Həbs ediləcəyi deyilən Günay İbrahimli Azərbaycandan getdi – AÇIQLAMA

15:43 15.05.2018 735
Həbs ediləcəyi deyilən Günay İbrahimli Azərbaycandan getdi – AÇIQLAMAMüğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılmasının təfərrüatı məlum olub.
zamantv.az xəbər verir ki, criminal.az saytı bu gün müğənninin xanım sponsoru Nuriyyə Əhmədovanın G.İbrahimli barəsində ”Bandotdel”ə şikayət etməsi barədə məlumat dərc edib. İş adamı ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. Şikayət əsasında G. İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər.



Şikayətçi iş adamı Nuriyyə Əhmədova açıqlamasında bildirib ki, G.İbrahimli ilə bağlı ”Bandotdel”ə şikayət etməsi dəqiqdir. Onun sözlərinə görə, Günayla bağlı Baş Prokurorluğa da şikayət edib və sona kimi mübarizə aparacaq:

”Günayın mənə borcu var və verməlidir. Günay mənə 225 min manat borcludur. Onunla aramızda müqavilə olub. Mən ona pul qoyurdum, pulu geri qaytarmaq zamanında Günay aradan çıxdı, zənglərimə cavab vermədi. Artıq 3 ildir məndən qaçır. Bu işin yüzlərlə şahidi var. Rəhman, Zümrüd Mirzəliyevadan başlayıb bu söhbət. Prodüserlər, anası gəlib ifadə verib. Günayın atası da qızının problemini bilir. Günay, atası, anası və mən notariusda birlikdə müqavilə bağlamışıq. Sadəcə bu pullar rəsmi ödənilməyib. Bir mahnını almaq, ona klip çəkdirmək üçün hissə-hissə pullar ödəmişəm. Bəstəkar İsmayıl Əsədov, Samir, Elşad Xose yaxşı tanıyır məni. Rejissor Ülviyyə Könüllə Günaya klip çəkdirmişəm. Son 3 il yarıma qədər Günaya nə pul xərclənibsə, mənim cibimdən gedib”.
N.Əhmədova deyir ki, Günaya xərclədiyi pulları ödəmək vaxtı olduğunu deyəndən sonra qaçmağa başlayıb: ”O vaxtkı produsseri Toma xanımla işləyən vaxtı oturub hesabladıq ki, pulları ödəmək vaxtıdır. Bundan sonra Günay həmin Toma xanımı da ləğv etdi. Hansı prodüser başlayır ki, ödəniş etmək lazımdır, Günay onu ləğv edir. Özüm uşaq deyiləm, hüquqşünasam və sonacan gedəcəm. Günay gəlib məni tapıb. Mənim tekstil biznesim var, toy təşkilatçısı olmuşam, amma xeyriyyəçilik etməmişəm. Proyektimiz olub ki, özümüzə aid müğənnimiz olsun, yəni biznes məqsədi olub. Qazanmaq istəmişəm, amma alınmayıb, Günay aradan çıxıb.

Bandotdeldə Günayla üzləşmişəm. Günay təkzib etmir, sadəcə rəqəmlə razılaşmır. Deyir məbləğ o qədər deyil. Necə o qədər deyil? Bir mahnının kliplə birlikdə ərsəyə gəlməsi 20 min manatdır. 5 mahnı elədi 100 min. Məsələn Qala qrupundan Ceyhun Əliyev, hamı bilir ki, mahnının birini 5000 manata verir. Həmin mahnıya klipi də 5 minə çəkdirmişəm. Bu işlərin arxasında özüm getmişəm, iki prodüser olub bu işdə, Günay hara kimi qaçacaq? Günay kimə və nəyə arxalanır? Rəşada arxayındı? Çox nahaq yerə. Rəşada da sözümü demişəm. Rəşad dedi ki, mənlik deyil, sadəcə Günayın dostuyam. Bu gün bilmirəm Günayın nəyidir, amma mənə dediyi söz belə olubdu. Bu gün haqlıyam, haqqımı istəyirəm”.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı G.İbrahimlinin mətbuat katibi ilə əlaqə saxlayıb. O bildirib ki, deyilənlər yalandır: “Bu məlumatlar həqiqəti əks etdirmir. Ona görə də Günay bu mövzuda danışmayacaq. Günay İbrahimli hazırda Türkiyədədir”.
Həbs ediləcəyi deyilən Günay İbrahimli Azərbaycandan getdi – AÇIQLAMA
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO