Xalq yazıçısı: "Bu mərd adamları pul sındırdı"

11:23 17.04.2018 673
Xalq yazıçısı: "Bu mərd adamları pul sındırdı"
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, “Pen-Klub”un prezidenti Çingiz Abdullayev Rusiyanın “Vestnik Kafkaza” nəşrinə müsahibə verib.

zamantv.az Teleqraf.com-a istinadla həmin müsahibəni təqdim edir:

- Azərbaycan rəhbərliyi hazırda yaradıcı ziyalılara hansı diqqəti ayırır?

- Prezident İlham Əliyevlə yanaşı birinci vitse-prezident Mehriban Əliyeva yaradıcı birliklərə böyük diqqət ayırır. Yazıçılar Birliyində xüsusi prezident təqaüdləri təsis edilib. Bu təqaüd yazıçıların rahat yaradıcılıqla məşğul olmasına kömək edir. Hazırda 70 yazıçı təqaüd alır.

Bundan başqa, biz gənclərə də prezident təqaüdləri veririk. Azərbaycan dünyada yeganə ölkədir ki, ədəbi qəzet və jurnallar dövlət büdcəsindən maliyyələşir. Bu sistemi ümummilli lider Heydər Əliyev yaradıb. Bu, ədəbiyyata dövlət qayğısının bariz nümunəsidir.

Bizim “Pen-Klub”umuz müstəqil qurumdur. Ancaq dövlət bizə də yardım göstərir. Biz yazıçıların öz əsərlərini Azərbaycan və rus dillərində internetə yerləşdirib, pul qazana bilmələri üçün unikal sistem yaratmışıq. Dünyanın istənilən yerində onların əsərlərindən hər hansı biri oxunsa, təşkilatın hesabına pul köçürülür və bu pullar müəllifə çatır.

Biz istərdik ki, bu proqramda rus dili ilə yanaşı, ingilis dilindən də istifadə edilsin. Əgər rus dilində kitabları milyonlarla insan oxuyursa, ingilis dilində bu rəqəm milyardlarla ölçüləcək. Bu oxucular arasında bizim yazarların kitablarını oxumaq istəyən olacaq.

- Azərbaycanda rus ədəbiyyatına tələbat nə qədərdir?

- Rusca çox insanlar oxuyur. Mağazalara Moskva, Sankt-Peterburq və digər şəhərlərdən çox sayda kitab gətirilir. “Azərbaycan ədəbiyyatı” jurnalı və “Ədəbiyyat dünyası” qəzeti rus dilində çıxır. Bundan başqa, internetdə rus dilində 700 milyon kitab tapmaq mümkündür.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan dilində yazıb və indi də yazmaqda davam edir. Sonuncu romanı olan “Gecə düşüncələri” əsərini isə rus dilində yazıb.

Azərbaycan yeganə ölkədir ki, prezidentimiz Moskvada universitetdə rus dilində təhsil alıb. Eləcə də, bəzi nazirlərimiz və səfirlərimiz də rus dilini mükəmməl bilir. Ona görə bizim rus dili ilə problemimiz yoxdur.

- Digər ölkələrlə humanitar əlaqələr necədir?

- Təkcə Rusiya ilə deyil, Belarus, Ukrayna, Moldova, Mərkəzi Asiya, Baltikyanı ölkələrlə əlaqələrimiz çox yaxşıdır. Sovet İttifaqı dağılsa da, humanitar əlaqələr qalıb. Bizi son bir neçə yüzillikdəki ümumi tarix və rus dili əlaqələndirir. Biz biri-birimizlə rus dilində danışırıq.

- Rusiyada şairdən çox şair var. Bəs Azərbaycanda yazıçı?..

- Mən dünyanın 79 ölkəsində olmuşam və bilirəm ki, dünyada elə şəhər yoxdur ki, şair və yazıçılara Bakıdakı qədər heykəl ucaldılsın. Bizdə min il tarixi olan Nizami məqbərəsi var. Füzuli İmam Hüseyn məscidinin yanında dəfn edilib.

1917-ci ildə elan etdilər ki, Allah yoxdur və ədəbiyyat dini əvəz etdi. 1991-ci ildə isə bəyan etdilər ki, vicdan da yoxdur. Belə çıxır ki, nə vicdan var, nə din, nə Allah...

Dostoyevski demişdi: “Allah yoxdursa, mən bundan sonra necə kapitan olum?” Ancaq Heminquey deyirdi ki, yazıçının vicdanı olmalıdır.

Mən insanlar tanıyıram ki, mərdliyin simvolu olublar, sovet dövründə heç nədən, hətta repressiyadan qorxmayıblar. 1991-ci ildən sonra onların bəziləri dəyişdi. Pul onları sındırdı. Sovet İttifaqı və senzuranın edə bilmədiyini pul etdi.

Çox təəssüf ki, nə Rusiya, nə Azərbaycan, nə də Gürcüstanda yazarlara həminki hörmət var... Lakin yazıçı sözü hələ də bir vaxtlar Yaxın Şərqdə olduğu kimi önəm daşıyır. Dağlıq Qarabağ münaqişəsi başlayanda insanlar mitinqlərə toplaşır və yazıçıların evlərinə gedirdilər. Onlar rayon komissarlığına, dövlət idarələrinə deyil, yazıçı və şairlərin yanına gedir və fikirləşirdilər ki, qələm sahibləri onlara nə etmək lazım olduğunu deyəcəklər. Bax belə inam vardı. Yəni ehtiram hələ də qalır. Ümid edirəm ki, bu, həmişə var olacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?