Masallı və Bakıda yaşanan qanlı olayların təfərrüatı: "Oğru" özünü niyə öldürtdü?

18:47 27.03.2018 746
Masallı və Bakıda yaşanan qanlı olayların təfərrüatı: "Oğru" özünü niyə öldürtdü?Martın 23-də Masallıda başlayan və ayın 24-də Bakıda ölümlə başa çatan silahlı insidentin ilkin təfərrüatı məlum olub O, günahkar hesab etdiyi adamdan intiqam almaq istəyirdi, lakin bu, ona öz həyatı bahasına başa gəldi

Martın 23-də Masallıda başlayan və ayın 24-də Bakıda ölümlə başa çatan silahlı insidentin ilkin təfərrüatı məlum olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Martın 24-ü axşam Bakının Nərimanov rayonu ərazisində Nərimanov Rayon Prokurorluğunun qarşı tərəfindəki mərasim evinin yaxınlığında ("Gənclik" metrostansiyasınını yaxınlığında), 1977-ci il təvəllüdlü Zaur Əliyev güllələnib. O, bir gün əvvəl Masallı rayonunda baş verən silahlı hücumda iştirak etməkdə şübhəli bilinir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Nərimanov rayonunda təqib ediblər və yaxalanan zaman öldürüblər.
Martın 24-ü axşamı öldürülən Zaur Əliyev əvvəllər dəfələrlə məhkum edilmiş təhlükəli narkoman olub. Bu hadisə baş verəndən bir sutka əvvəl Masallı rayonunda Qızılavar kəndinin sakini, 1953-cü il təvəllüdlü Ağaəddin Nuru oğlu Ağayev odlu silahla ağır yaralanıb. Ona Zaur Əliyev hücum edib. Ağayevin bədənində 7 güllə yarası aşkarlanıb. Kişi indiyədək Masallı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ağır vəziyyətdədir. Bu arada Ağayevə qarşı silahlı basqının səbəbləri məlum olub. Araşdırma zamanı məlum olub ki, əvvəllər Rusiyada dəfələrlə məhkum olunmuş Zaur Əliyev Ağayevdən oğlunun yerini ona deməyi tələb edib. İlkin məlumatlara görə, Əliyev Ağayevin oğlunu qısqanclıq zəminində, ailəsinin şərəf və ləyaqətini qorumaq üçün axtarırmış. Məqsədi "rüsvayçılığı qanla yumaq" olub. Lakin Əliyev oğul Ağayevin harada gizləndiyini bilmirmiş. Bu səbəbdən də "Makarov" markalı tapança ilə silahlanmış Əliyev "Mercedes" markalı avtomobilinə minərək ata Ağayevi yolda haqlayıb. Cani kişiyə dəfələrlə atəş açıb. Lakin oğlunun harada olduğuna dair özünə lazım olan informasiyanı ala bilməyib. Cinayəti törətdikdən sonra Əliyev qaçaraq gizlənib.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşları Əliyevin izinə düşüblər. Onların birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyevin paytaxtın Nərimanov rayonu ərazisində gizləndiyini müəyyən ediblər. Əməliyyatçılar ondan təslim olmağı tələb ediblər. Lakin Əliyev təslim olmaq əvəzinə silahlı müqavimət göstərib.
O, Nərimanov Rayon Prokurorluğunun binası qarşısında polislərə atəş açmağa başlayıb və bu zaman öldürülüb. BAKIDA ATIŞMA: Killer polislərlə atışdı, öldürüldü - TƏFƏRRÜAT
Masallı və Bakıda yaşanan qanlı olayların təfərrüatı: "Oğru" özünü niyə öldürtdü?
Üzərindən 1 ədəd "Makarov" markalı tapança və 3 ədəd patron, gizləndiyi mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.
"Əliyev təhlükəli narkoman olub. Öz cəsarətli addımları ilə fərqlənirdi və "oğru" qanunları ilə yaşayırdı. O, bütün cəza müddətlərini Rusiya həbsxanalarında keçirib və etnik kriminal qruplaşmalara qoşulub. O bilirdi ki, dəmir barmaqlıqlar arasında narkotik çatışmazlığından əziyyət çəkəcək və bədənindəki dəhşətli ağrılar ona işgəncə verəcək. Ona görə də təslim olmamaq qərarına gəlib və polisi onu öldürməyə təhrik edib" — deyə hüquq-mühafizə orqanlarından bildiriblər.
Hazırda AR Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO