Xaçmaz rayonunda yanğın olub.
Anews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Palçıqoba kəndində ümumi sahəsi 550 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 m² sahədə və bir otağının yanar konstruksiyaları 47 m² sahədə yanıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Zamantv.az