümə uyğun müxtəlif gül-çiçəklərlə, yarpaqlarla bəzəyirdik. Sonra da əl işlərimizə baxıb öz-özlüyümüzdə xüsusi zövq alırdıq. Küçəmizdən keçən hər kəsi, ələxüsus böyüklərin deyəcəkləri xoş sözləri eşitməyi də gözləyirdik. Çox vaxt böyüklər bizə toz-torpaqla oynamamağı məsləhət bilirdilər, bəzən elə hallar da olurdu ki, onlar bizə irad da tuturdular. Valideyinlərimiz də bu cür addımlarımıza görə çox vaxt bizi danlayırdılar. Ancaq biz bu cür işlərdən heç cür əl çəkmirdik. Sanki atdığımız addımlarla sevinir, bir az da böyüyürdük. Biləcəri yolunun kənarındakı mənzərənin varlığı bir anlığa olsa belə məni keçmişimə qaytardı, böyüklərimizin iradlarını həmin yazım qeyd də etmişdim. Ötən günlərin birində sərnişindaşınma ilə məşğul olan avtobusun salonunda yaradılmış təpəciklərlə bağlı iradımı bildirərkən, iqtisadiyyatı az-çox bilən bir şəxs ayağa qalxıb qəflətən dilləndi və “bura xərclənən pullar hesabına, təkcə təqaüdçülərin pensiyalarına bir il ərzində yüz manat pul əlavə etmək olar” dedi. Həmin təpəciklərə xərclənən vəsaitlər hesabına kimin nə qədər “haqq-hesab”ı ələ keçirməsi mənim üçün o qədər də önəm daşımırdı. Sadəcə olaraq uşaqlıq illərində bizim ərsəyə gətirdiyimiz təpəciklərin axşamüstü mal-qara örüşdən qayıdana kimi qalması idi. İndi də yol genişlənməsi ilə əlaqədar külli miqdarda vəsaitlər hesabına ərsəyə gətirilmiş təpəciklərin bu gün yox edilməkdədir. “Rahat Market”in qarşısındakı mənzərə məni uşaqlıq illərimə qaytarır. Yəni, bizim “Evcik-evcik oyunu” zamanı ərsəyə gətirdiyimiz təpəciklərin axşamüstü mal-qara örüşdən qayıdana kimi qalması idi. Bu cür mənzərəni gördükdən sonra, özümdən asılı olmayaraq “deyəsən mal-qara örüşdən qayıdır” deyirəm. Deyəsən o biri təpəciklərin yox edilməsi də gündəmə gəlməkdədir. Eşitdiyim bəzi məlumatlara görə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı ərazisindəki çökməni, bəzi ekspertlər həmin təpəciklərin suvarlması səbəbindən əmələ gəldiyini iddia edirlər. İndi isə mal-qaranın örüşdən tam qayıtmasını gözləyirəm. Görəsən bu təpəcikləri yaradanlar, bunlara çəkilən xərclərin hesabını verəcəklərmi? Yoxsa...

Rasafil Bayramov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO