Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğulub.
Hadisə rayonun Füzuli küçəsi ev 24 ünvanından qeydə alınıb. Həmin mənzildə yaşayan, 1996-cı il təvəllüdlü Mənsimə Osmanova evin hamamında dəm qazından boğulub. Onun meyitini həyat yoldaşı aşkarlayıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.(apa)
Zamantv.az