Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rəsulzadə qəsəbəsində 1996-cı il təvəllüdlü Quluzadə Cavid Hüseyn oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Zamantv.az