Sənət dostları Bəhram Bağırzadə üçün dua istədi: “Gənclərin də qibtə etdiyi enerjinlə...”

11:07 15.06.2020 439
Sənət dostları Bəhram Bağırzadə üçün dua istədi: “Gənclərin də qibtə etdiyi enerjinlə...”
Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Musavat.com xəbər verir ki, koronavirusa yoluxan əməkdar artistin sənət dostları onunla bağlı paylaşımlar edərək, izləyicilərindən B.Bağırzadə üçün dua etməsini istəyiblər.
Müğənni Xəyyam Nisanov: “Həqiqətən ümid edirəm ki, çox tezliklə hamımızı müsbət əhval-ruhiyyənizlə sevindirəcəksiniz. Əlbəttə, bütün uşaqlar sizdən yeni maraqlı kitablar gözləyir”.
Xalq artisti Tünzalə Ağayeva: “Bəhram, tez sağal, lütfən. Dualarımızdasan. Allah sənə və bütün xəstələrimizə şəfa versin”.

Aktyor Fərda Xudaverdiyev: “Dularımız səninlədir, yaradıcı, istedadlı, səmimi insan. O deyirlər e, gözə gəlirsən. Sən axır vaxtlar gənclərin də qibtə etdiyi enerjinlə özünü gözə gətirdin. Pozitiv ol”.
Aktyor Elcan Rəsulov: “Tez sağal. Maşında çəkilməli tonla videolarımız qalıb. Tez yekunlaşdır o xəstəliyi”.
Xalq artisti Murad Dadaşov: “Dostum-qardaşım! Bəhramımız!Sən tək ailən və dostların üçün yox, hər kəs üçün dəyərli və əziz insansan. Əmin ol ki, bütün Azərbaycanın duaları səninlədir. Sən həmişə imanınla seçilmisən. Allah səni qorusun! Sənin yaxşı bir sloqanın var: Pozitiv ol. Pozitiv olaq, dostum. Biz hamımız yanındayıq, tez sağal! Səndən şad xəbər gözləyirik! Zəng elə! Səsin gəlsin”.
Aparıcı Zaur Baxşəliyev: “Bəhram, sənə Allahdan şəfa diləyirik. Tez sağal, aramıza dön. Bizi güldür, əyləndir, sevindir, düşündür. Səni çox sevirik. Tezliklə xoş xəbərini eşidək”.
Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Musavat.com-a bildirib ki, hazırda Bəhram Bağırzadənin ağciyərləri faktiki olaraq işləmir: “Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır. Bu gün onu ilk olaraq süni nəfəs aparatına qoşublar. Lakin ağciyərin vəziyyəti pis olduğu üçün onun bu aparata qoşulması nəticə verməyib. Buna görə də təcili olaraq Bəhram Bağırzadə ürək-damar cərrahı, professor Rəşad Mahmudovun rəhbərliyi altında ECMO aparatına qoşulub. Hazırkı situasiya tələb edir ki, zaman itirmədən onun ağciyəri çıxarılsın. Çünki ağciyərdən onun orqanizminə infeksiya yayılır. Artıq ağciyər tamamilə qeyri-işlək vəziyyətdədir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO