Vaqif Dərgahlı: Əməliyyat bölgəsində vəziyyət tam nəzarətimizdədir
Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.
Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
"İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir. Əməliyyat bölgəsində vəziyyət tam nəzarətimizdədir", deyə Vaqif Dərgahlı açıqlama verib.
Zamantv.az