Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində üç nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az