Impera
XƏBƏR LENTİ
16:17Rafael Ağayev: "Elə gün olub ki, bizim evdə çörək olmayıb. Quru çörəyi suya batırıb, yemişik"16:15“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert16:13“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat16:10Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”16:07Krımdan Qarabağa muzdlu döyüşçülər gəldi - FOTO16:03Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi16:01Azərbaycan Ordusu Laçına yaxınlaşır15:58Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir - Belə deyirlər...15:56"Türkiyə Fransaya aldığından daha çox mal satır" - ekspert15:55Samir Şərifovun adından yayılan məktub Ermənistanın növbəti təxribatıdır - Nazirlik15:53Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər - SƏNƏD15:51Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY15:50Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi15:48Vətən Müharibəsi: Əsrə bərabər ay - TƏHLİL15:45Müdafiə Nazirliyi daha bir məlumat yaydı15:42Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir14:59"Erməni qadınlar ərlərini döyüşə getməyə razı salmaq üçün...”12:56Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender12:55Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir12:53Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinatlar12:51İşğaldan azad edilən Qubadlı şəhəri - VİDEO12:45Sahibə Qafarovaya ağır itki22:30Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO22:25İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur22:16Azərbaycana dəstək verdiyi üçün həbs edildi22:13Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - VİDEO22:12Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır21:51Erməni əsgərlər arasında mübahisə düşdü — Mövqeləri tərk etdilər (VİDEO)21:49Son dəqiqə! Azərbaycan tərəfi əsir və girovlarla bağlı məlumat yaydı13:10Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya13:04Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI13:00Rəsmi Moskvadan Türkiyəyə çağırış12:58İgid əsgərlərimiz Laçının Səfiyan kəndindədir12:57Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirilir13:30Erməni saytlarında "Qarabağ Azərbaycandır!" şüarı12:47Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir12:43Prezident: “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”12:52Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdi12:49Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır12:40Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi yalandır12:14Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü12:13Kolumbiyada asma körpü çökdü: Ölənlər var12:12Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:10Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı - VİDEO12:07Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO12:05Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO12:04Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi12:03Keçmiş erməni deputat məhv edildi12:02“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov11:59Bugünün əhəmiyyətli bürcləri! 23 Oktyabr 2020-cu il.11:57İnsanlar haqqında bilmədiyimiz maraqlı faktlar15:52İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır”14:15İtlərlə müsəlmanları bir tutan kafe sahibinə Mayk Taysondan ağır dərs - VİDEO14:13"Elmar Vəliyev heç özünü tanımır" - Vəkilindən Açıqlama14:08Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO14:00General-leytenant uğurlu Zəngilan əməliyyatından danışdı13:59Erməni mətbuatı Sərdar Ortacın hərbi geyimli şəklini paylaşıb, "Azərbaycan hərbiçisini öldürdük" yazdı - FOTO13:55Əriştədən bir ailənin 9 üzvü öldü13:54SON DƏQİQƏ: Düşmən Qəbələyə "Skad" raketi atdı - Evlər dağılıb, yaralı var13:52Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir - FOTO13:50Vaqif Əsədova ağır itki - Oğlu vəfat etdi - FOTO13:48Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı13:06Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi - TƏCİLİ15:51Rayonun sevincinə kədər qatan kimlərdir?!12:08Bürclər bu günümüz üçün nə xəbər verir? 21 Oktyabr 2020-cu il.12:03Bunları bilmək maraqlıdır!10:54Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib10:53Pakistanın konsulluğunun qarşısında sıxlıqdan 12 nəfər ölüb, 12 nəfər yaralanıb10:52Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb10:50Ermənistan prezidenti Brüsselə gedib10:48“Barselona”dan dörd yeni müqavilə - FOTO10:47Tramp çıxılmaz vəziyyətə düşdü - VİDEO10:46Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü10:45Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb10:44Hikmət Hacıyevdən özünü sülhsevər göstərən Sarkisyana SƏRT REAKSİYA - FOTO15:29Zəngilan şəhəri və bu kəndləri işğaldan azad edildi - Prezident açıqladı11:24Azərbaycan XİN rəhbəri Mustafa Şəntopla görüşüb - VİDEO11:23Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi - FOTO11:22Rusiyada şəhərdə gəzən nəhəng ayı qorxu yaratdı - VİDEO11:21Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”11:17Cavad xanın nəslinin davamçısı Ermənistana sərt çağırış etdi - FOTO11:16Milli Məclisin iclası başladı - CANLI YAYIM11:14Ağcabədi sakini qardaşı oğluna ağır xəsarət yetirdi11:13Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”11:11Prezidentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi11:01Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI10:54Ərdoğan Azərbaycanla bağlı nazirləri toplayır10:53Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - FOTO10:47Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI10:45Tramp düşmənlərini açıqladı13:39"Qızıl Qələm" mükafatı laureatı Ləman Xəyal qızı13:07Dövlət başçısı: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub"12:30Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, müəmmalı şəkildə öldü - Nüsrət Kəsəmənlidən maraqlı faktlar12:26Ali Baş Komandan generala tapşırıq verdi12:24Ermənilərin Avropa çempionu Qarabağda məhv edildi - FOTO11:00Sərnişin avtobusu torpağın altında qaldı: 16 nəfər öldü10:58DİN vətəndaşlara çağırış etdi10:57Hikmət Hacıyev: "5 bölgəyə 229 mərmi atılıb"
BÜTÜN XƏBƏRLƏR

Cəbhədə “tufanqabağı sakitlik” - TƏHLİL

23 Eyl 2020, 16:10   
Cəbhədə “tufanqabağı sakitlik” - TƏHLİL
Sentyabrın 20-21-i tarixlərində cəbhə xəttində təxribatlara əl atan işğalçı ölkənin mövqeləri susdurulandan sonra Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttindəki gərginlik səngiyib.

Ancaq bir çox müşahidəçilər və ekspertlər şübhə etmirlər ki, bu, “tufanqabağı sakitlik” də ola bilər. Belə görünür ki, düşmən atəşkəsə riayət etməkdə maraqlı deyil və sadəcə, növbəti alçaq niyyətlərini həyata keçirmək üçün fürsət axtarır. Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi, həmçinin növbəti mövqelər əldə etmək üçün cəhdlər göstərməsi Azərbaycan xalqının nifrət hissini alovlandırıb. Elə son sutka ərzində Tovuzdakı izdihamlı dəfn mərasimi, digər həmsərhəd rayonumuzda - Qazaxda insan selinin bir araya toplaşması, ölkəmizin hər yerindən çağırış məntəqələrinə vətənpərvər ruhlu şəxslərin axışması, minlərlə könüllünün hərbi hazırlıq məntəqələrinə üz tutması düşmənə nifrətin və yüksək döyüş ruhunun növbəti nümayişidir. Artıq hər kəs əmindir ki, Qarabağı danışıqlar yolu ilə qaytarmaq mümkün olmayacaq, bıçaq sümüyə dirənib və düşmənin burnu ovulmalıdır.

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində prezident İlham Əliyev Azərbaycan xalqının adından çıxış edib və işğalçı Ermənistanla bağlı xəbərdarlıqlarını çatdırıb.

Dövlət başçısı İrəvanın son təxribatlarından bəhs edərək bildirib ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Dövlət başçısı daha sonra deyib: “Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun ”Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır".

İ.Əliyev bəyan edib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir: “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Bu, həm işğalçı Ermənistana, həm də onun havadarlarına yüksək tribunadan edilən ciddi xəbərdarlıqdır.

“Azərbaycan Prezidenti öz çıxışında Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini vurğuladı və bütün üzv dövlətlərin BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən, gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüklərini xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, buna baxmayaraq, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Qeyd etdi ki, prezident İlham Əliyevin bu fikirləri BMT Nizamnaməsinin 51-ci maddəsinin sessiya iştirakçılarının diqqətinə çatdırılması kimi qəbul olunmalıdır: “BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verir. Prezident İlham Əliyev eyni zamanda bildirdi ki, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. Amma məlum olduğu kimi, beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunmasına yönəlmiş addımlar atılmır və işğalçı sülhə məcbur olunmur. Belə olduğu təqdirdə, BMT Nizamnaməsindən doğan vəzifələrin yerinə yetirilməsi Azərbaycanın üzərinə düşür”.

Belə bir ehtimal da var ki, Ermənistanın növbəti dəfə Qarabağdan kənar istiqamətdə təxribatlara əl atması Paşinyanın Rusiyadan üz çevirib, Qərbə üz tutmaq istəyindən irəli gəlir. Bu istiqamətdə əvvəllər də vaxtaşırı fikirlər söyləyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iyul ayında baş verən Tovuz döyüşləri zamanı bununla bağlı dediklərinin üstündə qalır: “Ermənilərə dəfələrlə xəbərdarlıqlar edilsə də, görürük ki, onlar bu taktikadan əl çəkmək istəmirlər. Düşmənin təxribatlarının növbəti ünvanı Naxçıvan istiqamətindən ola bilər. Ermənilərin fəallaşmasının səbəbi bəllidir. Rusiyanın onlara münasibətini sınaqdan keçirib, istənilən halda Rusiyanı ittiham edib, Qərbə üz çevirmək istəyirlər. Onlar başa düşürlər ki, Ankara-Moskva qarşıdurması Rusiyanın istəmədiyi məsələdir. Ancaq hər vəchlə gərginlik yaratmağa çalışırlar. Ona görə də növbəti təxribatları Naxçıvan istiqamətində proqnozlaşdırmaq olar”.

Ancaq T.Zülfüqarov şübhə etmir ki, Ermənistanın Naxçıvan istiqamətində təxribatlarına Türkiyədən kəskin reaksiya gələcək. Həmçinin Türkiyə və Azərbaycanın erməni işğalına qarşı birgə hərəkətə keçməsini də mümkün sayır: “Naxçıvanın təhlükəsizliyinə dair Türkiyənin beynəlxalq öhdəliyi var, həmçinin Türkiyənin müvafiq bəyanatları var. Elə son bəyanat onu göstərir ki, Türkiyə bu münaqişənin iştirakçısıdır. Türkiyə NATO ölkəsidir. NATO-nun nizamnaməsinə görə, üzv ölkələrdən hər hansı biri müharibəyə müdaxilə edər və ya ona qarşı hücum olarsa, digər üzv ölkələr qeyri-şərtsiz həmin ölkəyə hərbi yardım etməlidir. Ermənilər itki versələr də, Rusiyadan qopmaq üçün bəhanə axtarırlar. Demək istəyirlər ki, bizi müdafiəsiz qoyduğu üçün Rusiyadan üz çevirdik”.

Ermənistanın müdafiə naziri David Tonoyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşməsi təbii ki, düşmənin narahatlığından xəbər verir. Məlumata görə, Ermənistanın müdafiə naziri və Qarabağ separatçılarının lideri “təhlükəsizlik problemlərinı” müzakirə ediblər.

İşğal altında olan Qarabağdakı separatçı rejimin başçısı da vurğulayıb ki, “Ermənistan və Qarabağın hərbi imkanları daim genişləndirilməlidir”. Bir gün əvvəl Qarabağ separatçılarının başçısı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. Düşmən Azərbaycanın xəbərdarlıqlarının ciddiliyini anlayır. Vətən savaşına və düşmənin istənilən təxribatlarına cavab verməyə dövlət və millət olaraq hazır olmalıyıq!
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR