"Zakir Qaralov dedi ki, sizə kömək edərdim, amma maaşla dolanan adamlarıq..."

12:08 6.07.2020 365
"Zakir Qaralov dedi ki, sizə kömək edərdim, amma maaşla dolanan adamlarıq..."
BİZ MAAŞLA DOLANAN ADAMLARIQ...

Bu yazını yazmaya da bilərdim. Neçə illərdən bəri məni narahat edən məsələlərii yazmağı qərara aldım.
Bakının meri Rəfael Allahverdiyev vardı.Mən də ona həmişə hörmətlə yanaşırdım. Çünki o, 1969-cu ildən Ümummili Lider Heydər Əliyevlə birlikdə işləmişdi. YAP-ın qurulmasında da böyük əməyi olmuşdur. Uzun illər dövlət işlərində çalışmışdır.

Birinci dəfə İstanbula gələndə həm Baş konsul kimi, həm də partiya yoldaşım kimi onu Atatürk Hava Limanında qarşıladım. Bildirdi ki, böyrəyinin müalicəsi ilə əlaqədar Cenevrəyə getmək istəyir və məndən xahiş etdi ki, Cenevrə konsulluğundan ona viza alım. Əlbəttə, bu mənim üçün adi iş idi, çünki dün-yanıın çox ölkələrinin Baş konsulları ilə müxtəlif tədbirlərdə, ziyafətlərdə tez-tez görüşürdük, bir-birimizi tanıyırdıq. Əlbəttə, tezlikllə vizanı aldıq. Dedim "Rəfael müəllim, birdən pula ehtiyacınız olar, başqa ölkəyə gedirsiniz. Mən təzə maaş almışam, 3.000 dollarım var..." Rəfael müəllim dedi ki, narahat olma, məndə bir saat vardı, onu 25.000 dollara satıb, həmin pulla gedirəm. Soruşdum "o nə saatdır, elə?" Cavab verdi ki, "cənab Prezidentlə BƏƏ-lərində olanda nümayəndə heyətimizin üzvlərinə ərəb şeyxi bağışlamışdı. Saatın üstündə brilliant qaşlar vardı.." Dedim ki, "lap yaxşı!"

Elə bildi, mən onun bu sözlərinə inandım... Sonra soruşdum ki, "Cenevrədə qalmağa yeriniz-yurdunuz varmı?" Rəfael müəllim bildirdi ki, bir tanışımın evində qalacağam..." Sonra mənə dedilər ki, Rəfael müəllimin Cenevrədə şəxsi villası varmış... Mənə desəydi, Allah sağlığınıza qismət eləsin, deyərdim. Elə buradaca qeyd edim ki, mən kimin harada villa-filan almasına ancaq sevinə bilərəm. Pulum olsa, mən də alaram...

Bir dəfə yenə Rəfael müəllim İstanbuldan Cenevrəyə getmək üçün məndən viza almağı xahiş etdi, əlbəttə, aldım. Restoranda çörək yeyəndə yenə ondan soruşdum ki, "birdən pula-zada ehtiyacınız olar?" Mənə bir əhvalat danışdı. Dedi ki, "Türk-Azərbaycan iş adamları birliyinin rəhbəri Əli bəy bilir, onunla gedib bankdan pul götürmək istəyəndə gördü ki, bank hesabımda cəmi 1000 dollarım var. Soruşdu ki, "Rəfael müəllim, 1000 dollara görə Bakıdan bura gəlmisiniz? Mən də cavab verdim ki, 1000 dollar az puldur?.."

İstanbula gələn bütün vəzifəli adamlar mənimlə belə qeyri-səmimi, saxta danışırdılar! Adamdan soruşarlar, sizdən pul istəyən var? İstanbula yüzlərlə dövlət adamı, vəzifəli şəxslər gəlirdilər, hamısı Rəfail Allahverdiyev kimi danışırdılar... Həmişə ürəyimdə fikirləşirdim ki, belə qeyri-səmimi adamlar dövlət vəzifələrində necə işləyirlər?Yeri gəlmişkən, R.Allahverdiyev rəhmətə gedəndə partiya yoldaşlarının çoxu başsağlığı vermədilər. Bəziləri mətbuatda dedilər ki, "ölüb, ölüb də!.." Amma mən mətbuatda başsağlığı verməyi özümə borc bildim...

Bir dəfə ortancıl qızım xəstələnmişdi, Türkiyəyə müalicəyə aparmaq üçün Səhiyyə Nazirliyindən göndəriş almaq istəyirdim. Mümkün olmadı. Təsadüfən Azərbaycan Baş Prokurorluğunun yanından keçəndə Baş prokuror Zakir Qaralovdan kömək istəmək qərarına gəldim. Yanına getdim və ondan xahiş etdim ki, Səhiyyə nazirinə zəng vursun, bizə göndəriş versinlər. O da Səhiyyə nazirinin köməkçisinə zəng vurub bizim xahişimizi çatdırdı. Sonra biz heç cür köməkçi ilə danışa bilmədik...

Baş prokurorla görüşümüz zamanı onun mənə dediyini unuda bilmirəm. Zakir Qaralov mənə dedi ki, "mən sizə kömək edərdim, amma nə edə bilərəm, maaşla dolanan adamlarıq..."

Bu "maaşla dolanan adamların" dünyanın çox yerində əmlakları, pulları-hər şeyləri var!" Vəzifələrindən çıxarılan kimi, onların əmlaklarının siyahılarını oxuyub başa çıxana qədər gözümüz qaralır! Bu nə biabırçılıqdır?!

Nəhayət qeyd edim ki, mən Azərbaycan Ptezidenti tərəfindən daim diqqət və qayğı ilə əhatə olunuram. Köməyə ehtiyacım olanda həmişə ona müraciət etmişəm. Həmişə də diqqət və qayğısını görmüşəm. Ona görə heç bir vəzifəli şəxs deyə bilməz ki, mən ondan nə isə bir xahiş etmişəm... Onlardan səmimiyyətdən başqa heç nə gözləməmişəm, onu da görməmişəm...

Mən heç vaxt həyatdan və vəzifədən gedənlərin arxasıınca danışmamışam yazmamışam. Amma daha qeyri-səmimi insanlara dözmürəm!..

Xeyrəddin Qoca, Tanınmış nasir, İstanbuldakı sabiq baş konsulumuz //moderator.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO