Prezident və xanımı Kirill ilə görüşdü

20:06 14.11.2019 479
Prezident və xanımı Kirill ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

Unikal.org xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev deyib:
-Zati-müqəddəsləri, Sizə bir daha "Xoş gəlmisiniz” demək istəyirəm, Sizi yenidən görməyimə çox şadam. Sağ olun ki, Dünya Dini Liderlərinin Sammitində iştirak edirsiniz. Sizin bu tədbirdə iştirak etməyiniz ona xüsusi əhəmiyyət verir. Sizin dərin nitqinizi çox diqqətlə dinlədim. Sizin tezislərinizlə, vəziyyətə verdiyiniz qiymətlə, ənənəvi dəyərləri, dünya dinlərinin prinsiplərini müdafiə etmək və dinlərarası dialoqu inkişaf etdirmək üçün nə etmək lazım olması barədə fikirlərinizlə tam razıyam.

Mənim fikrimcə, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, dini liderlərin bu formatda keçirilən, bu cür təmsil olunmuş Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığa yönəlmiş əhval-ruhiyyəsini əks etdirir. Dünya dinlərinin nümayəndələrinin sözündən çox şey asılıdır. Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər. Ona görə də bu gün bütün çıxışlarda səslənən bu cür konsensus belə bir nikbinlik yaradır ki, biz birgə səylərimizlə humanizm, əməkdaşlıq, sülh, qarşılıqlı anlaşma dəyərlərini inkişaf etdirəcəyik. Əlbəttə ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Mən öz çıxışımda dedim ki, biz mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı humanitar xarakterli çoxlu tədbirlər keçiririk. Lakin bugünkü tədbir, əlbəttə ki, xüsusi tədbirdir. Sevindirici haldır ki, bu tədbirdə dünya dinlərinin görkəmli nümayəndələri, rəhbərləri iştirakı edirlər.

Bir daha təşəkkür edirəm ki, Siz vaxt tapıb gəlmisiniz və bu tədbirdə iştirak edirsiniz. Bu gün Mehriban ilə mən Sizinlə həm Bakıda, həm də Moskvada bütün görüşlərimizi xatırladıq. Bütün Azərbaycan xalqının adından Sizə bir daha dərin ehtiramımızı bildirmək istərdim. Biz bilirik ki, Sizin bizə, ölkəmizə münasibətiniz çox xeyirxahdır, Siz dəfələrlə bizə təşrif gətirmisiniz. Sizə bir daha təşəkkür edirəm və ümidvarıq ki, yaxın vaxtlarda yenidən görüşəcəyik.

xxx
Moskvanın və Bütün Rusiyanın Patriarxı KİRİLL dedi:
-Cənab Prezident, hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən təşəkkür edirəm. Bakıya səfər etmək mənim üçün həmişə yalnız müsbət emosiyalarla bağlıdır. Biz özümüzdən soruşanda ki, hər hansı bir yer nə üçün xoşumuza gəlir və ya xoşumuza gəlmir, yəqin ki, cavab belə olacaq: hər şey bizim bu və ya digər yerə gedərkən keçirdiyimiz hisslərdən asılıdır. Bakı çox cəhətdən heyrət doğurur. Mən hələ sovet dövründə burada, Bakıda olmuşam və bu şəhər yadımdadır. İndi gördüklərimizi müqayisə etsək, gecə və gündüz qədər fərq var. Bu, əlbəttə, Sizin rəhbərliyinizlə ölkənizdə həyata keçirilmiş və davam edən böyük inkişafa dəlalət edir. Əlbəttə, Azərbaycan yoxsul ölkə deyil, lakin biz elə nümunələr bilirik ki, pulun olması inkişafa kömək etmir. Burada isə həqiqətən görürük ki, vəsait həyatın daha da yaxşılaşmasına, insanların daha yaxşı yaşamasına sərmayə kimi qoyulur.

Bir daha vurğulamaq istərdim ki, təkcə Bakının zahiri görkəmi, əlbəttə, çox böyük tərəqqiyə dəlalət edir. Mən Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Siz bizə dünya dinlərinin nümayəndələri ilə görüşmək imkanı yaratdınız. Mənim fikrimcə, bizim bu cür görüşlərdən çıxarmalı olduğumuz ən başlıca nəticə ondan ibarətdir ki, əxlaq olmasa dünyada istər siyasi, istərsə də fəlsəfi səviyyədə heç bir konsensus ola bilməz. Dünyada konsensus üçün yalnız bir bazis var - əxlaq. Ona görə ki, əxlaq universal dəyərdir. Əgər nəzərə alsaq ki, əxlaq universaldır, xeyir və şər anlayışları bütün bəşəriyyət üçün eynidir. Bu, birinci növbədə əlbəttə, onu göstərir ki, Tanrı var. Ona görə ki, materialist nöqteyi-nəzərdən bəşər mədəniyyətlərinin bu cür böyük müxtəlifliyi şəraitində vahid əxlaqa malik olmaq mümkün olmazdı. Lakin əxlaq vahid və ümumi olduğuna görə, o bizim ünsiyyət saxlamağımıza, həqiqətən birlik yaratmağımıza və qarşıda duran hədəflərə nail olmağımıza imkan verir. Bu mənəvi, dini amilin vacibliyini anlayan dövlət xadimləri, əlbəttə ki, dərin hörmətə layiqdirlər.

Mən Sizi aşkar görünən nailiyyətlər, Sizin rəhbərliyinizlə xalqınızın, ölkənizin qazandığı uğurlar münasibətilə bir daha ürəkdən təbrik etmək, gələcək işlərinizdə Tanrıdan Sizə kömək diləmək, Sizin gözəl ailənizə xeyir-dua vermək istərdim. Mən bu ailə ilə sadəcə tanış olmaq deyil, onunla daxilən, mənəvi cəhətdən yaxın oldum. Qoy Sizin bütün işləriniz, xalqınızın, ölkənizin firavanlığına yönəlmiş fəaliyyətiniz həqiqətən uğurlu olsun. Tanrının köməyi ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər inkişaf etsin. Həqiqətən bu ölkələr çox sıx qarşılıqlı əlaqə saxlayırlar. Moskvada necə böyük Azərbaycan diasporu olduğunu bilirsiniz. Bu, bizim Moskva həyatının mühüm hissəsidir. Tanrının köməyi ilə bütün bu amillər ümumi rifaha xidmət etsin. Qonaqpərvərliyə görə Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm.

İlham Əliyev: Çox sağ olun.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO