Sahil Babayevin çətiri altında özbaşınalıq - İTTİHAM

10:41 12.10.2020 366
Sahil Babayevin çətiri altında özbaşınalıq - İTTİHAM
Çox da uzaq olmayan tarixçədir: Səlim Müslümov hələ Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləməzdən qabaq bir müddət məhbəs həyatı yaşayıb. Sabiq nazirin mənfi və müsbət cəhətlərini sadalayan mənbələr insafən öz məhbəs yoldaşlarına münasibətdə sədaqətli, qayğıkeş olduğunu vurğulayıblar. Bu xüsusiyyətinin bir təzahürü də Hüseynağa Nuriyev adlı bir dustağa münasibətində özünü göstərib. Hüseynağa Nuriyev həbsdən çıxandan sonra artıq nazir olan Səlim Müslümov onun kimsəsizliyini bildiyindən, Gəncə şəhərində Pensiyaçılara ərazi sosial xidmət mərkəzinə yerləşdirilməsini təmin edib. Nuriyev həmin müəssisədə haqsızlıqlara etiraz etdiyinə görə, müəssisə rəhbərliyi onu Buzovna qəsəbəsindəki 9 nömrəli ruhi-əsəb əlilləri üçün internat evinə köçürtdürüb. Müslümov ondan xəbərsiz həyata keçirilən bu köçürmədən xəbər tutandan sonra, həm də şəxsən yaxşı tanıdığı Nuriyevin əqlində əsla qüsur olmadığını bildiyindən, yenə onun taleyinə biganə qalmayıb. Bu dəfə onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatına yerləşdirib. Sonra isə...
Sonrası məlumdur. S.Müslümov da nazir vəzifəsindən gedib, pansionatın rəhbərliyi də dəyişib. Nuriyev kimi haqsevər, hüquqlarını bilən, ədalətsizliyə qarşı etiraz səsini ucaldan pansion sakinləri müdafiəsiz qalıb.
Müəssisənin yeni direktoru Samirə Mehdiyevanın yarıtmaz idarəçiliyi ucbatından pansionat sakinlərinin çəkdikləri zülm artıq necə deyərlər, ərşə dirənib. Belə getsə, qocalar arasında intiharlar kütləvi hal alacaq.
Əldə etdiyimiz səhih məlumatlara görə, Samirə Mehdiyeva bu xoşagəlməz tendensiyanın özü üçün gözlənilən mənfi nəticələrindən sığortalanmaq üçün uzaqgörən tədbirə əl atıb. Bildirilir ki, direktor dözülməz şəraitə etiraz səsini ucaldan, bezginlikdən intihar etmək potensialı daşıyan sakinləri dəlixanaya göndərməyə qərar verib. Bu barədə redaksiyamızı məlumatlandıran etibarlı mənbə bildirir ki, bu yaxında pansionatın Hüseynağa Nuriyev adlı sakini de-fakto aclıq instinktinin təsiri altında xörək menyusundakı naqisliyə haqlı etirazını bildirdiyi üçün müəssisə rəhbərliyi tərəfindən “acılanıb” və həqarətə dözməyib özünə bıçaqla xəsarət yetirib. S.Mehdiyeva vəziyyəti “adekvat” qiymətləndirərək, tələm-tələsik tədbir görüb, Nuriyevi Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərib. Məlumatın izi ilə araşdırma apararaq, sözügedən tibb müəssisəsində H.Nuriyevi müayinə etmiş həkimi telefonla arayıb pasientin səhhət durumu ilə maraqlandıq. Həkim bizə pasientin psixi və ruhi vəziyyətində normadan kənar heç nə müşahidə edilmədiyini, Nuriyevin xəstəxanaya nəyə görə göndərildiyini başa düşmədiyini dedi.
Öyrənmişik ki, bir vaxtlar S.Mehdiyevanın müdafiəsinə qalxaraq haqlı tənqidimizə görə redaksiyaya zəng vuraraq bizi qınayan Mahir adlı yaşlı sakin də indi direktorun sərt üzünü görüb. Müəssisə rəhbəri Mahir kişini də hədələyib: “elə eləmə, səni də dəlixanaya saldırım”. Bu isə o deməkdir ki, S.Mehdiyevanın daimi dostu yoxdur, daimi maraqları var.
Aldığımız məlumata görə, S.Mehdiyeva direktor vəzifəsində başlayandan ötən az müddət ərzində 20 nəfərə yaxın adamı qeyri-leqal formada işə cəlb edib, sonda da məvaciblərini verməyərək işdən qovub. Samirənin vədinə inanaraq SOCAR-ın uşaq bağçasındakı işini buraxan gəncəli Nazlı xanımın aqibəti lap pis olub: onun da işə qəbulu sənədləşdirilmədən qovulub. Maraqlıdır, görəsən, pandemiyanın birinci dalğasının pik vaxtında, qocaların pansionatdan bir addım kənara atmaması üçün darvazanı bərk bağlatdıran direktor bu qədər virus daşıyıcısı olmaq ehtimalı olan kənar şəxsi heç bir tibbi müayinədən keçirmədən müəssisəyə buraxarkən nə düşünürmüş? Hərçənd, yanına gətirdikləri arasında direktorun korruptiv tələblərini qeyd-şərtsiz yerinə yetirdiklərinə görə özlərinə möhkəm yer eləyənlər də vardır. Məsələn, əmrsiz-sənədsiz anbardar vəzifəsini qanunsuz icra edən Nurlana adlı qadına o qədər “külli-ixtiyar” verilib ki, kənardan baxanda pansionatın bir deyil, iki direktoru olduğu təsəvvürü yaranır.
Direktorun “etibarlı” kadrlarından biri də bardan gətirib pansionata aşpaz vəzifəsində qeyri-leqal işlətdiyi Rəna adlı qadındır. Direktor ona pansionatın ikinci mərtəbəsində komfortlu otaq verib. Həmin otağın əvvəlki sakini olan ahıl adamı zorla çıxarıb. Rəna da əsla borclu qalmır. Bildirilir ki, Rəna hər gün eyni vaxtda macal tapıb həm direktora çatası, həm də özü üçün nəzərdə tutduğu ərzaq payını sonradan aradan çıxarmaq üçün mühafizəçi polisin yanına qoyurmuş. Qonşu yardımçı binada məskun olan, gözüaçıqlığı, diribaşlığı ilə seçilən Qabil Quliyev onun daim təkrarlanan bu hərəkətini müşahidə edərək video-qeydə alıb və direktor-aşpaz cütlüyünü şantaj eləməyə çalışıb. Qovğaları hələ də davam edir.
Bütün bunlar və daha əvvəl bu mövzuda yazdıqlarımız belə qənaətə gəlməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev sadəlövhcəsinə Vüqar Behbudovun təqdimatına inanaraq Samirə Mehdiyevanın şəxsində idarəçiliyə yarımayan, vəzifə funksiyasının nədən ibarət olduğunu bilməyən, olduqca həssas bir kontingentlə işlədiyinin fərqinə varmayan, qoca, atılmış adamlarən psoxologiyasına bələd olmayan, yalnız şəxsi maraqlarını güdən daşürək birini rəhbər vəzifəyə təyin edib.


P.S. Yazı hazırlanarkın, Hüseynağa Nuriyevin qohumlarından biri redaksiyaya zəng vuraraq bildirdi ki, onlar 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedərək, onunla görüşmək istəyiblər. Onları koronovirus bəhanəsi ilə görüşdürməyiblər. Naəlac qalıb özləri ilə gətirdikləri ərzaq sovqatını, ismarıclarını və mobil telefon nömrəsi yazılmış məktubu Nuriyevə çatdırılmasını xahiş ediblər. Qayıdandan sonra xəstəxananın müvafiq şöbəsinin müdiri Leyla xanımla telefonla əlaqə saxlayıb Nuriyevin vəziyyətini, sovqat və ismarıclarının ona çatıb-çatmadığını soruşublar. Şöbə müdiri ərzaq bağlamasının çatdırıldığını təsdiqləsə də, telefon nömrəsinin Hüseynağa kişiyə verilməsinin məqsədəuyğun sayılmadığını deyib: “O neyləyəcəkdi ki, nömrəni? Ona telefon verilmir axı... Ona bir aylıq müalicə kursu yazılıb. Vaxtın yarısı gedib. İki həftə sonra çıxar, qayıdar pansionata, orda görüşərsizsə, danışarsız...”

Qohumunun sözlərinə görə, Leyla həkim H.Nuriyevin telefonla danışmasına imkan verilməməsinin səbəbini onun guya aqressiv olması, gah rüşvət təklif etməsi, gah Ombudsmanla görüş tələb etməsi, hələ də özünü öldürəcəyini deməsi ilə əlaqələndirib. Çox qəribədir ki, Leyla həkim Nuriyevin qohumu ilə söhbət əsnasında bir neçə dəfə ona Samirə Mehdiyeva ilə danışmağın vacibliyini, hətta ismarıcda yazılmış telefon nömrəsini də pansionatın direktoruna verdiyini deyib. Bir sözlə, sətiraltı da olsa sezdirib ki, baş verənlər məhz Samirənin sifarişi əsasında həyata keçirilir.

P.S.S. Müşahidələrimizdən çıxan nəticə budur: Təkcə dəlilər deyil, elə haqqı tapdalanan ağıllılar da Hüseynağa kişinin düşdüyü vəziyyətdə olsalar, onun elədiyi hərəkətləri eləyərlər. Azadlığa can atmaq insanın halal haqqıdır. Bəyəm rüşvət təklif etmək, Ombudsmanla görüş tələb etmək, tələbinin yerinə yetirilməyəcəyi təqdirdə intihar edəcəyini bəyan etmək üçün məhz dəli oilmaq lazımdır? Aydın məsələdir, ona heç kimlə görüşməyə, danışmağa imkan verilməyəcək. İntihar etməsinə mane olmaq üçün əl-qolunu sarıya, iynə vurub passiv vəziyyətə də gətirə, həqiqətən dəli eləyə bilərlər. Vaxt gözləmir, ona görə də hüquq-mühafizə orqanları bu məsələyə təcili müdaxilə etməlidirlər.
Nyus.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO