Azərbaycanda boşanmaların 5 dəfə artdığı açıqlandı

15:22 14.04.2018 556
Azərbaycanda boşanmaların 5 dəfə artdığı açıqlandı
Son on ildə Azərbaycanda boşanmaların sayı beş dəfə çoxalıb.
Çünki ölkədə milli-mənəvi dəyərlərin deqradasiyası müşahidə olunur


Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov “Amerikanın səsi”nə müsahibəsində bildirib.

Ölkədəki demoqrafik durum və problemlərdən danışan mütəxəssis qeyd edib ki, demoqrafik inkişaf olsa da, boşanmaların sayında kəskin artım var.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib. Rəsmi statistikaya görə, 2017-ci ilin 10 ayında ölkədə 52 min 61 nikah bağlanıb. Həmin dövr ərzində 12 min 191 boşanma qeydə alınıb. Bu rəqəmlər yalnız rəsmi nikahlara aiddir. Qeyri-rəsmi nikahları da bura əlavə etsək, statistikanın azı iki dəfə artma ehtimalı var.

Bəs ailələr niyə dağılır? Göstərilən rəqəmlər cəmiyyətdəki hansı problemlərdən xəbər verir? Boşanmaların sayını necə azaltmaq olar?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın virtualaz.org-a bildirdiyinə görə, boşanmalar psixoloji, sosial və iqtisadi amillərlə bağlıdır: “Boşanmalar üçün çox səbəblər var. İlk növbədə ailənin köhnə qayda ilə idarəçiliyini saxlayanlar və bununla razılaşmalayanlar arasında münasibət, dəyərlər sisteminin dəyişməsi rol oynayır. Yaşı keçdiyinə görə ailə quranlar, erkən ailə qurmağa məcbur edilənlər, iqtisadi amilə görə məcbur ərə verilmələr var. Kişinin işləməməsi, qadının işləməsi, xəyanət, sosial şəbəkələrin də boşanmalarda müəyyən rolu var. Bir çox qadınlar öz azadlıqlarının zorakı yolla məhdudalaşdırılmasını istəmirlər. Artıq ailədə dəyərlər sistemi çat verib. Ona görə də bu proses hələ gedəcək”.

M. Zeynalova deyir ki, boşanmaların qarşısını almaq, dayandırmaq, hansısa formada saxlamaq mümkün olmayacaq: “Proses özü-özünü tənzimləyəcək. Şüurlu ailə qurma prosesinə gedincə, insanlar bir-birlərinə gərəkli olduqlarını, vacibliklərini duymayınca, bu proses davam edəcək. Çünki indi ailə quranların biri yaşı keçdiyinə görə, biri nəsil artırmağa görə, biri iqtisadi amilə görə ailə qurur. Şüurlu şəkildə ailənin sabitliyi, ailənin önəmini dərk edəərk ailə quranlar çox azdır”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə institutunun dağılması çox faciəvi haldır. Mütəxəssis hesab edir ki, boşanmalar həm maddi, həm də mənəvi amillərlə bağlıdır.

“İnsanların davranışında baş verən hər hansı dəyiklikdə 3 fator mühüm rol oynayır: Yaşadığı mühir, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər sistemi. Bu 3 amil qarşılıqlı əlaqədə davranışı formalaşdırır. Əvvəlcə onu deyək ki, bir çoxları hesab edirlər ki, ailə olmasa daha sərbəst olarlar. Əslində isə ailə institunun çox məziyyətləri var. Belə institutun dağılması faciəvi haldır. Ailə cəmiyyətin əsas üzvüdür. Belə olan halda ailənin dağılması cəmiyyətdə xoşagəlməz proseslərin yaranmasına səbəb ola bilər. Yeni nəslin keyfiyyətsiz böyüməsi, kriminal aləmin inkişafına gətirib çıxara bilər”, - deyə sosioloq bildirir.

Ekspert deyir ki, boşanmaların bu qədər çoxluğu mühitdə, informasiya cəmiyyətində və dəyərlər sistemindəki ciddi problemlərlə bağlıdır. İndi əvvəlki kimi ictimai qınaq yoxdur. İnsanlar sosial şəbəkələrdə intim söhbətlər edir, erotik, pornoqrafik filmlər geniş yayılıb. Cəmiyyətdə mənəvi dəyələr maddi dəyələrin basqısı altına düşüb. Belə olan halda xoşagəlməz proseslər baş verəcək. Ailələrin dağılması da onlardan biridir. Bu proseslərin qarşısını almağa gəlincə isə, geniş fəaliyyət proqramının hazırlanmasına ehtiyac var.

“Boşanmaların qarşısını almaq üçün aidiyyati qurumlar ciddi elmi tədqiqatların əsasında fəaliyyət proqramı hazırlanmalıdır. Ortada proqram olanda hər şey bir-biri ilə uzlaşdırılır. Hansı dəyişikliklər lazımdır, qanunverdicilikdə hansı dəyişikliklər ola bilər, hansısa inzibati metodlara əl atmaq olar, bunlar araşdırılır. Necə ki regionların inkişafı ilə bağlı işlər görülür, sosial sferalarda da bu işləri görməliyik və peşəkar insanlar bununla məşğul olmalıdırlar”, - deyə sosioloq bildirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO