Əlixan Rəcəbov: “Pərəstişkarlarım artsın deyə bir dərdim olmayıb”

11:55 14.04.2018 895
Əlixan Rəcəbov: “Pərəstişkarlarım artsın deyə bir dərdim olmayıb”
“Elə insanların fikirlərini ciddiyə almaq belə mənasızdır”

Dünyada videobloger, bloger, vayner terminləri trendə çevrildiyi bir zamanda, bu yeni trend Azərbaycandan da yan keçməyib.

Yeni blogerlər daha çox sosial şəbəkədə çəkdikləri videoları paylaşaraq özlərinə pərəstişkar kütləsi toplamağı bacarıblar. Təbii ki, bu hal cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi insanlar bu blogerlərin əksəriyyətinin aktyor olmadıqları üçün çox zəif olduqlarından şikayətlənir, bəziləri isə əksinə gənclərimizin bu uğurlu addımlarını dəstəkləyir.

Vinerlərin, bloggerlərin hamısının tərzi eyni deyil və onlardan sadəcə kiçik bir qismi ortaya normal iş qoya bilir. Bəziləri söyüş, yarıçılpaq qızlar, jarqon ifadələrlə insanları güldürməyə çalışırlar və təəssüf ki, bu onlarda alınır.

Minval.info-saytının qonağı olan Əlixan Rəcəbov insanları güldürməkdən daha çox, düşündürməyə çalışır. Söhbət videobloger, aktyor Əlixan Rəcəbovdan gedir. Son günlər onun adını sosial şəbəkələrdə tez-tez görürük. Bu dəfə təriflər yox, tənqidlərin sayı artıb.

– İlk dəfə comedy.az-da tanındınız və tərəf müqabillərinizlə çıxışlarınız kifayət qədər uğurlu alınırdı. Bəs nəyə görə bu layihə sonlandırıldı?

Əslində o sual mənə də maraqlıdır. Niyə bağlandığını heç kim bilmir. Qəribə odur ki, bu layihə bitdikdən az bir müddət sonra “ANS” telekanalı da bağlandı.



– Sizin üçün insanların düşüncələri nə qədər önəmlidir?

Bir az önəmlidir, bir az yox. Nə baxımdan yox, yəni elə insanlar var ki, yaşca, həyat təcrübəsi, intellekt səviyyəsinə görə yüksəkdə dayanır və təbii ki, həmin insanın tənqidi belə mənim üçün önəmlidir. Çünki bu insan özü nəsə bilir ki, sənə də nəyisə məsləhət görür. Amma elə insan var ki, boş-bekar, oturur çayxanada kimisə tənqid edir. Elə insanların fikirlərini ciddiyə almaq belə mənasızdır. Çünki bu insan avaradır, onun fikirlərini niyə ciddiyə alım axı?



– Bəzi insanlar sizin publikaya oynadığınızı düşünür. Bəs, sizcə Əlixan göründüyü kimidir, yoxsa olduğu kimi?

Publikaya oynamaq məndən uzaq bir şeydir. Mən həmişə öz istədiyimi etmişəm. Publika məni bəyənsin, pərəstişkarlarım artsın deyə bir dərdim olmayıb. Hər zaman olduğum kimiyəm.

– Loru dillə desək, “qaqaş” obrazından tez-tez istifadə etdiyinizi və sizdə çox təbii alındığını deyirlər. Demək olar ki, bu obraz ruhunuza yaxın obraz olduğuna görə sizdə təbii alınır ?

Xeyr. Baxın “qaqanın gündəliyi” adlı videoda qaqa obrazını canlandırmışam, “Bakılının gündəliyində” ancaq bakılı obrazıdır, “İrşad”ın 4 reklamından birində qaqa, birində bakılı, birində major oğlan, sonuncu isə zəif xarakterli bir oğlan canlandırmışam. Bu videoların hər birində yalnız qaqa obrazı olmayıb, digər personajlara da yer ayrılıb. Və bu qədər personajın içində ancaq qaqanı görüb məni qaqa adlandırırlarsa, bu artıq mənim problemim deyil. Onu da qeyd edim ki, mən Biləcəridə böyümüşəm, ora gettodur. Yəni hər cür insan tapa bilərsiniz. Həmin vaxtlarda qaqalar öz zirvə dövrünü yaşayırdı. Mən onların içində böyümüşəm və məndə bu obraz təbii alınırsa, deməli məndən yaxşı aktyor alınar.

– Əlixan üstünlük verir:

Yumor, yoxsa satira?

Satira.

Yemək bişirən qadın, yoxsa yemək yeyən?

Yemək bişirən.

Kommersiya, yoxsa yaradıcılıq?

Yaradıclıq

“İrşad”ın Qaqlisi, yoxsa “Kəklikotu”nun Qafarı?

Kəklikotundakı Qafar

Hüseyin Əzizoğlu, yoxsa Mənsur Şərif?

Mənsur Şərif

– “Old but gold” adlı videonuzda vinerlər haqqında kəskin tənqidi fikirləriniz yer almışdı və bu videonuz sosial medianın gündəminə düşmüşdü. Hətta bir qisim insanlar bu videoda birbaşa Hüseyn Əzizoğlunu tənqid etdiyinizi də söyləyiblər.

Bəlkə də mən həmin videoda sadaladığım kriteriyaların çoxu onun payına düşdü deyə insanların dərhal ağlına o gəldi. Mən daşı atmışam, kimin bostanına düşüb, özü bilər. Mən orada açıq heç nə deməmişəm ki, konkret kiminsə adı çəkilsin. (gülür)



– Belə deyirlər ki, siz “Vine Şou”nun elə ilk bölümündə az səs topladığınız üçün yarışmanın sonunda yerinizi rəqibinizə verib, verilişdən uzaqlaşdınız.

Az səs topladığıma görə deyildi. Bunun iki səbəbi var idi. Birincisi mən heç o yarışda iştirak etmək istəmirdim, məcburən getdim. İkinci səbəb isə anidən gələn təklif əsasında Hindistana səfərim idi. Həm də ki, mənim üçün dünyanı gəzmək “Vine Şou”da iştirak etməkdən qat-qat üstündür.

– Bir ara Elgiz Əkbərin “ANS” telekanalında yayımlanan “cümə axşamı” verilişinə də qatılmışdınız. Və bunu mediada elə qələmə vermişdilər ki, sanki onu ələ salırsınız.

Xeyr, bu sadəcə şou idi. Mən o verilişə 2014-cü ildə qatılmışam və həmin vaxt comedy.az komandasının reklama ehtiyacı var idi. Bu baxımdan biz o verilişə qatıldıq. Sadəcə əyləncə xətrinə idi.

– Bir dəfə sosial şəbəkədə belə bir yazı yazmışdınız, “mentalitetin bitdiyi yerdə xoşbəxtlik başlayır”. Və tez-tez sosial şəbəkələrdə bu tipli statuslar paylaşırsınız. Lakin bu statuslar sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidə məruz qalır və onlar sizin köhnə palan içi tökdüyünüzü iddia edirlər.

Facebookda iş yerini qeyd edən sektor uşaqları barəsində yazmışdım. Mən özüm onlarla yerdə işləmişəm, amma qeyd etmirəm. Adamlar deyirlər ki, bəlkə kimsə onları işə götürmək istəsə o iş yerlərini görsün. CV ilə işə götürmürlər, bununla götürəcəklər? Yazmışdım ki, boş-boş fikirlər yazıb, özlərinə həmfikir axtarırlar. “Mauqli” cizgi filmində Şir Xan var idi, arxasında da çaqqallar. Bunlar da Şir Xan olublar. Facebookda oturub, fikir bildirməklə iş keçmir. Gedin işləyin, ailənizə çörək aparın. Boş-boş işlərlə məşğul olmayın. O insanlar deyirlər ki, bu mövzular 2 min çoxdanıncı ildə qalıb, köhnə mövzulardan danışırsan filan, o insanlara demək istəyirəm ki, sizi öpürəm, bağrıma basıram. Ola bilər siz irəli getmisiniz, mən yəqin hələ də arxadayam. Ay insanlar, məndən sizə nə? Bu mənim düşüncəmdir. Yazanlar var ki, “Elxan zibildir, Elxan heç kimə lazım deyil”. Yaxşı, mənim barəmdə istədiyiniz qədər yazın, onsuz da siz mənə vaxt sərf edirsiniz, amma mən sizə vaxt sərf etmirəm. İnsan nə qədər yuxarı qalxsa bir o qədər böyük daş götürüb atırlar onun başına. Faiq Ağayevi söydülər, təhqir etdilər. Nə dəyişdi? Heç nə. O, yenə sənəti ilə məşğul olur. İt hürər, karvan keçər.



– Sizin çəkdiyiniz videolarda kifayət qədər maraqlı süjet olur, maraqlı personajlar olur. Film çəkmək haqqında düşünmüşünüz?

Bəzən olub, amma məncə insan məktəb keçməlidir, ondan sonra işə başlamalıdır. Mən düşünürəm ki, yaxşı rejissor olmaq üçün gərək yaxşı aktyor olum. O da hələ ki, mümkün deyil. Amma gələcəkdə film çəkməyi düşünürəm.

– Ən çox hansı mövzuda olan videonuzu hazırkı Azərbaycan reallığına uyğun hesab edirsiniz?

Cv adlı videomu… Və onu da deyim ki, mənə tez-tez sual verilir ki, “Bu oynadığınız obrazların hansında özünüzü görürsünüz”, tək cavabım olub, heç birində.

– Bəzi videoblogerlər var ki, öz vodeolarında tez-tez sizi tənqid edirlər və sizin insanlara ağıl verdiyinizi düşünürlər. Məsələn, Sadiq Fərzəlibəyli, “Altı qara pişik” səhifəsi sizə videoları ilə atmaca atmışdılar.

Xayp deyilən bir anlayış var, bir insanın uğuru üzərində qurulur. Məsələn mənim vaynerlər haqda çəkdiyim videom xayp idi. Mən kiməsə söz atdım və buda insanlar arasında müzakirə yaratdı. Bu insanlardakı məni tənqid edirlər, vallah gəlsinlər əllərini sıxaram, sağ olsunlar. Mən əskiklikləri tənqid edirəm və istərdim ki, irəliləyiş olsun amma olmur.



– Əgər bir vaynerlər sizi debata dəvət etsəydilər, kiminlə o debatda iştirak etmək istəyərdiniz

Heç kimlə. Mən debatı sevmirəm, çünki hər kəsin öz fikri var və mən hər kəsin fikrinə hörmət edirəm. Buradan o ara qarışdıran katalizatorlara demək istəyirəm ki, buyursunlar mənə vaxt sərf etsinlər, məni tənqid etsinlər, amma təhqir yox, çünki təhqirə təhqirlə qarşılıq görəcəklər.

– Bu videoların, vaynların dəbdən düşdüyü vaxt nə edəcəksiniz?

Çox sevinəcəm. Youtube-u açırsan, trend bölməsində elə videolar gəlir ki, insanın ürəyi bulanır ki, budurmu trend, bunamı gəlir yarım milyon baxış? Mən bunun üçün nə etdim, yerləşdiyim ərazini dəyişib etdim USA və oradakı trendləri izləyirəm. Özümdəki hazırda ofis işində işləyirəm, gələcəkdə də onunla məşğul olacağam.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO