General: "İlham Əliyevin Münhendə qətiyyətli çıxışı düşmənə müharibə mesajı verdi"

13:19 19.02.2020 427
General: "İlham Əliyevin Münhendə qətiyyətli çıxışı düşmənə müharibə mesajı verdi"
Siyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdır. Bu müzakirələr tam olaraq Azərbaycan Prezidentinin açıq üstünlüyü ilə baş tutdu.

N.Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər.

Hazırda Azərbaycan cəmiyyəti Münhen debatını geniş müzakirə edir. Bəs debat Azərbaycan Ordusunun əsgər və zabitləri arasında necə qarşılanıb?

Məsələni “Report”a şərh edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Münhen debatını yüksək qiymətləndirib:

“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xeyli sayda görüşlər keçirdi. Dövlət başçısı eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatda çox yüksək səviyyədə çıxış etdi. Doğrusu, əvvəldən bilirdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında suallara faktiki cavab verə bilməyəcək. İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin.

Yaşar Aydəmirov Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov: “İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin”.
Hər birimiz fəxrlə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına qulaq asdıq, debatın tərcüməsini oxuduq. İlham Əliyevin qətiyyətli danışığı, sözsüz ki, düşmənə müharibə mesajını verirdi”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Report”a açıqlamasında debatın işğal olunmuş torpaqların bir daha kimə aid olduğunu sübuta yetirdiyini deyib: “Beynəlxalq qurumların, siyasi ekspertlərin, tarixçilərin iştirak etdiyi debatda Azərbaycan Prezidentinin çıxışı ilk növbədə onun yüksək insani dəyərlərə malik olduğunu göstərdi. Cənab prezident çox dəqiq, tarixi faktlarla Paşinyana göstərdi ki, bu torpaqlar Azərbaycanındır və nəyin bahasına olursa olsun, gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident həm tarixə nəzər salaraq, həm də beynəlxalq qurumların qətnamələrini əsas gətirərək bir daha göstərdi ki, Ermənistan işğalçıdır.

Prezident İlham Əliyev peşəkar siyasətçi və təcrübəli dövlət başçısı kimi qarşı tərəfin – Nikol Paşinyanın üzərində böyük üstünlük qazandı. Paşinyan bütün debat boyu siyasi cəhətdən savadsız bəhanələr gətirirdi, fikirlərini əsaslandıra bilmirdi. Buna cəhd edəndə də hansısa uydurma məlumatlara istinad edərək populist çıxış edirdi”.

Şair Ramaldanov Ehtiyatda olan polkovnik Şair Ramaldanov: “Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur”.
Ehtiyatda olan polkovnik bildirib ki, Münhen debatı nəticəsində beynəlxalq qurumlar tərəflər arasındakı fərqi və kimin haqlı olduğunu görə bildi.

Onun fikrincə, Prezident çıxışı ilə Azərbaycanın mövqeyini ortaya qoymaqla yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq bütün orduya əmr də verdi: “Bu əmr ondan ibarətdir ki, ordu hər vaxt torpaqlarımızı azad etməyə hazır olmalıdır!

Dialoqun nəticəsi onu göstərdi ki, Silahlı Qüvvələrimizdə xidmət edən heyət, əsgərdən tutmuş birinci şəxsə kimi bir söz deyir: Biz əmr gözləyirik! Azərbaycan Silahlı Qüvvələri torpaqları işğalçılardan azad etmək üçün hər an əmr ala bilər.

Mənə elə gəlir ki, Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur.

Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan Ordusu da hər vaxt döyüşə hazır olması, öz fəaliyyəti nəticələri, beynəlxalq səviyyədə keçirilən hərbi yarışlarda iştirakı və təlimlərlə döyüşə hazır olduğunu təsdiqləyir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO